Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Raymon Klod Ferdinan Aron (fr. Raymond Claude Ferdinand Aron; 14 mart 1905[…], VI arondisman, Fransa – 17 oktyabr 1983[…], ‎IV arondisman, Fransa) — Fransa mütə

Raymon Aron

  • Ana Səhifə
  • Vikipediya
  • Raymon Aron

Raymon Klod Ferdinan Aron (fr. Raymond Claude Ferdinand Aron; 14 mart 1905[…], VI arondisman, Fransa – 17 oktyabr 1983[…], ‎IV arondisman, Fransa) — Fransa mütəfəkkiri, tarixçi, sosioloq və siyasi şərhçi.

Raymon Aron
fr. Raymond Claude Ferdinand Aron
Doğum adı Raymond Claude Ferdinand Aron
Doğum tarixi 14 mart 1905(1905-03-14)[…]
Doğum yeri
  • VI arondisman, Fransa
Vəfat tarixi 17 oktyabr 1983(1983-10-17)[…] (78 yaşında)
Vəfat yeri
  • ‎IV arondisman, Fransa
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Elm sahəsi beynəlxalq münasibətlər
Elmi dərəcəsi
  • doktorluq dərəcəsi[d] (1938)
İş yerləri
  • De Frans Kolleci (1970–1978),
  • Siyasi Araşdırmalar İnstitutu,
  • Le Figaro (1947–1977),
  • Sorbonne Paris Universiteti (1955–1968),
  • Köln Universiteti (1930–1931),
  • Kombat (qəzet) (1946–1947),
  • Praktik Ali Elmlər Məktəbi (1955–1967)
Təhsili
  • Paris Ali Normal Məktəbi,
  • Siyasi Araşdırmalar İnstitutu,
  • Sorbonne Paris Universiteti
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Əxlaqi və Siyasi Elmlər Akademiyası[d],
  • Amerika Fəlsəfə Cəmiyyəti[d] (1966)
Mükafatları elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Raymon Aron 1930-cu ildə tarixin fəlsəfəsindən doktorluq dissertasiyası müdafiə etmiş və Tuluza Universitetində sosial fəlsəfə professoru işləmişdir. İkinci dünya müharibəsi başlayanda Aron Fransa hava qüvvələrinə qoşulmuş, Fransanın məğlubiyyətindən sonra General Şarl de Qollun Azad Fransa təşkilatına qatılaraq Londona mühacirət etmiş və Londonda təşkilatın La France Libre qəzetinin baş redaktoru kimi çalışmışdır. Fransanın faşist işğalından azad edilməsindən sonra Parisə qayıdan Aron bir müddət Milli İdarəçilik Məktəbində professor işləmiş, 1955–1968-ci illərdə Sorbonna Universitetində sosiologiya professoru olmuş, 1970-ci ildən isə Collège de France’da dərs demişdir. Həm də aktiv jurnalist olan Aron nüfuzlu "Figaro" və "Ekspress" qəzetlərində köşə yazıları yazmışdır.

Aronun rasional humanizmi Fransa isteblişmentində Jan Pol Sartrın marksist ekzistensializminə qarşı qoyulmuş, Aron özü isə Fransada konservator və sağların ideoloqu olmuşdur. O, öz əsərlərində dəfələrlə marksizmi və fransız solçularını tənqid etmişdir. Eyni zamanda Aron müharibə və sülh məsələləri ilə məşğul olmuş, prussiyalı hərbi nəzəriyyəçi Karl fon Klauzevitsin fikirləri üzərində araşdırmalar aparmışdır. Aronun xatirələri 1983-cü ildə işıq üzü görüb.

Başlıca əsərləri

  • Ziyalılar üçün tiryək (1955)
  • Əlcəzair faciəsi (1957)
  • Millətlər arasında sülh və hərb (1962)
  • Sosioloji fikirdə əsas axınlar (1967)
  • İmperial respublika: Birləşmiş Ştatlar və dünya, 1945–1972 (1973)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Raymon Aron haqqında məlumat. Raymon Aron nədir? Raymon Aron nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    AES

  • Fevral 27, 2026

    Piton-de-la-Furnez

  • Fevral 27, 2026

    Abies

  • Fevral 25, 2026

    Xorasan

  • Fevral 27, 2026

    Manaus

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst