Salamin (yun. Σαλαμίνα və ya Σαλαμίς) — Yunanıstanın Afina yaxınlığındakı Saronikos körfəzinin eyni adlı adalarının ən böyüyü. Adanın sahəsi 91,503 kvadrat kilometrdir. 2011-ci il siyahıyaalmasına görə, əhalisi 39,283 nəfərdir. Attika periferiyasının Adalar adlı periferiya vahidində eyni adlı cəmiyyətə aiddir. Cəmiyyətin inzibati mərkəzi Salamin şəhəridir.
| Salamin | |
|---|---|
| Σαλαμίνα | |
| |
| Ümumi məlumatlar | |
| Sahəsi |
|
| Hündür nöqtəsi | 375 m |
| Əhalisi |
|
| Yerləşməsi | |
| 37°56′17″ şm. e. 23°29′07″ ş. u.HGYO | |
| Ölkə | |
![]() Salamin | |
Tarixi
Eramızdan əvvəl VII-VI əsrlərdə adanın sahibi olmaq üçün Afina və Meqara arasında uzun mübarizə gedirdi.
Salamin yaxınlığında antik dövrün ən məşhur döyüşlərindən biri baş vermişdir və burada yunanlar Femistoklun komandanlığı altında eramızdan əvvəl 480-ci ildə İran donanmasını məğlub etmişdilər.
Salamin həmçinin Troya müharibəsi zamanı salaminlərə başçılıq edən Ayaksın adası kimi tanınır.
İqtisadiyyatı

Perama — Pirey bölgəsinin işçi əhalisi üçün bağ zonasıdır, xarici turistlərə burada nadir qarşılaşmaq olar. Kinosura (Κυνοσουρα) adlı şimal-şərq dili ticarət gəmilərinin saxlanması və təmiri üçün istifadə olunur. Balıqçılıq mərkəzidir. Bağçılıq, əsasən Püstə ağacları yaxşı inkişaf etmişdir. Salamin eyni zamanda Yunanıstan Hərbi Dəniz Qüvvələrinin əsas bazasıdır.
Nəqliyyat
Görkəmli şəxsləri
- Polixronis Lembesis (1848—1913), Yunanıstan rəssamı, Münhen məktəbinin nümayəndəsi;
- Teodoros Panqalos (1878—1952), general, Balkan və 1-ci Dünya Müharibələri və Kiçik Asiya kampaniyasının iştirakçısı, siyasətçi, 1925-26-cı illərdə Yunanıstanın diktatoru.
Ədəbiyyat
- Αντιπλοίαρχος (Ο) Αθ. Τσιλιβίγκος ΠΝ. Σαλαμίνα, Μονή Φανερωμένης και ο Πρώτος Ναύσταθμος 1878—1881. Ίανθος. 2005.
- Σαλαμίνα // Πάπυρος Λαρούς Μπριτάννικα. 53. 1996. 74.
- Μ. Παλέρμου. Η Σαλαμίνα μέσα από το πέρασμα των αιώνων // Έρευνα (yunan). — 2001. iyul. — 83—84.
- Τ. Καραντής. Οι Αρβανίτες και τα Αρβανίτικα στη Σαλαμίνα // Έρευνα (yunan). — 2001. iyul. — 39.
- Θ. Παντελή. Σαλαμίνα. Πορεία μέσα στο χρόνο. Ιωλκός. 2003. 88.
- Σ. Καργάκου. Γενική Ιστορία. Gutenberg. 1976. 565.
Həmçinin bax
- Salamin döyüşü
- Qədim Yunanıstan
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Salamin haqqında məlumat. Salamin nədir? Salamin nə deməkdir?

