Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Qaraqum kanalı (türkm. Garagum kanaly) — SSRİ dönəmində inşa edilən və uzunluğu 1445 km olan kanal. Kanal Türkmənistanın cənub və cənub-qərb regionlarının su tə

Qaraqum kanalı

  • Ana Səhifə
  • Vikipediya
  • Qaraqum kanalı

Qaraqum kanalı (türkm. Garagum kanaly) — SSRİ dönəmində inşa edilən və uzunluğu 1445 km olan kanal. Kanal Türkmənistanın cənub və cənub-qərb regionlarının su təminatına xidmət edir. Çağdaş Türmənistanda Qaraqum çayı olaraq adlandırılır.

Qaraqum kanalı
tu/Garagum kanaly
Axdığı yerlər Türkmənistan
Giriş Amudərya
Mənsəb Balkanabad
Uzunluğu 1445 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qaraqum kanalı

Mündəricat

Coğrafiya

Kanal Amudəryanın Atamurat şəhərinin yuxarı hissəsindən başlayaraq Qaraqum səhrasının qumlu cənub-şərq hissəsinədək axaraq qədim Mərv vahəsinə keçir. Buradan Murqab çayı və Tecen çayı yaxınlığından axaraq Kopetdağ öndağlığına istiqamətlənir. Kanalın eni 200 metr, maksimal dərinliyi isə 7,5 m təşkil edir. Kanalın əvvəlində su sərfiyyatı 600 m³/s-dir. Kanal öz güçünə yatağı boyunca axır. Hətta 450 km məsafəfə gəmiçilik üçün yararlıdır. İllik su toplama güçü 12-13 km³-dir. Bu isə Türkmənistandan axan çayların illik su axınını 3-4 dəfə üstələyir.

Tikilmə tarixi

1950-ci ildən Türkmənistan ərazisində Baş Türkmənistan kanalının tikintisi həyata keçirilirdi. İosif Stalinin ölümündən sonra tikinti işləri dayandırılır və Qaraqum kanalının tikintisinə yönəldilir. Kanalın tikintisinə 1954-ci ildən başlanılır. İlk əvvəl Amudərya Murqab istiqamətində 400 kilometrlik kanal 1959-cu ildə istifadəyə verilir. Su sərfiyyatı 130 m³/s təşkil edirdi. Bu bölmənin inşası ilə 100 min ha ərazinin kənd təsərrüfatına yönləndirilməsinə imkan vermişdir.

Kanalın ikinci etapı 138 km olaraq 1960-cı ildə istifadəyə verilir. Bu hissədə Xauzxan su anbarı tikilir. Anbarın su tutumu 875 mln m³ təşkil edir. Su sərfiyyatı isə 200 m³/s olur. Bu isə Tecen vahəsində 70 min torpaq sahəsində əkin əkməyə imkan yaratmışdır. Üstəlik 30 min torpağın daha yaxşı su təminatına imkan vermişdir.

Kanalın üçüncü etapı (Tecen-Aşqabad) 260 km məsafədə uzanırdı. Onun tikintisi 1962-ci ildə bitmişdir. 1967-ci ildə isə kanal Göy-təpəyə qədər uzadıllır. Su sərfiyyatı 320 m³/s olur. Üçüncü hissənin tikintisi əkin sahələrini 100 min ha artırmağa imkan vermişdir.

1971-ci ildən dördüncü hissənin tikintisinə başlanılır. 1973-cü ildə Aşkabadda iki, Kopetdağda isə bir bənd inşa edilir. Sonra kanal Bərəkət şəhərinə qədər uzanır. Kanalın bir qolu isə Türkmənistanın cənub-qərbindəki subtropik ərazilərə Ətrək çayına qədər uzadılır. Kanalın uzunluğu 270 km təşkil edir. Digər qol isə Nebit-Dağa istiqamətləndirilir. Suyun borularla o zamanki Krasnovodska çatdırılması planlaşdırılırdı. Ancaq bu işlərin nə yerdə olması hazırda məlum deyildir.

Kanalın tikintisi rəsmən 1988-ci ildə bitmişdir.

XXI əsrdə kananın əsas hissəsi üzərində iri Zeid su anbarı inşa edilmişdir. Amudəryanın suyu olduqca lillidir. Burada lilliliyi 3,3 kü/m³ bərabərdir. Zeid su anbarında su durularaq digər yerlərə istiqamətləndirilir.

Əhəmiyyəti

Kanal öz növbəsində 100 minlərlə torpaq sahəsinin kənd təsərrüfatına yönləndirilməsinə imkan vermişdir.

Ekologiya

Kanalın tikintisi coğrafi anlamda əraziyə böyük təsir göstərmişdir: bitki örtüyü, heyvanlar aləmi, mikro iqlim, relyef. Kanal Amudəryanın 45% suyunu özündə daşıyır. Bu isə Aral dənizinin qurumasına təsir göstərən faktorlardan biridir. Suyun bir hissəsi qumlar arasında yoxa çıxır.. Digər çətinlik kanalın qısa zaman ərzində dolmasıdır. Yatağın lillə dolması ətraf ərazilərin bu basmasına səbəb olur. Üstəlik su anbarlarının isə istifadəsini çətinləşdirərək əhəmiyyətini azaldır. Qaraqum kanalı quyu sularının çirklənməsinə və suyunun isə şorlaşmasına səbəb olmasıdır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qaraqum kanalı haqqında məlumat. Qaraqum kanalı nədir? Qaraqum kanalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Taksonomiya

  • Fevral 23, 2026

    Arxaika

  • Fevral 24, 2026

    Mədəniyyət

  • Fevral 24, 2026

    Priska

  • Fevral 10, 2026

    Rusiya

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst