Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Metallurgiya — ərintilər adlanan metal elementlərinin, onların metallararası birləşmələrinin və qarışıqlarının fiziki və kimyəvi davranışını öyrənən elm və mühə

Metallurgiya

  • Ana Səhifə
  • Vikipediya
  • Metallurgiya

Metallurgiya — ərintilər adlanan metal elementlərinin, onların metallararası birləşmələrinin və qarışıqlarının fiziki və kimyəvi davranışını öyrənən elm və mühəndislik sahəsi. Metallurgiya, metalların elm və texnologiyasını; yəni metalların istehsalı üçün elmi üsulların və mühəndisliyin tətbiqini əhatə edir. Yəni Metallurgiya metal emalı sənətindən fərqlənir. Metal emalı, texniki inkişaf üçün metallurgiyaya söykənir. Metallurgiya ilə məşğul olan mütəxəssis metallurq adlanır.

Əritmə; əksər metalların lazımi miqdarda əldə edilməsi üçün əsas addımdır.
Tökmə; əridilmiş qızılın qəlibə tökülməsi. Qızıl 1968-ci ilə qədər Nikaraqua, Siuna yaxınlığındakı La Luz Qızıl Mədənində (şəkildə) emal edilmişdir.

Metallurgiya elmi, adətən, iki geniş kateqoriyaya ayrılır: kimyəvi metallurgiyaya və fiziki metallurgiyaya. Kimyəvi metallurgiya əsasən metalların reduksiyası və oksidləşməsi, metalların kimyəvi xüsusiyyətləri ilə məşğul olur. Kimyəvi metallurgiyanın öyrəndiyi mövzulara mineral emalı, metalların çıxarılması, termodinamika, elektrokimya və kimyəvi aşınma (korroziya) daxildir. Bunun əksinə olaraq, fiziki metallurgiya metalların mexaniki, fiziki xassələrinə və metalların fiziki göstəricilərinə diqqət yetirir. Fiziki metallurgiyada öyrənilən mövzulara kristalloqrafiya, materialın xarakteristikası, mexaniki metallurgiya, faza çevrilmələri və qüsurların yaranma mexanizmləri daxildir.

Tarixən, metallurgiya əsasən metalların istehsalına diqqət yetirmişdir. Metal istehsalı metal çıxarmaq üçün filizlərin emalı ilə başlayır və ərintiləri hazırlamaq üçün metalların qarışdırılmasını əhatə edir. Metal ərintiləri çox vaxt ən azı iki müxtəlif metal elementin qarışığıdır. Bununla belə, tətbiq üçün uyğun xüsusiyyətlərə nail olmaq üçün ərintilərə tez-tez qeyri-metal elementlər əlavə olunur. Metal istehsalının tədqiqi qara və əlvan metallurgiyaya bölünür. Qara metallurgiyaya dəmir əsaslı proseslər və ərintilər daxildir, əlvan metallurgiya isə digər metallara əsaslanan prosesləri və ərintiləri əhatə edir. Qara metalların istehsalı dünyadakı metal istehsalının 95%-ni təşkil edir.

Müasir metallurqlar həm inkişaf etməkdə olan, həm də ənənəvi sahələrdə materialşünas alimlərlə və digər mühəndislərlə birlikdə fənlərarası komandanın bir hissəsi şəklində işləyirlər. Bəzi ənənəvi sahələrə mineral emalı, metal istehsalı, metal işləmə, qüsurların analizi və metalların birləşdirilməsi (o cümlədən qaynaq, sərt birləşmə və lehimləmə) aiddir. Metallurqlar üçün inkişaf edən sahələrə nanotexnologiya, ifratkeçiricilər, kompozitlər, biotibbi materiallar, elektron materiallar (yarımkeçiricilər) və səth mühəndisliyi daxildir. Qədim Çində metallurgiya ilə birbaşa yaxud dolayı yolla əlaqəsi olan bir çox tətbiqlər, təcrübələr və qurğular mövcud idi, məsələn, metaləritmə sobası, çuqun, hidravlik güclə işləyən çəkiclər və ikiqat fəaliyyət göstərən pistonlu körüklər kimi yeniliklər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Metallurgiya haqqında məlumat. Metallurgiya nədir? Metallurgiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sibir küknarı

  • Fevral 27, 2026

    Vyetnamda rabitə

  • Fevral 27, 2026

    İapet

  • Fevral 23, 2026

    Şan

  • Fevral 27, 2026

    I Əbdürrəhman

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst