Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbay

Əlibala Şirinov

  • Ana Səhifə
  • Vikipediya
  • Əlibala Şirinov

Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbaycan Ali Sovetinin (2–5, 7-ci və 8-ci çağırış) deputatı.

Əlibala Şirinov
Şəxsi məlumatlar
Doğum tarixi 1903(1903)
Doğum yeri
  • Dünyamalılar, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 3 noyabr 1973(1973-11-03) (69–70 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1940–1973)
Fəaliyyəti pambıqçı
Uşağı
  • İxtiyar Şirinov

Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 1951
"Lenin" ordeni — 1951 "Lenin" ordeni — 1948 "Qırmızı əmək bayrağı" ordeni — 1966 "Şərəf nişanı" ordeni — 1958

Həyatı

Əlibala Əbdül oğlu Şirinov 1903-cü ildə anadan olmuşdur. 1925–1927-illərdə ordu sırasında olmuş, ordudan tərxis edildikdən sonar iki il Xalac (Dünyamalılar) kənd sovetinin sədri işləmişdir.

1929-cu ildə Dünyamalılar kəndinin kənd təsərrüfatı arteli təşkil edildikdə Ə.Şirinov kolxoza birinci daxil olmuş, onun təşkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsində fəal iştirak etmişdir. Əlibala Şirinov əvvəlcə katib vəzifəsində işləmişdir.

Beyləqan rayonunun Dünyamallar kəndində 1927–1928-ci illərdə kənd sovetinin mühasibi, 1928–1935-ci illərdə kənd sovetinin sədri, 1935–1936-cı illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuşdur.

1936-cı ilin may ayında kolxozçular Ə.Şirinovu özlərinə sədr seçmişlər. Əlibala Şirinov o vaxtdan düz 35 il kolxozun idarə heyətinin sədri olmuşdur.

Ona hamı hörmət və ehtiram bəsləyirdi. Dövlət kolxoz istehsalını inkişaf etdirməkdə onun fəaliyyətini qiymətləndirib. 1950-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan Ali Sovetinin (2–5, 7-ci çağırış) deputatı seçilmişdir. 2 dəfə Lenin ordeni, "Şərəf nişanı", Qırmızı Bayraq ordeni və medallarla təltif olunmuşdur. 1971-ci ildən ittifaq əhəmiyyətli fərdi pensiyaçı idi.

1952-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, iki Lenin ordeni, "Şərəf nişanı" ordeni, Qızıl Əmək Bayrağı ordeni, SSRİ-nin bir çox medalları ilə təltif edilmişdir.

Kolxoz onun rəhbərliyi altında inkişaf edib və yeni-yeni təsərrüfat müvəffəqiyyəti qazandı.

El ağsaqqalını kəndin abadlaşdırılması məsələsi çox narahat edirdi.Layihə əsasında kolxozun tapşırığı ilə 1957-ci ildə yeni tipli qəsəbə salınmışdı.

1963-cü ildə 10 illik məktəb binası tikdirdiyi üçün ona "Azərbaycan maarif xadimi" adı verilmişdir. Azərbaycanın Pambıq ustası fəxri adını almışdı.

Əlibala Şirinov 3 noyabr 1973-cü ildə vəfat etdi. O, dövlətin qərarı ilə Bakı şəhərində İkinci Fəxri xiyabanda dəfn edildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əlibala Şirinov haqqında məlumat. Əlibala Şirinov nədir? Əlibala Şirinov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Yanma

  • Fevral 25, 2026

    Amerikalı

  • Fevral 23, 2026

    Gürcü dili

  • Mart 01, 2026

    Əfsəhəddin Hidayətullah

  • Fevral 27, 2026

    Xəttat

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst