Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həbib Sahir (az.-əski. هبیب ساهیر‎) və ya Mir Həbib Qəvami (میر هبیب قوامی) (1895, Təbriz – 1985, Tehran) — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tə

Həbib Sahir

  • Ana Səhifə
  • Vikipediya
  • Həbib Sahir

Həbib Sahir (az.-əski. هبیب ساهیر‎) və ya Mir Həbib Qəvami (میر هبیب قوامی) (1895, Təbriz – 1985, Tehran) — azərbaycanlı şair, yazıçı, tərcüməçi və ədəbiyyat tədqiqatçısı. İranda Azərbaycan türkcəsində sərbəst şeirin banisi.

Həbib Sahir
Doğum adı Mir Həbib Qəvami
Təxəllüsü Ülkər
Doğum tarixi 1895(1895)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1985(1985) (89–90 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Dəfn yeri
  • Behişti-Zəhra
Təhsili
  • İstanbul Universiteti
Fəaliyyəti şair, tərcüməçi, yazıçı
Əsərlərinin dili Azərbaycan dili, fars dili, ərəb dili, fransız dili
Tanınmış əsəri Əsir ellərin şairiyəm
sahir-turkce.blogspot.com
Vikimənbənin loqosu Həbib Sahir Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazıb. Mətbuatda "Aydın", "Ülkər", "Ağ" kimi imzalarla yazılar yazıb.

Fəaliyyətinə görə dəfələrlə sürgün olunub. İran İslam İnqilabından sonra özünü asaraq intihar edib.

Mündəricat

Həyatı

Mir Həbib Qəvami 1903-cü ildə Təbrizin Sırxab məhəlləsində anadan olub. Əvvəlcə "Sərdabə üstü" molla məktəbində ərəb dilində yazıb-oxumağı öyrənib. Daha sonra isə "Mədaris-i Mötəmidə" və "Rüşdiyyə" məktəblərində ibtidai təhsil alıb. İbtidai təhsilini bitirdikdən sonra "Mədrəseyi Mübarək-e Məhəmmədiyyə" liseyinə daxil olub. Və burada Məhəmmədhüseyn Şəhriyarla sinif yoldaşı olub.

Liseydə təhsil aldığı illərdə fransız dili və ədəbiyyatı müəllimi olan Mirzə Tağıxan Rafət Təbrizi onun müəllimi olub. Mirzə Tağıxanın təsiri ilə Həbib Sahirdə Qərb ədəbiyyatına maraq oyanır. Türkiyədə nəşr olunan "Rəsmli ay" və "Sərvəti-fünun" nəşrləri ilə tanış olur. Burada Cəlal Sahirin əsərlərini bəyəndiyi üçün özünə "Sahir" təxəllüsü götürüb. Tələbə yoldaşları ilə birlikdə "Əncümən-i Rəfət" və "Ədəb" qəzetlərini çap edirlər. Şeyx Məhəmməd Xiyabani öldürüldükdən sonra və Azadıstan dağıldıqdan sonra isə hər iki qəzetin çapı dayandırılır.

Təhsilini bitirdikdən sonra bir müddət müəllimlik edir. Qazandığı pulun bir hissəsini Təbrizə ailəsinə göndərir, qalanını isə Türkiyədə ali təhsil almaq məqsədilə toplayır.

Həbib Sahir 1927-ci ildə Türkiyəyə gedir. Burada yaşayan iranlılar üçün açılmış "Dəbistane-İraniyan" məktəbində iki il fars dili və ədəbiyyatı müəllimi kimi işləyir. 1929-cu ildə İstanbul Universitetinin tarix və coğrafiya fakültəsinə qəbul olunur. Burada çağdaş türk və fransız poeziyası ilə yaxından tanış olur və fransız dilini öyrənir. Təhsil aldığı müddətdə fransız şairi Şarl Bodlerin yeni şeirlərini ("Düşmən"), həmçinin Lamartinin məşhur "Göl" poemasını, Sədinin "Gülüstan" əsərini, Hafiz Şirazinin qəzəllərini Azərbaycan türkcəsinə tərcümə edib. "İran Azərbaycanının təbii coğrafiyası" adlı diplom işini yazaraq müdafiə edib. Müəllimi Sədi bəyin məsləhəti ilə diplom işini "Azərbaycan yurd bilgisi" jurnalında silsilə şəkildə nəşr etdirib.

Təhsilini başa vurduqdan sonra 1933-cü ildə Təbrizə qayıdıb. Maarif İdarəsinin təyinatı ilə Təbrizdə məktəbdə coğrafiya müəllim işləməyə başlayıb. Bundan başqa şagirdlər üçün dərslik də yazır. 1936-cı ildə Təbriz Maarif Nazirliyinin qərarı ilə onun "Coğrafiyeyi Xəmsə" adlı dərsliyi Zəncanda nəşr edilir və mükafata layiq görülür. Daha sonra müəllim kimi fəaliyyət göstərmək üçün Zəncana göndərilir.

1941-ci ildə Azərbaycan SSR nümayəndə heyətinin tərkibində Təbrizə gələn azərbaycanlı ziyalılar şəhərin ədəbi və mədəni mühitində müsbət dəyişikliklərə səbəb olurlar. Bu dövrdə Həbib Sahirin şeirləri, tərcümələri və məqalələri "Azərbaycan", "Vətən yolunda", "Şəfəq", "Azad millət", "Yeni Şərq" kimi qəzet və jurnallarda çap olunur. Təbrizdə yaşadığı illərdə farsca yazdığı "Şəqaiq", "Kölgələr", "Gecə əfsanəsi", "Seçilmiş şeirlər" adlı kitabları çap olunub. 1945–1946-cı illərdə Azərbaycan Milli Hökuməti qurulduqdan sonra da məktəblilər üçün "Ana dili" dərsliyini yazır, mətbuatda "Aydın" imzası ilə çıxış edir.

Milli Hökumət dağıldıqdan sonra müəllimlik fəaliyyətini davam etdirir. "Aydın", "Ülkər", "Ağ" kimi gizli imzalarla ana dilində şeir və hekayələr yazmağa davam edir. Bu fəaliyyəti üzə çıxdıqdan sonra haqqında hökm çıxarılır və o, Ərdəbilə sürgün edilir. Burada "Səfəviyyə" məktəbində müəllim işləməyə başlayır. Məktəbdə işlədiyi dövrdə dərsləri Azərbaycan dilində keçdiyi üçün ona daim xəbərdarlıq olunur. Nəticədə 3 il sonra Ərdəbildən çıxarılaraq Qəzvinə sürgün edilir. Burada da fəaliyyətində heç bir dəyişiklik olmadığı üçün Mazandaranda yerləşən Sari şəhərinə sürgün edilir. Burada malyariya xəstəliyinə tutulduğu üçün geriyə Qəzvinə göndərilir və burada 13 il yaşayır. Daha sonra isə Tehrana köçür.

1965-ci ildə ana dilində yazdığı ilk şeir kitabı "Lirik şeirlər" çap olunub. "Səhər işıqlanır", "Sönməyən işıqlar", "Dağınıq xatirələr", "Kövşən" adlı kitabları İran İslam İnqilabından sonra nəşr olunub. Bundan başqa o, fransızca şeirlər, ərəbcə kiçik hekayələr də yazıb.

Ailəsi

Həbib Sahirin babası Təbrizə Miyanənin Tərk şəhərindən köçübAtası Mir Qəvam Sahir 1908-ci ildə Məşrutə hərəkatı dövründə, oğurlanaraq öldürülüb. Anası Bayat tayfasından olub. Ailədə 4 qardaş 1 bacı olublar.

1946-cı ildə, 43 yaşında ikən Nüsrət ül-mülk Nuri xanımla ailə həyatı qurub. Bu evlilikdən Həmid və Səid adlı oğulları, Mənisə və Sürəyya adlı qızları dünyaya gəlib.

Ölümü

1988-ci ildə İran–İraq müharibəsindən sonra yenidən həbs olunacağı xəbərini aldıqdan sonra Tehran yaxınlığındankı Ariaşəhr şəhərində (indiki Sadeqiyyə) yaşadığı mənzilin pəncərəsindən özünü asaraq intihar edib. Tehranın "Behişti-Zəhra" qəbiristanlığında dəfn olunub.

Ədəbiyyat

  • Vəfa Əliyev. Hüriyyət fədaisi (Həbib Sahirin taleyi və ədəbi irsi) (PDF). Bakı: Ozan nəşriyyatı. 2000. 119.
  • Pərvanə Məmmədli. Cәnubi Azәrbaycan: әdәbi şәxsiyyәtlәr, portretlәr. Bakı: Sabah nəşriyyatı. 2015. 200. ISBN 978-9952-453-43-0.
  • Tərtib edəni:Vəfa Əliyev. (PDF). Bakı: Lider nəşriyyatı. 2005. 192. ISBN 9952-417-35-5.
  • Tudə, Əli. Əli Tudə: Həyatım xatirələrim (az.). XX. Bakı: Azərbaycan Nəşriyyatı. 2022. səh. 336.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həbib Sahir haqqında məlumat. Həbib Sahir nədir? Həbib Sahir nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    İsparta ili

  • Fevral 27, 2026

    Fidan Hacıyeva

  • Fevral 27, 2026

    Agioqrafiya

  • Mart 01, 2026

    Skatlar

  • Fevral 27, 2026

    Yenidənqurma dövrü

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst