Cəlal Mirzəyev (tam adı: Cəlal Sabir oğlu Mirzəyev; 17 oktyabr 1977, Masallı) — diplomat, hüquqşünas, Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (2019–2024).
| Cəlal Mirzəyev | |
|---|---|
| Cəlal Sabir oğlu Mirzəyev | |
| |
| 27 sentyabr 2019 – 20 dekabr 2024 | |
| Prezident | İlham Əliyev |
| Əvvəlki | Tamerlan Qarayev |
| Sonrakı | Ramil Rzayev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Masallı, Azərbaycan SSR, SSRİ |
| Partiya | bitərəf |
| Təhsili | Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsi |
| Fəaliyyəti | diplomatiya |
| Atası | Sabir Mirzəyev |
| Uşağı | 3 övlad |
| Dini | İslam |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | hüquq |
| Tanınır | diplomat |
| | |
| Təltifləri | |
Həyatı
1999-cu ildə Xarici İşlər Nazirliyində Beynəlxalq Təşkilatlar İdarəsində referent vəzifəsində işə başlamışdır.
2001–2003-cü illərdə Nyu-Yorkda Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində üçüncü və ikinci katib vəzifələrində, 2003–2005-ci illərdə ölkəmizin Brüsseldə NATO yanında Nümayəndəliyində ikinci katib, 2005–2007-ci illərdə Xarici İşlər Nazirliyinin birinci Qərb Ərazi İdarəsində birinci katib vəzifəsində çalışıb.
2007–2009-cu ildə Azərbaycanın Malayziyadakı Səfirliyində birinci katib, 2009–2011-ci illərdə AR XİN Avropa İdarəsində (Böyük Britaniya və Skandinaviya ölkələri) şöbə müdiri, 2011–2015-ci illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin müşaviri, 2015–2017-ci illərdə AR XİN-də Amerika İdarəsinin rəis müavini, 2017–2019-cu il sentyabrın 27-nə qədər Azərbaycanın Niderlandda, habelə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında müvəqqəti işlər vəkili vəzifələrində çalışıb.
27 sentyabr 2019-cu ildən Azərbaycan Respublikasının İndoneziya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. 20 dekabr 2024-cü ildə Azərbaycanın İndoneziyada, eyni zamanda Filippində, Timor-Leste Demokratik Respublikasında, Sinqapurda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Xarici dil bilikləri ingilis, fransız və rus dilləridir.
Qalereya
Səfir Cəlal Mirzəyevin 20 noyabr 2019-cu il tarixində etimadnaməsini İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təqdimat mərasimi.
Səfir Cəlal Mirzəyevin 20 noyabr 2019-cu il tarixində etimadnaməsini İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təqdimat mərasimi.
Səfir Cəlal Mirzəyevin 20 noyabr 2019-cu il tarixində etimadnaməsini İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təqdim etməsi.
Səfir Cəlal Mirzəyevin 20 noyabr 2019-cu il tarixində etimadnaməsini İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təqdimindən sonrakı görüş.
Səfir Cəlal Mirzəyevin 4 avqust 2021-ci il tarixində etimadnaməsini İstanada və xarici Nümayəndəlik Başçılarının ofisində/iqamətgahında keçirilən videokonfrans vasitəsilə mərasimdə Sinqapurun prezidenti Həlimə Yaquba təqdim etməsi.
Həmçinin bax
- Azərbaycan–İndoneziya münasibətləri
- Azərbaycanın xarici siyasəti
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəlal Mirzəyev haqqında məlumat. Cəlal Mirzəyev nədir? Cəlal Mirzəyev nə deməkdir?