Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd Abasquliyev (tam adı Əhməd Əlibala oğlu Abasquliyev; 20 aprel 1919, Bakı – 20 iyun 2008, Bakı) — psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər dokto

Əhməd Abasquliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Əhməd Abasquliyev

Əhməd Abasquliyev (tam adı Əhməd Əlibala oğlu Abasquliyev; 20 aprel 1919, Bakı – 20 iyun 2008, Bakı) — psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990).

Əhməd Abasquliyev
Doğum tarixi 20 aprel 1919(1919-04-20)
Doğum yeri
  • Bakı, Bakı qəzası, Bakı quberniyası, AXC, Azərbaycan
Vəfat tarixi 20 iyun 2008(2008-06-20) (89 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahəsi tibb
Elmi dərəcəsi Tibb elmlər doktor
Elmi adı
  • professor
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Mükafatları II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının “Şöhrət” ordeni (2000) və medallar

Mündəricat

Həyatı

Əhməd Abasquliyev 1919-cu il aprel ayının 20-də Bakı şəhərində anadan olmuşdur. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirmişdir. Psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alimdir. Əhməd Abasquliyev həmçinin İkinci Dünya müharibəsinin iştirakçısı olmuşdur. 2008-ci ilin iyun ayının 20-də Bakı şəhərində vəfat etmişdir.

Yaradıcılığı

Əhməd Abasquliyev 1960–96-cı illərdə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, 1996-cı ildən məsləhətçi professoru işləmişdir. 1961–96-cı illərdə Respublika Səhiyyə Nazirliyinin baş psixiatrı, 1962–80-ci illərdə Azərbaycan Nevropatoloqlar və Psixiatrlar Elmi Cəmiyyətinin sədri, 1980–96-cı illərdə Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti, 1996–2008-ci illərdə isə fəxri prezidenti olmuşdur. Onun yaxından iştirakı ilə Azərbaycanın 8 rayon və şəhərində psixonevroloji dispanser və xəstəxanalar təşkil olunmuşdur. Tədqiqatları şizofreniyanın etiologiyasının, patogenezinin, alkoqolizmin tibbi problemlərinin öyrənilməsinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin, o cümlədən 4 monoqrafiyanın müəllifidir. Bir sıra beynəlxalq elmi təsisatlaın üzvü olmuş, konqreslərdə məruzələrlə çıxış etmişdir.

Əsərləri

  • O nekotorıx patoqenetiçeskix mexanizmax şizofrenii. M., 1967;
  • İmmunoqenetiçeskie aspektı patoqeneza i polimorfizma şizofrenii (N. V. İsmayılov və başqaları ilə birlikdə). B., 1995.

Mükafatları

Ə. Abasquliyev II dərəcəli Vətən müharibəsi, Qırımızı Ulduz ordenləri, Azərbaycan Respublikasının "Şöhrət" ordeni (2000) və medallarla təltif edilmişdir.

Həmçinin bax

  • Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüş tibb alimləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əhməd Abasquliyev haqqında məlumat. Əhməd Abasquliyev nədir? Əhməd Abasquliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Moreya despotluğu

  • Fevral 25, 2026

    Ülviyyə Sultan

  • Fevral 27, 2026

    Franklin Pirs

  • Fevral 27, 2026

    Buduq mahalı

  • Fevral 27, 2026

    Yarımmüdafiəçi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst