Con Malkolm Stal (ing. John Malcolm Stahl; 21 yanvar 1886, Bakı – 12 yanvar 1950, Hollivud, Kaliforniya) — amerikalı kinorejissor və prodüser. O, daha çox "Onu cənnətə buraxın (1945)", "Həyatın imitasiyası" (1934), "Krallığın açarları" (1945) və "Arxa küçə" (1932) kimi filmləri ilə tanınır.
| Con Stal | |
|---|---|
| |
| Doğum tarixi | 21 yanvar 1886 |
| Doğum yeri | |
| Vəfat tarixi | 12 yanvar 1950 (63 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | ürək tutması |
| Dəfn yeri |
|
| Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist |
| IMDb | ID0821472 |
Həyatı və karyerası
Yakob Morris Strelitski Bakıda rus-yəhudi ailəsində anadan olub. O, uşaq olanda ailəsi Rusiya imperiyasını tərk edərək Nyu-Yorka köçüb. Gənc yaşda Con Malkolm Stal adını götürüb və əvvəlcə teatrda, sonra isə şəhərin böyüyən kino sənayesində işləməyə başlayıb. İlk qısametrajlı səssiz filmini 1913-cü ildə çəkib.
1919-cu ildə Hollivudda Louis B. Mayer Pictures ilə müqavilə bağlayıb. 1924-cü ildə MGM Studios-u quran Mayer komandasının üzvlərindən biri idi. 1927-ci ildə Stal Kino Sənəti və Elmləri Akademiyasının otuz altı qurucu üzvündən biri olmuşdur. 1927-ci ildən 1929-cu ilə qədər qısa müddətli müstəqil Tiffany Pictures studiyasında icraçı olub və şirkətin adını "Tiffany-Stahl Productions" olaraq dəyişdirib.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Con Stal haqqında məlumat. Con Stal nədir? Con Stal nə deməkdir?
