Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gaşerbrum I (urdu گاشر برم -1; çin. 加舒尔布鲁木я峰), Hidden-Pik (ing. Hidden Peak — «Gizlin zirvə, K5») — Karakorumda dağ zirvəsi. Hündürlüyü dəniz səviyyəsindən 8080

Gaşerbrum I

  • Ana Səhifə
  • Vikipediya
  • Gaşerbrum I

Gaşerbrum I (urdu گاشر برم -1; çin. 加舒尔布鲁木я峰), Hidden-Pik (ing. Hidden Peak — «Gizlin zirvə, K5») — Karakorumda dağ zirvəsi. Hündürlüyü dəniz səviyyəsindən 8080 metrdir. Səkkizminliklər içində on birinci hündür zirvədir.

Qaşerbrum I
urdu گاشر برم, çin. 加舒尔布鲁木I峰
Ümumi məlumatlar
Dağ sistemi Karakorum
Dağ silsiləsi Baltoro Muztaq
Mütləq hündürlüyü 8080
Nisbi hündürlüyü 2155 m
Yerləşməsi
35°43′28″ şm. e. 76°41′47″ ş. u.HGYO
Ölkələr
  •  Pakistan
  •  ÇXR
Region
  • Kəşmir
Qaşerbrum I xəritədə
Qaşerbrum I
Qaşerbrum I
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiyası

Gaşerbrum I dağı Pakistanın Kəşmir bölgəsində, Gilgit-Baltistan ərazisinin Çinin Sintszyan-Uyğur Muxtar Rayonu ilə olan sərhəddə yerləşir.

Dağ zirvəsi Karakorumun cənub-şərq hissəsindədir. Gaşerbrum Baltoro Muztaq silsiləsinə daxildir. Gaşerbrum I çox zirvəli Gaşerbrum dağ massivinə aiddir.

Hidden-Pikin hündürlüyü 8080 metr olub Qaşerbrum dağ masivində ən hündür, Karakorum dağlarında ikinci, dünyada isə on birincidir.

Gaşerbrum I - dən şimal-qərbdə yerləşən 7772 metrlik zirvə Gaşerbrum dağ massivinin qapayır. Cənub-qərbdə yerləşən 7784 metrlik zirvəni isə tədqiqatçılar və alpinistlər Hidden-Pikin alnı (çiyinləri) adlandırırlar.

Etimologiyası

Gaşerbrum balti dilində «rqaşi» (gözəl) + «brum» (dağ) deməkdir. Dağa «Hidden-pik» (ing. Hidden Peak — «Gizlin zirvə») adını ilk dəfə olaraq Karakorum dağlarını tədqiq edən Martin Konvem vermiş. Belə ad verilməsinə səbəb Baltoro buzlağından Karakorumun bu dağ silsiləsinə gedən yol boyu zirvənin görsənməməsidir. Bəzən Gaşerbrumu K5 adlandırırlar.

Fəth olunma tarixi

1934-cü ildə Himalay və Karakorum dağları üzrə tanınmış tədqiqatçı Gyunter Oskarın rəhbərliyi ilə zirvəyə beynəlxalq ekspedisiya təşkil olunmuş. Bu yürüş nəticəsində alpinistlər 6300 metr yüksəkliyə qədər qalxa bilmişlər. 1936-cı ildə ilk dəfə olaraq fransız ekspedisiyası dağa cənub yamacdan qalxmağa cəht etmiş və 6900 metr yüksəklikdə ekspedisiya dayandırılmışdır.

Gaşerbrum I dağını ilk dəfə 5 iyul 1958-ci ildə Nikolas B.Klinç, Riçard K.İrvin və Tom Nevisonun rəhbərlik etdiyi amerikan ekspedisiyasından Pit Şoenqom və Endi Kaufman fəth etmişlər.

1975-ci ildə Raynhold Messner və Piter Habeler alp stilində və yeni marşrutla zirvəyə yetişmişlər. 1984-cü ildə Raynhold Messner yenidən Gaşerbrum I və bununla yanaşı Gaşerbrum II (8035 m) zirvəsini də fəth etmiş. 2012-ci ildə polyak Artur Hayzer ilk dəfə olaraq qış aylarında zirvəni fəth etmiş. 9 mart yerli vaxtla 8:30 - da alpinist Adam Beleski və Yanuş Qolab Hidden-Pikə "yapon kuluaru"sundan qalxmış. 2013-cü ilin 7 iyulunda Yapon kuluarusu ilə Gaşerbrumdan enərəkən məşhur polşalı alpinist Artur Hayzer həlak olmuş. , ..

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gaşerbrum I haqqında məlumat. Gaşerbrum I nədir? Gaşerbrum I nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    6 avqust

  • Fevral 26, 2026

    Vesterkerk

  • Fevral 27, 2026

    Oksigen fəlakəti

  • Fevral 27, 2026

    Mirzə Əsədullayev

  • Fevral 27, 2026

    İmam Əliyyən-Nəqi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst