Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rzayeva Münəvvər Məcid qızı (6 iyun 1929, Şuşa – 6 iyun 2004, Bakı) — Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın heykəltaraş. Azərbaycan Respublikasının

Münəvvər Rzayeva

  • Ana Səhifə
  • Vikipediya
  • Münəvvər Rzayeva

Rzayeva Münəvvər Məcid qızı (6 iyun 1929, Şuşa – 6 iyun 2004, Bakı) — Azərbaycanlı heykəltaraş və ilk monumentalçı qadın heykəltaraş. Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).

Münəvvər Rzayeva
Doğum adı Münəvvər Məcid qızı Rzayeva
Doğum tarixi 6 iyun 1929(1929-06-06)
Doğum yeri
  • Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 6 iyun 2004(2004-06-06) (75 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti heykəltaraş
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi,
  • Moskva Dövlət Rəssamlıq İnstitutu[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı

Mündəricat

Həyatı

Münəvvər Rzayeva 6 iyun 1929-cu ildə Şuşada anadan olmuşdur. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1956-cı ildə isə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirmişdir. O, Nikolay Tomskinin sinfində təhsil alıb.

1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı olub. Münəvvər Rzayeva 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının Üzvü seçilmişdir. Eyni zamanda, Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü olmuş, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərmiş və bir sıra heykəlləri bərpa etmişdir.

Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır.

M. Rzayeva psixoloji portret ustası idi. Heykəlləri qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaradırdı. Yaradıcılığını, əsasən, sənət adamlarının heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyefləri təşkil edirdi. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı fəaliyyətində xüsusi yer tutur.

Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakı şəhərində vəfat etmişdir.

Mükafatları

  • Azərbaycan Respublikasının əməkdar rəssamı — 4 mart 1992

Xatirəsi

2019-cu ildə Münəvvər Rzayevanın 90 illik yubileyi qeyd olunmuşdur.

2024-cü ildə Münəvvər Rzayevanın 95 illik yubileyi münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində heykəltaraşın əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.

Əsərləri

Şəxs Tarix Yerləşdiyi yer Şəkil Qeyd
Sevil Qazıyeva
(Sevil Qazıyevanın heykəli)
1969 Bakı barelyef (bürünc)
Mikayıl Müşfiq
(Mikayıl Müşfiqin heykəli)
1970 Bakı büst (qırmızı qranit)
Sergey Yesenin 1977 Mərdəkan heykəl
Ayna Sultanova 1986 Bakı büst
Mehdixan Vəkilov 1976 Bakı (2-ci Fəxri Xiyaban) heykəl
Əlibala Şirinov 1973 Bakı (2-ci Fəxri Xiyaban) heykəl
Bəhmənyar Bakı (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) büst (mərmər)
İmadəddin Nəsimi Bakı heykəl (ağac)
Səməd Vurğun 1966 İmişli heykəl
Sevil Qazıyeva 1972 Zaqatala heykəl
Mirzə Ələkbər Sabir 1973 Quba büst
Məhsəti Gəncəvi
(Məhsəti Gəncəvinin heykəli (Gəncə, 1983))
1983 Gəncə heykəl
Mikayıl Müşfiq 1989 Xızı (Sayadlı) heykəl
Nigar Rəfibəyli
(Nigar Rəfibəylinin heykəli (Gəncə, 1998))
1998 Gəncə heykəl (bürünc)
Heydər Əliyev 1998 Qusar ("Heydər Zirvəsi") barelyef (tunc)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Münəvvər Rzayeva haqqında məlumat. Münəvvər Rzayeva nədir? Münəvvər Rzayeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Taiheiyō kəməri

  • Fevral 27, 2026

    Xoakin Feniks

  • Fevral 26, 2026

    Mənəvi dəyər

  • Fevral 27, 2026

    Dahur dili

  • Fevral 27, 2026

    Qanq

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst