I Ptolemey (yun. Πτολεμαίος Σωτήρ — "Xilaskar Ptolomey"; lat. Ptolemaeus; ən tezi e.ə. 367 və ən geci e.ə. 366, Makedoniya İmperiyası – ən tezi e.ə. 283 və ən geci e.ə. 282, İsgəndəriyyə) — Makedoniyalı İsgəndərin sərkərdəsi və silahdaşı, Misirin ellinizm dövrünün əvvəlcə diodoxlardan biri sonra firon hökmdarı (e.ə. 323 — e.ə. 283), ptolomeylər sülaləsinin yaradıcısı. E.ə. 305-ci ildə firon rütbəsini qəbul etmişdir.
| Qədim Misir fironu | |
I Ptolemey | |
|---|---|
![]() I Ptolomey, büst, Luvr muzeyi, Paris | |
| Sülalə | Ptolemeylər |
| Tarixi dövr | Qədim Misir, Yunan-Roma dövrü (Misir), Ellinizm, Ptolemeylər sülaləsi |
| Xələfi | II Ptolemey |
| Uşaqları |
|
Həyatı
Makedoniyalı yunan aristokratı Laqın oğludur. Makedoniyalı İsgəndərin ən sadiq silahdaşı, sərkərdəsi və eyni zamanda cangüdəni olmuşdur. İsgəndərin Əfqanıstan və Hindistan yürüşlərində fəal iştirak etmişdir. İsgəndərin əmri ilə e.ə. 324 cü ildə Şuşan şəhərində Əhəmənilər sülaləsinin hökmdarı II Ərdəşir/II Artakserksin nəvəsi fars aristokratı II Artobazın qızı Artakama evlənmişdir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Ptolemey haqqında məlumat. I Ptolemey nədir? I Ptolemey nə deməkdir?
