Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh; 1 fevral 1983, Bakı) — Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və ki

DJ Fateh

  • Ana Səhifə
  • Vikipediya
  • DJ Fateh

Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh; 1 fevral 1983, Bakı) — Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və kinossenaristi. Media FM radiostansiyasının keçmiş baş prodüseri, MANPASI səhər şousunun və video layihəsinin aparıcı və yaradıcılarından biri, "Breyn Rinq" və "61" televiziya layihələrinin aparıcısı, "Əlaçı" verilişinin redaktoru, Oğlan evi və Oğlan evi 2 filmlərinin ssenari həmmüəllifi. 2018-ci ilin avqustundan İctimai Radionun direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür.

DJ Fateh
Doğum adı Məmmədov Məmmədəli Nazim oğlu
Doğum tarixi 1 fevral 1983(1983-02-01) (43 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Radioaparıcı, teleaparıcı, redaktor, kinossenarist
Fəaliyyət illəri 1999–h.h.
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mükafatları "Tərəqqi" medalı — 2019
Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
IMDb ID8431232
manpasi.az

Mündəricat

Bioqrafiya

Məmmədəli Məmmədov 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 42 saylı məktəbə gedən Məmmədəli orta təhsilini əlaçı kimi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb.

Yaradıcılığı və iş fəaliyyəti

  • 1999-cu ildə ANS ÇM radiostansiyasında aparıcı kimi fəaliyyətə başlayıb. 2005-ci ilədək ANS Şirkətlər Qrupunda müxtəlif vəzifələrdə çalışıb – aparıcı, baş aparıcı, eyni zamanda, "Elman" jurnalının redaktoru və baş redaktoru vəzifələrini tutub.
  • 2006–2008-ci illərdə AB Standard Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə meneceri, 2008–2010-cu illərdə "Promo-Vision" PR agentliyinin baş direktoru vəzifəsində çalışıb.
  • 2010-cu ildə Media FM radiostansiyasında işləməyə başlayıb. 2017-ci ildən fərdi sahibkar qismində fəaliyyətə başlayıb.
  • 2015 və 2016-cı illərdə "Kintamani film" tərəfindən istehsal edilmiş İlham Qasımovun "Oğlan evi" və Oğlan evi 2" filmlərinin ssenari həmmüəllifi olub.
  • 2017-ci ildə keçirilən ilk BOMBA sosial media mükafatının təqdimat mərasiminin aparıcılarından və ssenari müəlliflərindən biri olub.
  • 2018-ci ilin avqustundan İctimai Radionun proqram direktorluğu departamentinin direktorudur.

MANPASI

2011-ci ildə Rəvan Bağırovla birgə yaratdıqları MANPASI "Youtube" layihəsi Azərbaycanın həmin dövrdə ən çox izlənilən internet verilişinə çevrilmişdir. İnternet sərhədlərini aşaraq, Media FM radiostansiyasında səhər şousuna çevrilən layihə Azərbaycanda bütün zamanların ən çox dinlənilən səhər şousuna çevrilmişdir.

TV fəaliyyəti

  • 2013-cü ildən "Breyn Rinq" telelahiyəsinin aparıcısıdır. Veriliş "Oyun TV"(Game TV) -nin lisenziyası əsasında AzTV-də yayımlanır.
  • 2015-ci ildən "61!" verilişinin redaktoru, 2017-ci ildən — 2021 sentyabrına qədər isə aparıcısı olmuşdur.
  • 2015-ci ildən "Əlaçı" verilişinin redaktorudur.
  • 2021-ci ildən "Milyonların Şousu" intellektual oyununun aparıcısıdır.

Filmoqrafiya

  1. Vəkil hanı? (film, 2011)
  2. Oğlan evi
  3. Oğlan evi 2

İctimai çıxışları

2011-ci ildə TEDx Bakı tədbirində "Hər günü fərqli yaşamaq" mövzusunda; 2015-ci ildə Milli Marketinq Forumunda "Karyera" panelində; 2016-cı ildə Rəqəmsal Marketinq Konfransında "Sosial şəbəkələrdə neqativi necə idarə etməli" mövzusunda çıxışı olub.

Mükafatları

  • "Tərəqqi" medalı
  • Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 21 iyul 2025

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, DJ Fateh haqqında məlumat. DJ Fateh nədir? DJ Fateh nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aleksey Rıkov

  • Fevral 27, 2026

    Frayburq Universiteti

  • Mart 01, 2026

    İshaq İbrahimov

  • Fevral 27, 2026

    Cannabaceae

  • Fevral 27, 2026

    Dastan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst