"Media FM" Radiostansiyası "Digital Media" MMC tərəfindən 2008-ci ildə təsis edilib. 2009-cu ilin fevralından efir yayımına başlayan radio, hal-hazırda ölkənin 77%-dən çox ərazisində eşidilir. Hal-hazırda internet yayım üçün fəaliyyət göstərən mediafm.az saytı sayəsində isə ilin radiosunu bütün dünyada eşitmək olur.
2012-ci il Media FM üçün personala yatırım ilinə çevrilmişdir. Yeni mövsüm öncəsi transferlər hesabına radioya kadr bazarının uğurlu simaları cəlb edilmişdir.
Bunun sayəsində radiostansiya ötən il ərzində də səhər və axşam praym–taymlarının mübahisəsiz lideri adını qoruyub. Dillər əzbəri olmuş "Manpası" səhər şousu və "Gül kimi" axşam şouları insanların işə gedəndə və işdən qayıdanda dinlədiyi verilişlərdir.
Radiostansiyanın bütün layihələri sosial yönümlüdür və unikaldır. Onlar nə bir–birini, nə də digər radioların verilişlərini təkrarlayır. Verilişlər, sözün əsl mənasında, eksklüziv efir məhsuludur. Azərbaycan üçün nadir sayılan TopHit musiqi formatında çalışan radionun musiqi bazası hər ay yenilənir və daimi dinləyicilərin əsas fəxr mənbəyidir.
Hər mövsüm yeni verilişlər təqdim edən yeganə radio olmaqla, Media FM, həm də medianın və ictimaiyyətin diqqət mərkəzindədir. Media FM ardıcıl üçüncü dəfədir ki, "İlin radioşirkəti" seçilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Media FM haqqında məlumat. Media FM nədir? Media FM nə deməkdir?