Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elin Emin oğlu Süleymanov (1970, Bakı) — Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri

Elin Süleymanov

  • Ana Səhifə
  • Vikipediya
  • Elin Süleymanov

Elin Emin oğlu Süleymanov (1970, Bakı) — Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Los-Ancelesdəki sabiq Baş Konsulluğunun 1-ci Baş Konsulu.

Elin Süleymanov
Elin Emin oğlu Süleymanov
Azərbaycan Respublikasının
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı
Fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
26 iyul 2021
    ƏvvəlkiTahir Tağızadə
    Azərbaycan Respublikasının
    Amerika Birləşmiş Ştatlarındakı
    Fövqəladə və səlahiyyətli səfiri
    26 oktyabr 2011 – 26 iyul 2021
    ƏvvəlkiYaşar Əliyev
    SonrakıXəzər İbrahim
    Azərbaycan Respublikasının Los-Ancelesdəki 1-ci Baş Konsulu
    14 noyabr 2005 – 26 oktyabr 2011
    Şəxsi məlumatlar
    Doğum tarixi 1970(1970) (55–56 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Təhsili 1) Fletçer Hüquq və Diplomatiya Məktəbi (Massaçusets),
    2) Siyasi Coğrafiya Bölməsi, Moskva Dövlət Universiteti,
    3) Toledo Universiteti (Ohayo)
    Fəaliyyəti diplomat

    Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Elin Süleymanov 1970-ci ildə Bakıda anadan olub. Bakı şəhəri 6 saylı məktəbdən təhsil alıb. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olsa da, daha sonra tələbə mübadiləsi vasitəsilə Moskva Dövlət Universitetinin siyasi coğrafiya fakültəsində təhsilinə davam edib və 1992-ci ildə buradan məzun olub.

    1992-ci ildə "Edmund S. Muskie adına məzunlar üçün təqaüd proqramı"nın açılış ilində ilk azərbaycanlı olaraq, proqramdan təqaüd haqqı qazanmağa nail olub. Bununla da, Ohayoda Toledo Universitetinin dövlət idarəetməsi fakültəsinin magistatura pilləsinə daxil olub və 1994-cü ildə oranı bitirib.

    Elin Süleymanov, həmçinin Massaçusets ştatında yerləşən Fletçer Hüquq və Diplomatiya Məktəbinin beynəlxalq təhlükəsizlik və beynəlxalq hüquq ixtisasında təhsil alıb. O, burada təhsil alan ilk azərbaycanlı hesab edilir. Diplomatik xidmət orqanlarında fəaliyyətə başlamazdan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və 1995–1997-ci illər ərzində Praqada "Açıq Media Araşdırma İnstitutu"nda çalışmışdır.

    Elin Süleymanov həmçinin 1989-cu ildə bir neçə qrup yoldaşı və dostu ilə birlikdə Bakının "Atəşgah" intelektual oyun klubunun yaradılmasında iştirak edib. O, daha sonra klubun ilk kapitanı olaraq, ona Sovet Televiziyasının "Что?Где?Когда?" və "Brain- Ring." kimi məşhur proqramlarında rəhbərlik edib.

    Diplomatik karyerası

    Elin Süleymanov Azərbaycanın Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə qəbul edildikdən sonra Azərbaycanın ABŞ səfirliyində mətbuatla əlaqələr attaşesi təyin edilib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.

    Elin Süleymanov 14 noyabr, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsiylə Azərbaycan Respublikasının Los-Ancelesdə yeni açılan Baş Konsulluğuna ilk Baş Konsul olaraq təyin edilmiş və 2011-ci ilə qədər bu vəzifədə çalışmışdır.. 13 ştat üzrə konsul olaraq, Elin Süleymanov həmin bölgələrin əhalisinin Azərbaycan barəsində məlumatının artırılması, eləcə də ölkəmizlə ştatlar arasında əlaqələrin dərinləşdirilməsində böyük xidmətlər göstərib.

    Elin Süleymanov 26 oktyabr 2011 tarixində Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

    Azərbaycan, Türk, İngilis, Rus və Çex dillərini mükəmməl səviyyədə bilir.

    Mükafatlar

    • Fövqəladə və səlahiyyətli elçi (2011)

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elin Süleymanov haqqında məlumat. Elin Süleymanov nədir? Elin Süleymanov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Ərdəbil xanlığı

    • Fevral 27, 2026

      Cuçi xan

    • Fevral 25, 2026

      Pyer Küri

    • Fevral 24, 2026

      Qaraqum kanalı

    • Fevral 27, 2026

      İnquş dili

    Trend Mahnılar
    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst