Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İctimai Radio — Azərbaycanda fəaliyyət göstərən radiostansiya. İctimai Radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə

İctimai Radio

  • Ana Səhifə
  • Vikipediya
  • İctimai Radio

İctimai Radio — Azərbaycanda fəaliyyət göstərən radiostansiya. İctimai Radionun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən bütün ölkə üzrə həyata keçirilir və Abşeron Yarımadasında 90 FM tezliyində yayımlanır. Radio Azərbaycan dilində fəaliyyət göstərir. Yayımın əhəmiyyətli hissəsini azərbaycanlı musiqiçilərin əsərləri təşkil edir.

İctimai Radio
İctimai Televiziya və Radio Yayımları Şirkəti
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Baş qərargah Bakı Bakı
Yaranma tarixi 10 yanvar 2006
Sahibi Azərbaycan dövləti
Rəhbərlik DJ Fateh
Qardaş kanallar İctimai TV
Sayt ictimairadio.az
90fm.az
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Radio 2006-cı il yanvarın 10-dan fasiləsiz yayımdadır. İctimai Radio 24 saatlıq rejimdə, bütün ölkə ərazisində yayımlanır. Proqram cədvəlində əyləncəli səhər verilişi, maarifləndirici axşam şousu, idman verilişi, biznes yönümlü tok–şou, milli caz musiqisinə həsr olunmuş veriliş, o cümlədən, Azərbaycanın siyasi, sosial, mədəni gündəminə dair bir çox maarifləndirici proqramlar da yer almaqdadır. Həmçinin yeni fəaliyyətə başlayan musiqiçilərə dəstəyi ilə seçilən radionun yayımında tez–tez gənc ifaçıların musiqilərini eşitmək mümkündür. İctimai Radio Azərbaycanın ən yenilikçi yayımçılarından hesab edilir və ölkədə yeganə ictimai yayımçıdır. İctimai Radionun fəaliyyəti "İctimai televiziya və radio yayımı haqqında" qanunla tənzimlənir. Proqram cədvəli aşağıdakı kimidir:

VerilişlərQısa icmalıYayım vaxtı
MANPASIƏyləncə xarakterli səhər şousu. Radio veriliş 2012-ci ildən yayımlansa da, İctimai Radioda yayıma 2019-cu ildə başlayıb. Aparıcıları DJ Fateh və Rəvan Bağırovdur. Bazar ertəsi — cümə,

08:00–10:00

İdman gündəliyiGündəlik idman verilişi. Veriliş 2022-ci ildən yayımlanır və aparıcısı Əhməd Əliyevdir. Bazar ertəsi — cümə,

11:00–12:00

İdarəetmənin əsaslarıBiznes, iqtisadiyyat və iş həyatına dair müzakirələrin aparıldığı tok-şou. 2018-ci ildən yayımlanır və aparıcısı Nərmin Aşurzadədir. Bazar ertəsi — cümə,

13:00–15:00

Can, Azərbaycan!Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti və gündəlik həyatı haqqında maarifləndirici veriliş. 2022-ci ildən yayımlanır və aparıcısı Pərvanə Nadirqızıdır. Bazar ertəsi — cümə,

15:00 (təkrarı 21:00)

AvtoStopAzərbaycanın efir məkanında sürücülər üçün nəzərdə tutulmuş ilk və ən populyar maarifləndirici veriliş. Veriliş 2010-cu ildən yayımlansa da, İctimai Radioda 2019-cu ildən yayıma başlayıb. Aparıcısı Tural Yusifovdur. Bazar ertəsi — cümə, 18:00–20:00.
AzəriJazzAzərbaycan caz musiqisi haqqında nadir verilişlərdən biri. Radioda 2019-cu ildən yayımlanır və aparıcısı Rahib Azəridir. Şənbə, 11:00–13:00

(təkrarı bazar günü, 15:00–17:00)

RubrikalarQısa icmalı
Az tanınmışlarAzərbaycan tarixində əvəzsiz xidmətləri olan, lakin ictimaiyyət tərəfindən az tanınan tarixi şəxslərin həyat və nailiyyətlərindən bəhs edən rubrika. Rubrika 18 dekabr 2023-cü ildə Medianın İnkişafı Agentliyinin fərdi jurnalist müsabiqəsində ən yaxşı mədəniyyət reportajı nominasiyasına layiq görülüb.
Əsas can sağlığıdır!Sağlam qidalanma, nutrisiologiya və pəhriz vərdişləri barədə məlumatlar toplusu
Bu gün"Tarixdə bir gün" konseptli maarifləndirici rubrika
İdman pleylistiİdman ictimaiyyəti üçün əhəmiyyətli mahnıların, çempionat himnlərinin tarixçəsi
Adlı-sanlı rubrikaİdmançıların ləqəbləri və onların tarixçəsi barədə rubrika
Bilmədiyiniz termin qalmasınİdman terminlərinin izahlı lüğəti
Ən bahalı rubrikaİdman sahəsində ən böyük büdcələr, ən bahalı transferlər və böyük məbləğlərin mövzu olduğu rubrika
Anonim menecerlər klubuSahibkarların və menecerlərin mənfi, amma öyrədici təcrübəsi əsasında hazırlanmış rubrika
Pul bir səndə, bir də…Dünya ölkələrinin valyutaları barədə məlumat toplusu
1001 xırdavatKiçik ölçülü əşyaların böyük pullar qazandırmasının tarixçəsi barədə rubrika
Pulun var?!Maliyyə savadlılığının artmasına yönəlmiş maarifləndirici rubrika

Xüsusi buraxılışlar

Muğam axşamları — Layihə Beynəlxalq Muğam Mərkəzi və İctimai Radionun birgə əməkdaşlığı ilə baş tutub. Bu layihə çərçivəsində tanınmış muğam ifaçıları tərəfindən ifa edilmiş muğamlar, xalq mahnıları və təsniflərin canlı konsert yazısı səsləndirilib. Layihə 2022–2023-cü illəri əhatə edib.

AvtoStop yolda — Sürücü və digər hərəkət iştirakçılarının problemlərini daha yaxşı anlamaq və dinləyicilərə çatdırmaq üçün həyata keçirilən layihələrdən biri də "AvtoStop yolda" olub. "AvtoStop" verilişinin aparıcısı DJ Turalın maşınında quraşdırılan xüsusi avadanlıqlar ilə distant şəkildə yayıma nail olunub.

Mobil tətbiq

İctimai Radio onlayn yayımını onlayn yayım platformaları və ictimairadio.az saytından başqa həm də "ITV Mobile" tətbiqi üzərindən həyata keçirir. Mobil tətbiq dünyanın bütün ölkələrində IOS və Android əməliyyat sistemləri üçün mövcuddur. Bununla yanaşı İctimai Radionun verilişləri və rubrikalarını radiostansiyanın sosial şəbəkə hesablarında və podkast platformalarda dinləmək mümkündür.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İctimai Radio haqqında məlumat. İctimai Radio nədir? İctimai Radio nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Toxa

  • Fevral 27, 2026

    Dünya əhalisi

  • Fevral 24, 2026

    Yazıçı

  • Fevral 27, 2026

    Hüseyn Yusubov

  • Fevral 27, 2026

    Kabardalılar

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst