Mixail Vasilyeviç Frunze (21 yanvar (2 fevral) 1885, Pişpek, Türküstan general-qubernatorluğu – 31 oktyabr 1925[…], Moskva) — inqilabçı, sovet partiya və hərbi xadimi.
| Mixail Frunze | |
|---|---|
| rus. Михаил Фрунзе | |
| |
| 15 yanvar 1925 – 31 oktyabr 1925 | |
| Əvvəlki | Lev Trotski |
| Sonrakı | Kliment Voroşilov |
| 2 iyun 1924 – 31 oktyabr 1925 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 21 yanvar (2 fevral) 1885 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 31 oktyabr 1925[…] (40 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | xloroform |
| Dəfn yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | diplomat, hərbi qulluqçu, siyasətçi |
| Uşaqları |
|
| Hərbi xidmət | |
| Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
| Qoşun növü | Qızıl Ordu |
| Döyüşlər |
|
| Rütbəsi | |
| | |
| Təltifləri | |
![]() | |
Həyatı

Feldşer ailəsində anadan olan Frunze Bişkek şəhər məktəbini bitirdikdən sonra gimnaziyaya daxil olur. 1904-cü ildə gimnaziyanı əla qiymətlərlə bitirdikdən sonra Peterburq politexnik institutunun iqtisadiyyat bölməsini qazanır. Məhz institut illərində o, RSDRP sıralarına qoşulur və fəal inqilabçıya çevrilir. Lakin Frunzenin inqilabçı fəaliyyəti ona çox baha oturur. Dəfələrlə həbs edilən Frunzeyə sonuncu dəfə ölüm hökmü verilir, lakin, ictimaiyyətin rəyinə əsasən ölüm hökmü 6 il həbs cəzası ilə əvəz edilir və o, Sibirə sürgün edilir.
Frunze Oktyabr inqilabının ən hərəkətverici qüvvələrini inqilaba ruhlandırırdı. İnqilabdan və vətəndaş müharibəsindən sonra müxtəlif rəhbər vəzifələr tutan Frunzenin ölümü də müəmmalı şəkildə olmuşdur. Cərrahiyyə əməliyyatından sonra vəziyyəti daha da pisləşən Frunze 1925-ci il oktyabrın 31-də vəfat etmişdir. Lakin güman var ki, Mixail Frunze də İosif Stalinin əli ilə "aradan götürülmüşdür".
Filmoqrafiya
- Frunzenin iştirakilə Qızıl Ordunun manevri (film, 1925)
Xatirəsi
![]() | |
| İvanovada abidə | Moskvada abidə |
![]() | ![]() |
| Tiraspolda xatirə nişanı | Ümumi Hərbi Akademiyada büst |
Poçt markaları üzərində
SSRİ poçt markası, 1935
SSRİ poçt markası, 1940
SSRİ poçt markası, 1960
SSRİ poçt markası, 1985
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mixail Frunze haqqında məlumat. Mixail Frunze nədir? Mixail Frunze nə deməkdir?

