Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Skatlar — (Batomorpha) dəstəüstü. Skatların çoxu dib həyatı keçirir. Bununla əlaqədar olaraq bədənləri bel qarın istiqamətində yastılaşıb. 5 cüt olan qəlsəmə ya

Skatlar

  • Ana Səhifə
  • Vikipediya
  • Skatlar

Skatlar — (Batomorpha) dəstəüstü. Skatların çoxu dib həyatı keçirir. Bununla əlaqədar olaraq bədənləri bel qarın istiqamətində yastılaşıb. 5 cüt olan qəlsəmə yarıqları qarın tərəfdə yerləşir.

Skatlar
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Skatlar
Beynəlxalq elmi adı
  • Batomorphi
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  563992
NCBI  117893
FW  

Bu balıqlarda spirakulum dəliyi yaxşı inkişaf edib, o nasos vəzifəsini yerinə yetirərkən suyu qəlsəmələrə ötürür. Skatların dişləri yastı və kütdür, bədəni çılpaq və ya üzəri sərt törəmələrlə örtülüdür. Yaxşı inkişaf etmiş döş üzgəcləri başı da əhatə edir. Bir çox növlərin bel və quyruq üzgəcləri çox kiçilib, anal üzgəci tamamilə yoxdur.

Əsas hərəkət orqanı döş üzgəcləridir: bu üzgəclərin dalğavari hərəkəti balığın hərəkətini təmin edir. Dib heyvanları olduqları üçün bədənləri bel-qarın istiqamətində yastılaşmışdır. Qəlsəmə yarıqları, ağız və burun dəlikləri başın alt tərəfində yerləşir. Skatların tikanquyruq skat, elektrikli skat və mişarburun skat kimi mühüm növləri vardır. Ətraflarında 60-230 Vt-luq elektrik sahəsi yarada bilirlər.

Skatların bədəninin eninə ölçüsü çoxdəyişkəndir: elektrik skatının belə ölçüsü 13,5 sm, mantanınkı isə 6,6 m-dir. Skaktlar Dünya okeanının tropik, mötədil və soyuq sularında yayılıblar. Bunların 300-ə yaxın növü məlumdur. Qara dənizdə dəniz tülküsünə; Barens dənizində, Ağ dənizdə, Baltik dənizinin qərb hissəsində ulduzlu skata; Qara və Azov dənizlərində bizquyruq skata təsadüf edilir. Şimal və Uzaq şərq dənizlərində digər skat növlərinə rast gəlinir.

Əsasən dəniz balıqları olan skatların bəziləri şirin sularda da yaşayır. Skatlar dib balıqları olsalar da mantapeligial həyat keçirir. Bu balıqlarda mayalanma daxilidir. Ona görə mayalanmış yumurta qoymaqla çoxalırlar, bəziləri isə bala doğur. Ən çox bentosla qidalanır. Skatların bəzilərində müdafiə orqanı var: bizquyruqn skatın quyruğunda olan və başqa canlıya batdıqda zəhərlənmə törədən tikan-təhər çıxıntı, elektrikli skatın toxunma zamanı elektrik əmələ gəlməsi müdafiə xarakteri daşıyır. Skatların vətəgə əhəmiyyətli çox deyil, onlar nevod, tor və qarmaqla ovlanır. Skatlar dəstəüstünün 16 fəsiləsini əhatə edən 5 dəstəsi 300-340-a yaxın növü vardır.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.125.
  2. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s.178.
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 326.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Skatlar haqqında məlumat. Skatlar nədir? Skatlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Corc Bidl

  • Fevral 27, 2026

    Pul vahidi

  • Fevral 27, 2026

    Homo rhodesiensis

  • Fevral 27, 2026

    Saru-kurqan sancağı

  • Mart 01, 2026

    Misir Prezidenti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst