Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yarımmüdafiəçi (ing. Midfielder; slenq: halfbək, ing. half-back — yarım-arxa) — futbolda oyunçunun hücumçu ilə müdafiəçi arasında tutduğu mövqe. Yarımmüdafiəçin

Yarımmüdafiəçi

  • Ana Səhifə
  • Vikipediya
  • Yarımmüdafiəçi

Yarımmüdafiəçi (ing. Midfielder; slenq: halfbək, ing. half-back — yarım-arxa) — futbolda oyunçunun hücumçu ilə müdafiəçi arasında tutduğu mövqe. Yarımmüdafiəçinin əsas vəzifəsi oyun zamanı situasiyadan asılı olaraq hücumçu və ya müdafiəçilərə kömək etməkdir.

Futbolçu mövqelərində yarımmüdafiəçi
2 mümkün hücüm vəziyyətinə uyğun olaraq hücumameylli yarımmüdafiəçilər göy rənglə işarələnib

Yarımmüdafiəçilər mövqe olaraq 4 yerə bölünür:

1) Dayaq yarımmüdafiəçiləri

2) Mərkəz yarımmüdafiəçiləri

3) Hücuma meyilli yarımmüdafiəçilər

4) Cinah yarımmüdafiəçiləri

Mündəricat

Müdafiəyə meyilli (Dayaq) yarımmüdafiəçi

Bu mövqedə çıxış edən oyunçular dəstək oyunu ilə seçilir.Kağız üstündə baxsaq mərkəz müdafiəçilərinin önündə çıxış edirlər.Rəqibin ön xətt oyunçuları ilə birə-bir oynayan zaman dayaq yarımmüdafiəçiləri çox böyük rol oynayır. Belə oyunçulara müasir futbolda Carlos Casemiro, Sergio Busquets, Joshua Kimmich kimi oyunçuları örnək göstərə bilərik.Tarixdə isə Roy Keane, Patrick Vieira, Frank Rijkaard kimi oyunçular bu mövqedə çox möhtəşəm oyun sərgiləyib.

Mərkəz yarimmüdafiəçisi

Mərkəz yarimmüdafiəçiləri əlaqə oyununun yaradılmasında yaxından iştirak edən oyunçulardır.Meydanın mərkəzinə hakimlik edirlər.Pas səviyyələri yüksək səviyyədə olmalıdır.Geridən topu alaraq ön xəttə daşıyaraq epizodların yaradılmasında yaxından iştirak edirlər.Müasir futbolda Toni Kroos, Frenkie De Jong, Paul Pogba kimi oyunçuları nümunə göstərmək olar.Tarixdə Steven Gerrard, Frenk Lempard, Andres İniesta, Xavi Hernandez kimi oyunçular adlarını bu mövqeyə həkk ediblər.

Hücuma meyilli yarımmüdafiəçi

Əksər hallarda komandanın beyni sayılırlar.İnamlı Meydan görüşləri,pasları,zərbələri,oyun quruculuqları ilə seçilirlər.Yaradıcılıq səviyyələri yüksək səviyyədə olmalıdır.De Bruyne,Bruno Fernandes, Marco Reus; tarixdə isə Zinedine Zidane, Ronaldinyo kimi oyunçular bu mövqedə çox üstün performans göstərməyi bacarıb.

Cinah yarımmüdafiəçisi

Yarımmüdafiənin cinahlarında yer alan bu oyunçuların əsas hədəfi aut xəttinə paralel olaraq irəliləyib rəqib cərimə meydançasına qət etməyə çalışmaqdır.Cərimə meydançasına daxil olmağı bacarmadıqları zaman isə əksər hallarda meydanın mərkəzini düşünərək pas oyunu oynayırlar yaxud cərimə meydançası içinə asma ötürmə verirlər.Yannick Carrasco,İvan Perisic,Bukayo Saka bu mövqedə çıxış edirlər. Ryan Giggs, Pavel Nedved, David Beckham da bu mövqedə çıxış edib adını tarixə yazdırmış oyunçulardandır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yarımmüdafiəçi haqqında məlumat. Yarımmüdafiəçi nədir? Yarımmüdafiəçi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bataqlıq

  • Fevral 26, 2026

    Nizaməddin Quliyev

  • Fevral 17, 2026

    Sinonim

  • Fevral 27, 2026

    Dırnaq işarəsi

  • Fevral 27, 2026

    Vaşinqton (şəhər)

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst