Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Quba xanlığı dövründə Buduq mahalının mərkəzi Buduq kəndi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Buduq mahalı idi. Tari

Buduq mahalı

  • Ana Səhifə
  • Vikipediya
  • Buduq mahalı

Buduq mahalı — Quba xanlığında mahal.

Quba xanlığı dövründə Buduq mahalının mərkəzi Buduq kəndi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Buduq mahalı idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə Buduq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar. F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat mövcud idi. P.Q.Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı 13 kəndi əhatə edir və həmin kəndlərdə 387 təsərrüfat vardır. Buduq, müəllifin sözünə görə, həmin kəndlərin ən böyüyüdür. Xınalıq mahalında cəmi 4 kənd birləşmişdi. Bunlar Xınalıq (200 ev), Qrız (180 ev), Cek (130 ev) və Əlik (100 ev) kəndləri idi.

XIX əsrin 40-cı illərində Buduğun inzibati-ərazi baxımından mövqeyi daha da genişlənir və kənd Anaqdarin, Buduq və Xınalıq mahallarından təşkil olunmuş "Sahə" mərkəzinə çevrilir. Buduq sahəsinə 34 kənd (Anaqdarin və Xınalıq mahallarının hər birində 9 kənd və Buduq mahalında 16 kənd) daxil idi.

Buduq mahalının naibi Cəfərqulu ağa Bakıxanov.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Buduq mahalı haqqında məlumat. Buduq mahalı nədir? Buduq mahalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Media

  • Fevral 28, 2026

    Ələkbər Tağıyev

  • Fevral 27, 2026

    Turdus menachensis

  • Fevral 27, 2026

    RUR reytinqi

  • Fevral 27, 2026

    Donald Trump

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst