Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nokalakevi (gürc. ნოქალაქევი), həmçinin Arxeopolis (q.yun. Ἀρχαιόπολις, gürc. არქეოპოლისი; mənası – qədim şəhər) və ya Tsixeqoci (gürc. ციხე-გოჯი; mənası – Kuci

Nokalakevi

  • Ana Səhifə
  • Vikipediya
  • Nokalakevi

Nokalakevi (gürc. ნოქალაქევი), həmçinin Arxeopolis (q.yun. Ἀρχαιόπολις, gürc. არქეოპოლისი; mənası – qədim şəhər) və ya Tsixeqoci (gürc. ციხე-გოჯი; mənası – Kuci qalası) — Gürcüstanın Sameqrelo-Zemo Svaneti diyarının Senaki bələdiyyəsində tarixi qala şəhər. Lazika krallığının paytaxtı olmuşdur.

Nokalakevi
gürc. ნოქალაქევი
Nokalakevinin şərq səddləri.
Nokalakevinin şərq səddləri.
42°21′26″ şm. e. 42°11′38″ ş. u.HGYO
Alternativ adı Arxeopolis, Tsixeqoci
Yer Senaki, Sameqrelo-Zemo Svaneti, Gürcüstan
Region Qafqaz
Ərazi 20 ha (49 acre)
Tarix
Era Helenistik dövrdən Bizans dövrünün əvvəllərinə qədər
Yer qeydləri
Nokalakevi xəritədə
Nokalakevi
Nokalakevi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Nokalakevinin qalıqları Gürcüstan Respublikasıın qərbində yerləşən Kolxida düzənliyinin şimal ucundakı Sameqreloda, Texuri çayının sahilindədir. Ərazisi təxminən 20 ha (49 acre) olan qala şəhər Bizans tarixşünaslarına görə, Arxeopolis olaraq da tanınırdı. Şəhərin daxilində yerləşən Kuci qalası isə gürcü (kartli) tarixşünaslar tərəfindən Tsixeqoci adlandırılırdı. Ehtimal olunur ki, qalanın adı bir Kolxida hökmdarlarından və ya bir eristavidən alınıb. Qala Martvili yolundakı müasir Senaki qəsəbəsindən 15 kilometr (9.3 mil) uzaqlıqda yerləşir. Qala Texuri çayındakı əhəmiyyətli bir keçid nöqtəsidir. Qala şəhər mövqeyinə görə regiondakı təpələri Sameqrelonun mərkəzindəki Çxorotsku şəhərinə bağlayır. Nokalakevi VI əsrdə Cənubi Qafqazda Bizans və Sasanilər arasında gerçəkləşən müharibələrdə əhəmiyyətli bir rol oynayırdı. Qala Lazikanı (indiki Sameqrelo) Sasanilər və iberiyalılardan (qərbi gürcüstanlılar/kartlilər) qoruyan stratejik bir tikili idi. 540–562-ci illərdə gerçəkləşən müharibələrdə Sasanilər imperiyasının Nokalakevini Bizans və lazlardan ala bilməməsi Lazikanın üzərindəki Sasani təsirinin itirlməsinə səbəb olmuşdur.

Nokalakevidəki Bizans dövrü qala səddləri Texuri çayının mövqeyindən mənfəətlənmişdir. Buna görə qalanın qərbinə əhəngdaşlarıyla bir keçid oyulmuşdur. Qalanın şimalındakı dik və çala-çuxur ərazi burada qurulmuş qalanı demək olar ki, hücuma uğramaz vəziyyətə gətirir. Qalanın yerləşdiyi "yuxarı şəhər"i IV və VI əsrdən qalma binaların yerləşdiyi "aşağı şəhər"ə bir divar bağlayır. Roma dövrünün axırlarından qaldığı düşünülən tapıntılara görə, region e.ə. VII və II əsrlər arasında sırasıyla işğal və tərk edilmişdir.

Qalereya

Ədəbiyyat

  • P. Zakaraia, N. Lomouri. ნოქალაქევის ექსპედიციის 1973 წლის მუშაობის მოკლე ანგარიში (gürcü) (4). Tbilisi: საქართველოს სახელმწიფო მუზეუმის არქეოლოგიური ექსპედიციები. 1975.
  • Lomouri, N. ეგრისის სამეფოს ისტორია (gürcü). Tbilisi. 1968.
  • Kaukhchishvili, S. ლექციები ბიზანტიის ისტორიიდან (gürcü) (1). Tbilisi. 1948.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nokalakevi haqqında məlumat. Nokalakevi nədir? Nokalakevi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qandak çayı

  • Fevral 27, 2026

    Şərqi Folklend

  • Mart 01, 2026

    Sasani dövləti

  • Fevral 27, 2026

    Tacik

  • Fevral 27, 2026

    Mərz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst