Ramil Əbil oğlu Rzayev (13 avqust 1976, Bakı) — diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri.
| Ramil Rzayev | |
|---|---|
| Ramil Əbil oğlu Rzayev | |
| |
Vəzifədədir | |
| 20 dekabr 2024-cü ildən | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Cəlal Mirzəyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 13 avqust 1976 (49 yaş) |
| Doğum yeri | |
| Partiya | bitərəf |
| Təhsili |
|
| Fəaliyyəti | diplomatiya |
| Uşağı | 2 övlad |
| Dini | İslam |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | hüquq |
| Tanınır | diplomat |
Həyatı
1993–1997-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bakalavr, 1997–1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini magistr dərəcəsi ilə fərqlənmə ilə bitirib. 2001–2003-cü illərdə isə Rusiya Federasiyasının Diplomatiya Akademiyasının Beynəlxalq münasibətlər fakültəsini bitirmişdir.
2000–2004-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi (MDB) idarəsinin attaşesi, 2004–2006-cı illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin üçüncü katibi, 2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin üçüncü katibi, 2007–2009-cu illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ikinci katibi, 2009–2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin ikinci katibi, 2011–2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin birinci katibi, 2013–2017-ci illərdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin birinci katibi, 2018–2020-ci illərdə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin birinci katibi, 2020–2023-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət protokolu idarəsinin rəisi vəzifələrində çalışıb. 2023-cü ildən 20 dekabr 2024-cü il tarixinədək Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Asiya və Sakit Okean Ölkələri İdarəsinin rəisi olmuşdur.
20 dekabr 2024-cü ildən Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Həmçinin bax
- Azərbaycan–İndoneziya münasibətləri
- Azərbaycanın xarici siyasəti
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ramil Rzayev haqqında məlumat. Ramil Rzayev nədir? Ramil Rzayev nə deməkdir?
