Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 35 milyon nəfərdir.

İran türkləri

  • Ana Səhifə
  • Vikipediya
  • İran türkləri

İran türkləri — İran əhalisinin təxminən 1/5-ni təşkil edirlər və sayları təxminən 35 milyon nəfərdir.

İrandakı türkdilli xalqları əsasən üç böyük bölgədə yaşayırlar. İranın şimalında, şimal-qərb və mərkəz və cənubunda yerləşən əyalətlər. İranın şimal-qərb bölgələrində yerləşən əyalətlər tarixi Cənubi Azərbaycan ərazisində yerləşirlər. Şimal-şərq bölgəsində yerləşən əyalətlər, tarixi Xorasan ərazilərindədir. İranın mərkəzində və cənubunda olan və türkdilli xalqların yaşadığı əyalətlər, Fars əyalətinə şamil olunurlar.

Mündəricat

Bölgələr

İranda yaşayan Türk xalqlarının coğrafiyayi dağılışı

Cənubi Azərbaycan

Cənubi Azərbaycanda yaşayan azərbaycanlılar, tarixi Azərbaycan bölgələri ərazisində, həmçinin ondan kənarda, İranın digər əyalət və bölgələrində yaşamaqdadırlar. Bunlar Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi, Gilan, Kürdüstan, Kirmanşah, Əlburz, Tehran və Qum bölgələridir .

İran azərbaycanlılarının sayı 1998-ci ildə ethnologue saytının təxmini hesablamasına görə, 13,5 milyon nəfər imiş. Bu sayı indiki dövr artımı ilə 20 milyon nəfər hesab etmək olar .

Qaşqaylar

Qaşqay türkdilliləri,İranın cənub və mərkəzi əyalətlərində yaşayırlar. Bura Fars, İsfahan, Kirman, Buşehr, Çahar-Mahal və Bəxtiyari və Xuzistan əyalətləri şamildir . Onların sayı 1998-ci ildə ethnologue saytının təxmini əsasında, 500 000 nəfərimiş .

Afşarlar

Afşar türkdillilər, İranın şimal-şərqində – Şimali Xorasan, Rəzəvi Xorasan və Simnan əyalətlərində yaşayırlar. Onların sayı 1998-inci ildə ethnologue saytının təxmini əsasında,100 000 nəfər imiş .

Türkəmənlər

Türkmənlər İranın şimal-şərqində – Gülüstan, Şimali Xorasan, Mazandaran və Simnan əyalətlərində yaşayırlar. Onların sayı 1998-ci ildə ethnologue saytının təxmini əsasında, 2٬00٬000 nəfərimiş .

Sayları

İranda yaşayan türkdilli xalqların sayı barədə müxtəlif mənbələrdə müxtəlif rəqəmlər rast gəlmək olur. İran türkdillilərinin iddialarına görə, bu rəqəm guya 37 milyona çatmaqdadır . Ethnologue-nin verdiyi məlumata görə, 1998-ci ildə İranda 17٬400٬000 nəfər türk yaşayırmış .

Təxminlər

İranda yaşayan türdilli xalq nümayəndələrinin sayı ilə bağlı müxtəlif rəqəmlər verilməkdədir. Onların sayı təxminən 15 milyon,، 33 milyon, 25 milyon, və 20 milyon verilərək, bir-birındən fərqli rəqəmlər alınmaqdadır.

Dünya Bankının ölkələr üzrə məlumatına görə 86٫1 milyonluq İran əhalisinin 22 faizi türkdilli xalqlar olaraq, bu say içərisində təxminən 15 milyonu azərbaycanlı olmaqdadır. Brenda Shafferd isə İranın 64 milyon nəfər əhalisinin 10 milyon nəfərinin etnik Azərbaycanlı türk hesab edirdi.

Əhali sayı məsələsi

İranın hər on ildən bir keçirilən əhalinin siyahıya alınması prosesində insanların milliyətinə görə hesablanması nəzərəd tutulmur. Bu səbəbdən İranda ayrı-ayrı xalqların say tərkibi barəsində rəsmi məlumat yoxdur . ABŞ İranda 1956-cı ildə ( şəmsi ilə 1335 ) keçirilən əhalinin siyahıya alınmasını millətlərin sayı göstərilmədiyindən etibarlı saymır .

Azərbaycanlılar

Yazılır ki, "ümumiyyətlə İranda rəsmi məlumatlarda, İranın ən böyük etnik qrupun – azərbaycanlıların sayı olduğundan az göstərilir" . Bəzi qaynaqlar türkləri İran əhalisinin üçdən biri bilirlər.

Farslar

Bəzi mənbələrə görə, farslar İran əhalisinin 50 faizini təşkil edirlər. Ayrı qaynaqlarda farsların nüfusu yüzdə 45 dən aşağı göstərilib . Mənbələrə görə farslardan sonra, azərbaycanlılari və digər türkdilli xalqlar İran əhalisinin 17–25, kürdlər 8, bəluçlar 3, ərəblər 3, türkəmənlər 3 faizini təşkil edirlər .

İran türklərinin etnik qruplarının siyahısı

İranın türk xalqları Dilləri Dinləri və alt-etnik qrupları
İran azərbaycanlıları Azərbaycan dili (türkcə) Müsəlman Şiə
  • Bayatlar
  • Şahsevənlər
  • Qarapapaqlar
  • Qacarlar
  • Ayrumlar
  • Qaradağlılar
  • Bıçaqçı eli
  • Tərəkəmələr
  • Padarlar
  • Qaradağlı eli
    • Toxmaqlu Beydilili İlyasxanlı Bayburdlu Qaradağlı
Xorasan türkləri Xorasan türk dili Müsəlman Şiə
İran türkmənləri Türkməncə Müsəlman Sünni
Əfşarlar Azərbaycan dili (türkcə) Müsəlman Şiə
Xələclər Xələc dili Müsəlman Şiə
Qaşqaylar Qaşqay dili Müsəlman Şiə
  • Ağaçəri tayfası
İranda yaşayan Türkiyəli türklər Türk dili Müsəlman Sünni

Həmçinin bax

  • İran

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İran türkləri haqqında məlumat. İran türkləri nədir? İran türkləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kimçi

  • Fevral 24, 2026

    Səddam Hüseyn

  • Fevral 27, 2026

    Qutuy Xatun

  • Fevral 27, 2026

    Dilbaz atı

  • Fevral 27, 2026

    Portuqaliyalılar

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst