Park (ing. park)

"Park" sözü" ümumiyyətlə" "saxlamaq", "qorumaq" anlamına gəlir. Ona görə də "park" dedikdə nəyinsə qorunması və saxlanması üçün ayrılmış sahə nəzərdə tutulur. Buna misal olaraq:
1. Milli parklar — vəhşi təbiətin, flora və faunanın qorunub saxlanması üçün ayrılmış və qorunan sahələr.
2. Şəhər mühitində insanların istirahəti üçün qorunan yaşıllıq sahələr — xiyabanlar; çiçəkliklər və çəmənlik sahələri olan böyük bağ, ağaclıq: Mərkəzi mədəniyyət və istirahət parkı.
3. Nəqliyyat vasitələrinin və xüsusi texnikaların saxlanıldığı, mühafizə və təmir olunduğu yer: trolleybus parkı, avtobus parkı, tramvay parkı.
4. Müharibə zamanı ordunu döyüş sursatı, alətlər, ehtiyat hissələri və s. ilə təchiz etmək üçün səyyar parklar "artilleriya parkı" adlanır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Park haqqında məlumat. Park nədir? Park nə deməkdir?