Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sentrokaspi Diktaturası (rus. Диктатура Центрокаспия) — 1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulmuş tanınmamış dövlət. Bak

Sentrokaspi Diktaturası

  • Ana Səhifə
  • Vikipediya
  • Sentrokaspi Diktaturası

Sentrokaspi Diktaturası (rus. Диктатура Центрокаспия) — 1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulmuş tanınmamış dövlət. Bakı Kommunasını devirən diktatura cəmi 45 gün hakimiyyətdə qalmışdır.

Tarixi dövlət
Sentrokaspi Diktaturası
Диктатура Центрокаспия
Bayraq
Bayraq
1918 — 1918
Paytaxt Bakı
Dil Azərbaycan dili
Rəsmi dilləri rus dili
İdarəetmə forması Diktatura

Mündəricat

Hökumət

Sentrokaspi Diktaturası 5 nəfər diktatordan ibarət idi. Bakı Kommunasını devirən əsas şəxslər Xəzər donanmasından H. Tuşov (diktatorlardan biri), Peçenkin, M. Tyuşkov, Buşev, Lemley (diktatorlardan biri), Yermakov (diktatorlardan biri), eserlərdən Lev Umanski, Abram Veluns (diktatorlardan biri), menşeviklərdən Qriqori Ayollo, M. Sadovski, daşnaklardan A. Arakelyan və S. Məlik-Elçiyan idi.

Britaniya dəstəyi

Lionel Denstervil tərəfindən göndərilən polkovnik C. B. Stokes başçılığında ilk 44 nəfərlik hərbi hissə avqustun 4-ü Bakıya çıxdı. Həmin gün bir alman diplomatik missiyası "Kursk" gəmisində Həştərxandan Bakıya gəldi və "Türk qərargahı"nın yerini soruşdu. Lakin şəhər hələ türklərin əlində deyildi. Bundan şübhələnən diktatura missiyanı həbs etdi. Sonrakı hərbi hissə polkovnik R. Keyworth başçılığında gəlib Bakıya çatdı. Diktatura bu qədər az əsgərin gəlməsini xoş qarşılamamışdı. Bunu Daşnaksütun nümayəndəsi doktor Aratyan vasitəsilə Denstervilə çatdırmışdılar. Diktatura "Kursk" və "Abo" gəmilərini britaniyalıların ixtiyarına vermişdi. Lionel Denstervil özü isə "Prezident Krüger" gəmisi ilə Serbiya bayrağı altında Bakıya yol almışdı. Diktatura isə şəhərdə hakimiyyəti ələ ala bilməmişdi. 15 avqust 1918-ci ildə polkovnik R. Keyworth şəhərdə özbaşınalıq olduğunu, əsgərlərin istədiyi vaxt hərbi hissəni tərk edib şəhərə getdiyini, sanitar vəziyyətin acınacaqlı halda olmasını, aclığın başladığını yazırdı. Denstervil özü artıq 17 avqustda Bakıda idi. Erməni polkovnik Avetisyanı Muğan Müvəqqəti Hərbi Diktaturasına köməyə göndərərək əsas gücü özü əlinə aldı. Diktatorlar özləri ancaq ofisdə otururdular və cəbhə xəttinə getmirdilər.

Bakının ələ keçirilməsi

14 sentyabrda Qafqaz İslam Ordusunun yekun hücumlarından sonra, britaniyalılar Bakıda qalmağın mümkün olmaması haqqında mərkəzə məlumat vermişdilər. Diktatorlar Lemley və Sadovski Denstervilə geri qayıtmaq əmri versə də Britaniya ordusu çoxdan şəhəri tərk etmək qərarına gəlmişdi. 1918-ci il 15 sentyabr tarixində Bakı döyüşü nəticəsində Sentrokaspi Diktaturası məğlub olmuş və Bakı şəhəri Azərbaycan Demokratik Respublikasının nəzarəti altına keçmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sentrokaspi Diktaturası haqqında məlumat. Sentrokaspi Diktaturası nədir? Sentrokaspi Diktaturası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    VIII Henri

  • Fevral 21, 2026

    Yukatan yarımadası

  • Fevral 10, 2026

    Meksika

  • Fevral 11, 2026

    Fin dili

  • Fevral 23, 2026

    Rodium

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst