Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Solmaz Əli qızı Rüstəmova-Tohidi (20 fevral 1953, Bakı, Azərbaycan SSR) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov ad

Solmaz Rüstəmova-Tohidi

  • Ana Səhifə
  • Vikipediya
  • Solmaz Rüstəmova-Tohidi

Solmaz Əli qızı Rüstəmova-Tohidi (20 fevral 1953, Bakı, Azərbaycan SSR) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Respublikasının əməkdar elm xadimi (2018).

Solmaz Rüstəmova-Tohidi
Doğum tarixi 20 fevral 1953(1953-02-20) (73 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR
Elm sahələri Komintern[d], Mart soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti
İş yeri
  • AMEA Şərqşünaslıq İnstitutu
Təhsili
  • Bakı Dövlət Universiteti
Üzvlüyü Beynəlxalq Sosial Tarix İnstitutunun (Hollandiya) Qafqaz və Orta Asiya Respublikaları üzrə nümayəndəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 20182018 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası, 1918-ci ildə, Ərdəbilin Meşkin mahalı, Noqdı kəndində anadan olmuş, İran Xalq partiyasının (Tudə), daha sonra Azərbaycan Demokrat Firqəsinin üzvü, Seyid Cəfər Pişəvərinin yaxın sirdaşlarından biri olan Əli Tohidi-Rüstəmov, anası Xanımbacı Sahib qızı Hadıyeva olub. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1985-ci ildə farsca "İran kommunist mətbuatı mühacirətdə" (fars. مطبوعات کمونیست ایران در مهاجرت‎) mövzusunda namizədlik, 2001-ci ildə "Kominternin Şərq siyasəti və İran" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir.

Elmi fəaliyyəti

Elmi tədqiqat istiqamətləri XX əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi olmuşdur.

Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir. Son 10 ildə 21 beynəlxalq konfransda iştirak etmişdir.

27 noyabr 2018-ci ildə Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib."

Əsas elmi naliyyətləri Beynəlxalq kominternşünaslıq və iranşünaslıq sahəsində Fundamental monoqrafiya və digər tədqiqatlar Azərbaycan kitabxana və arxivlərində saxlanılan dövrü mətbuatı (ərəb əlifbasında, 18 dildə, 1050 adda) olmuşdur.

Ümumi Kataloqları – 3 kitab (Bakıda, Londonda və Tehranda nəşr olunmuşdur).

1918-ci il azərbaycanlıların soyqırımını əks etdirən "Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri" silsiləsindən sənədlər toplularının ilk dəfə nəşri (14 kitab) və təhqiqatı (3 monoqrafiya).

Əsas elmi işləri

6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrlərin (referat, rəy və s.) müəllifidir. 7 kitabın elmi redaktoru, 4 sənəd kolleksiyasının və dövrü nəşrin tərtibatçısıdır.

Kitabları

Azərbaycanca

  • Azərbaycan dövri mətbuatı (1875-1990). Tərtibçi S. Rüstəmova-Tohidi. Bakı: Azərnəşr, 1993;
  • Nə qədər gec deyil. Bakı: Yazıçı, 1997;
  • Kominternin şərq siyasəti və İran. Bakı: Xəzər Universitəsi, 2001;
  • Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə. Bakı: Heydər Əliyev Fondu, 2013;
  • 1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə (kitab-albom). Bakı: ALF group DESİGN, 2013;
  • Cümhuriyyətin "Azərbaycan" adlandırılması və onun tarixi əhəmiyyəti. Bakı: Elm və təhsil, 2018;
  • 31 mart. Tariximizin faciəli səhifəsi. Bakı: Elm və təhsil, 2019;
  • Müstəqqiliyin çətin yolu (məqalələr toplusu). Bakı: ADU, 2019;
  • Cümhuriyyətin "Azərbaycan" adlandırılması və onun tarixi əhəmiyyəti. Bakı: Təhsil, 2021 (ikinci nəşri);

Rusca

  • Март 1918 г. Баку. Азербайджанские погромы в документах. Баку: Индиго-пресс, 2009;
  • Куба. Апрель-май 1918. Мусульманские погромы в документах. Баку: [б. и.], 2010;
  • 1918. Азербайджанские погромы в фотографиях и документах (книга-альбом). Баку: Гисмет, 2012;
  • Куба. Апрель-май 1918 г. Мусульманские погромы в документах. Баку: Центр Гейдара Алиева (Чашыоглы), 2013;
  • Баку. Март 1918 г. Азербайджанские погромы в документах. Баку: Центр Гейдара Алиева, 2013;
  • Шемаха. Март-июль 1918 г. Азербайджанские погромы в документах. Том I. Город Шемаха. Баку: ПИЦ Гл. Упр. Материально-Технического Обеспечения М-ва Нац. Безопасности Азерб. Респ., 2013;
  • Шемаха. Март-июль 1918 г. Азербайджанские погромы в документах. Том II. Селения Шемахинского уезда. Баку: ПИЦ Гл. Упр. Материально-Технического Обеспечения М-ва Нац. Безопасности Азерб. Респ., 2013;
  • 1918. Азербайджанские погромы в фотографиях и документах (книга-альбом). Баку: Центр Гейдара Алиева, 2013;
  • Азербайджанские погромы в Шемахе. 1918 год (на основе документов Чрезвычайной Следственной Комиссии Азербайджанской Демократической Республики). Москва: Столица, 2016;
  • Алимардан бек Топчибашев. Армянский фактор в Бакинских событиях 1905-1906 и 1918 гг. (документы из Парижского архива). Баку: Aspoliqraf, 2018;
  • Карабах-Зангезур. 1918 г. Азербайджанские погромы в документах. Баку: Təhsil, 2023;

İngiliscə

  • Baku Documents : Union Catalogue of Persian, Azerbaijani, Ottoman Turkish and Arabic Serials and Newspapers in the Libraries of the Republic of Azerbaijan. London: Tauris Academic Studies, 1995 (T. Atabaki ilə);
  • Union Catalogue of Persian, Arabic, Ottoman Turkish, Kurdish and Azerbaijan Serials and Newspapers in the Libraries of the Republic of Azerbaijan and the Republic of Georgia (fars. فهرستگان قفقاز: فهرستگان روزنامه‌ها و نشریات ادواری فارسی، عربی، ترکی عثمانی، کردی و آذربایجانی، ترکی عثمانی...‎). Tehran: Centre for Media Studies and Researches, 2006 (T. Atabaki, G. Beradze, G. Sanikidze ilə);
  • 1918. Azerbaijani massacres in photos and documents. Baku: Gismet, 2012.
  • Guba. April-May 1918 Documented Pogroms of the Muslims. Baku: Chashioglu Press, 2013. Arxivləşdirilib 2024-06-25 at the Wayback Machine

Həmçinin bax

  • Mart 1918-ci il. Bakı. Azərbaycanlıların soyqırımı sənədlərdə (kitab)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Solmaz Rüstəmova-Tohidi haqqında məlumat. Solmaz Rüstəmova-Tohidi nədir? Solmaz Rüstəmova-Tohidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Atomistika

  • Fevral 27, 2026

    Ufuk Budak

  • Fevral 27, 2026

    Qiyasəddin Qeybullayev

  • Fevral 27, 2026

    DC Comics

  • Fevral 27, 2026

    Vladimir Arnold

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst