Gerhard Hersberq (25 dekabr 1904[…], Hamburq – 3 mart 1999[…], Ottava) — Kimya üzrə Nobel mükafatçısı (1971).
| Gerhard Hersberq | |
|---|---|
| alm. Gerhard Herzberg | |
| |
| Doğum tarixi | 25 dekabr 1904[…] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 3 mart 1999[…] (94 yaşında) |
| Vəfat yeri | |
| Elm sahələri | fiziki kimya, fizika, kimya |
| İş yerləri |
|
| Təhsili |
|
| Üzvlüyü |
|
| Mükafatları | |
Həyatı
O, 1904-cü ilin dekabrın 25-də Hamburqda anadan olmuşdur. Atasını erkən itirən Herxard anası tərəfindən tərbiyə olunmuşdur. Ailəni saxlamaq üçün anası süpürgəçi işləmişdir. Hersberq Darmştadt texnoloji institutunda, Qettingen və Bristol universitetlərində oxumuşdur. 1930-cu ildən Darmştadt texnoloji institutunda dərs demişdir. Həyat yoldaşı yəhudi olduğundan 1935-ci ildə Almaniyanı tərk edərək Kanadaya köçmüşdür. 1935-1945-ci illərdə Saskaçevan universitetində işləmiş, 1945-ci ildən Çikaqo universitetinin professoru olmüşdur. 1949-cu ildən Kanadanın Milli elmi tədqiqat şurasının nəzəri fizika bölməsinin rəhbəri olmuşdur. 1956-cı ildə Kanada fiziklər assosiasiyasının prezidenti olmuşdur. 1957-ci ildən 1963-cü ilə qədər beynəlxalq nəzəri və tətbiqi fizika ittifaqının vitse-prezidenti olmuşdur.
Əsas elmi işləri atom və molekulyar spektroskopiyaya aiddir. Spektroskopiya sahəsində dünyada məşhur olan monoqrafiyaların və jurnal məqalələrinin müəllifidir. Monoqrafiyaları:
- Atom spektrləri və atomların quruluşu. M. 1948
- İkiatomlu molekulların spektrləri və quruluşları. M. 1949.
- Çoxatomlu molekulların titrəyişli və fırlanan spektrləri. M. 1949.
- Çoxatomlu molekulların elektron spektrləri və quruluşları. M. 1969.
Herxard Hersberq 1971-ci ildə “Elektronların spekturunun və molekulların xüsusi sərbəst radikalların geometriyasının tədqiqinə görə” kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Herxard Hersberq 1999-cu ilin martın 3-də Ottavada vəfat etmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gerhard Hersberq haqqında məlumat. Gerhard Hersberq nədir? Gerhard Hersberq nə deməkdir?
