Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ayna Mahmud qızı Sultanova (1895, Pirəbədil, Quba qəzası – 4 iyul 1938, Bakı) — ictimai-siyasi xadim, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin i

Ayna Sultanova

  • Ana Səhifə
  • Vikipediya
  • Ayna Sultanova

Ayna Mahmud qızı Sultanova (1895, Pirəbədil, Quba qəzası – 4 iyul 1938, Bakı) — ictimai-siyasi xadim, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri — xalq ədliyyə komissarı və Azərbaycan SSR Ali Məhkəməsinin sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur.

Ayna Sultanova
Azərbaycan SSR xalq ədliyyə komissarı
17 sentyabr 1936 – iyul 1937
ƏvvəlkiƏbdülhəmid Yaqubov
SonrakıFeyzulla İslamov
Azərbaycan SSR Ali Məhkəməsinin sədri
1936 – 17 sentyabr 1936
SonrakıTeymur Quliyev
Azərbaycan SSR xalq ədliyyə komissarının müavini
1934 – 1936
Azərbaycan SSR xalq maarif komissarının müavini
23 fevral 1933 – 1934
29 sentyabr 1930 – 1931
Şəxsi məlumatlar
Doğum tarixi 1895(1895)
Doğum yeri
  • Pirəbədil, Quba qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 4 iyul 1938(1938-07-04) (42–43 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1918–1938)
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı
  • Həmid Sultanov
Təltifləri "Qırmızı əmək bayrağı" ordeni — 1932
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya — güllələnməyə məhkum edilmişdir.

SSRİ-nin dağılmasından sonra Ayna Sultanovaya olan ictimai münasibət dövrün digər marksist düşüncəli fəallarına olan münasibət kimi qarışıq olmuşdur. Ayna Sultanova Nəriman Nərimanov ilə birlikdə heykəli hələ də Bakı şəhərində mövcud olan solçu siyasətçidən biridir.

Ayna Sultanovanın "Dərnəgül şosesi"nin kənarında, metronun "Gənclik" stansiyasından bir qədər aralı büstü ucaldılmışdır. 1965-ci ildə Azərbaycan, 1976-cı ildə isə rus dillərində H. Sultanovanın müəllifi olduğu "Ayna Sultanova" adlı kitablar nəşr olunmuşdur.

Mündəricat

Həyatı və karyerası

Ayna Mahmud qızı Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur. 1912-ci ildə Bakıda "Müqəddəs Nina" gimnaziyasını bitirib və həmin məktəbdə dərs deyib. 1917–1918-ci illərdə Həmdulla əfəndidən fərqli olaraq bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci ilin mart qırğınında erməni daşnaklarının və rus bolşeviklərinin mövqeyini dəstəkləyib. Bir mənbədə onların qohum olduğu qeyd olunur.

Ayna Sultanova heykəli, Bakı

Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib və Azərbaycanda sovet rejimi qurmaq uğrunda çalışmışlar.

Ayna Sultanova və həyat yoldaşı mart qırğınından az sonra, yəni 25 aprel 1918-ci il tarixdə S. Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edir. Onun 1918-ci ilin iyunundan Kommunist Partiyasına daxil olması bir daha sübut edir ki, A. Sultanova Azərbaycanın müstəqilliyinə düşmən münasibət bəsləyib. Nəzərə almaq lazımdır ki, bu tarixdə artıq Azərbaycan Xalq Cümhuriyyəti mövcud idi və Bakı S. Şaumyanın rəhbərlik etdiyi kommunanın əlində olduğuna görə paytaxt hələ Gəncədə yerləşirdi. A. Sultanovanın Kommunist Partiyasına daxil olduğu vaxt Azərbaycan milli ordusu qardaş türk ordusu ilə birlikdə Göyçay istiqamətində erməni daşnak və bolşevik qoşunlarına qarşı ölüm-dirim mübarizəsi aparırdı. Belə bir dövrdə A. Sultanovanın S. Şaumyanın rəhbərlik etdiyi bolşevik partiyasına daxil olması onun Azərbaycanın milli dövlətçiliyinin əleyhinə olduğunu, erməni daşnaklarının və rus bolşeviklərinin rəhbərliyilə öz xalqına qarşı yeridilən düşmən siyasətin icraçılarda fəal iştirak etdiyini sübut edir.

O, Bakı Kommunasının süqutundan, yəni 31 iyun 1918-il tarixdən sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək Müsavat hakimiyyətini yıxıb, yerində kommunist sistemli bir ölkə qurmaq üçün bolşeviklərə yaxından köməklik göstərmişdi. Bu dövrdə A. Sultanova Rusiya Kommunist Partiyasının Həştərxan Quberniya Komitəsi müsəlman bölməsi rəyasət heyətinin üzvü və Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olmuşdu. 1919-cu ilin avqustunda Moskvaya Y. Sverdlov adına kommunist universitetində oxumağa göndərilmiş, eyni zamanda RSFSR Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləmişdir. Moskvadakı fəaliyyəti haqqında o, öz xatirələrində belə yazır: "Xalq Xarici İşlər Komissarlığının partiya özəyi məni, qadın qulluqçular tərəfindən rayon partiya komitəsinə təhkim olunmuş nümayəndə təyin etdi. Mən qadınların qızıl ordu üçün alt paltarı tikmək və yamamaq, xəstəxanaların, uşaq bağçalarının və yeməkxanaların sanitariya vəziyyətini yoxlamaq işlərində çalışmasını təşkil edirdim".

A. Sultanova XI Qırmızı Ordu Azərbaycana daxil olduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsi müdirinin müavini, sonra müdiri vəzifələrində çalışmış, "Şərq qadını" jurnalının redaktoru olmuşdur. 1930–1937-ci illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, maarif komissarı və bir qədər sonra ədliyyə komissarı və digər vəzifələrdə çalışmışdı. Bu dövrdə o, Moskvada Qırmızı Professura İnstitutunda oxumuşdu.

1938-ci ildə A. Sultanova qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalmış və xalq düşməni kimi güllələnmişdir.

Həmçinin bax

  • Azərbaycan ədliyyə nazirlərinin siyahısı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ayna Sultanova haqqında məlumat. Ayna Sultanova nədir? Ayna Sultanova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    I Yustinian

  • Fevral 27, 2026

    Onqon

  • Fevral 27, 2026

    Cavidan Novruz

  • Fevral 27, 2026

    Müşfiq Hüseynov

  • Fevral 27, 2026

    Ansel Adams

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst