Nikokreon (q.yun. Nικoκρέων; vəfat tarixi e.ə. 311/310) — Makedoniyalı İsgəndərin Əhəmənilər dövlətinə qarşı yürüşü dövründə (e.ə. 336—323) Kipr şəhəri Salamində hakimiyyətdə olan hökmdar.
| Nikokreon | |
|---|---|
| q.yun. Nικoκρέων | |
| |
Salamin hökümdarı | |
| e.ə. 332/331 – e.ə. 311/310 | |
| Əvvəlki | Pnitaqor |
| Sonrakı | Menelaus Lagid |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | e. ə. IV əsr |
| Vəfat tarixi | e.ə. 311 və ya e.ə. 310 |
| Fəaliyyəti | rəhbər |
| Atası | Pnitaqor |
Hakimiyyətə atası Pnitaqordan sonra e.ə. 332/331-ci ildə gəldi.
Adanın digər şəhərlərinin hökmdarlarıyla birlikdə makedoniya çarının hakimiyyətini müqavimətsiz tanıdı və e.ə. 331-ci ildə İsgəndərin Misirdən bərpa edilmiş Finikiya şəhəri Tirə qayıdışı zamanı teatr tamaşalarının təşkilində fəal iştirak edirdi.
Böyük İsgəndərin vəfatından sonra diadoxların mübarizəsində iştirak edirdi. Misir satrapı I Ptolemeyin sərkərdələri I Selevk və Menelausla birlikdə e.ə. 315-ci ildə o, adada I Antiqonun tərəfdarlarıyla fəal mübarizə aparırdı. Buna görə o, Kiprdə ali hakimiyyəti əlinə aldı və Kition, Kiriniya, Lapitos və Marion şəhərlərini öz ərazilərinə birləşdirdi.
Nə Demetri Poliorketin Salaminə hücümu, nə də e.ə. 306-cı ildə baş verən Salamin döyüşünə aid səlnamələrində Nikokreonun adı çəkilmir, buna görə də ehtimal olunur ki, o ana qədər Nikokreon artıq vəfat etmişdir.
Nikokreon filosof Anaksarxı amansızcasına edam etməyi əmr etmişdir. Həmçinin, bu hadisə haqda hekayələrə Siseronref>Цицерон, Тускуланские беседы, II 22, 52; О природе богов, III 33, 82. və Valeri Maksimin əsərlərində də rast gəlmək olar.
Ədəbiyyat
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nikokreon haqqında məlumat. Nikokreon nədir? Nikokreon nə deməkdir?
