Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakı

Sahil bağı

  • Ana Səhifə
  • Vikipediya
  • Sahil bağı

Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park.

Sahil bağı
Parkdan görünüş.
Parkdan görünüş.
Məlumatlar
Parkın tipi park
Ölkə
  •  Azərbaycan
Yerləşməsi Üzeyir Hacıbəyov küçəsi, Bakı, Azərbaycan Azərbaycan
Sahəsi 22 min m2
Xəritədə yeri
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Adı

Densterfors Sentrokaspi diktaturası ordusuna təlim verir (müasir Sahil bağı, sağda Daşnaksütun Bakı ofisi — indiki Azərbaycan Bəstəkarlar İttifaqının binası)

Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi.

SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular.

2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi.

Xüsusiyyətlər

Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var.

Ərazisi 22 min m2 olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.

Bağın 12 min kvadratmetr ərazisinin asfalt örtüyü ləğv edilərək, onun yerinə Braziliya, İsveç, Çin və İtaliyadan gətirilən qranit-mərmər döşənib. Burada, həmçinin müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub. Bağdakı ağaclar və güllərin böyük hissəsi Hollandiyadan gətirilib. İşıqlandırma sistemində isə İtaliya istehsalı olan avadanlıqdan istifadə edilib.

Yerləşməsi

Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu bağ tarixi tikililərlə əhatə olunub.

Bağın perimetri boyunca Azərbaycanın mədəniyyət xadimlərinin adları ilə bağlı binalar yerləşir. Buradakı evlərin birində 1937-ci ildən 1967-ci ilə qədər Azərbaycan opera müğənnisi, SSRİ Xalq Artisti, Azərbaycan vokal musiqisinin əsasını qoyanlardan biri olmuş Bülbül yaşayıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sahil bağı haqqında məlumat. Sahil bağı nədir? Sahil bağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    H.O.S.T.

  • Fevral 27, 2026

    Polina Bonapart

  • Fevral 27, 2026

    Cığçiçəklilər

  • Fevral 27, 2026

    Nervus vagus

  • Fevral 27, 2026

    Heterotroflar

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst