Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Səkkizminliklər — Yer planetində yerləşən və hündürlüyü dəniz səviyyəsindən 8000 metrdən çox yüksəklikdə olan 14 dağ zirvəsi. Bütün səkkizminlik dağlar Asiyada

Səkkizminliklər

  • Ana Səhifə
  • Vikipediya
  • Səkkizminliklər

Səkkizminliklər — Yer planetində yerləşən və hündürlüyü dəniz səviyyəsindən 8000 metrdən çox yüksəklikdə olan 14 dağ zirvəsi. Bütün səkkizminlik dağlar Asiyada Himalay və Karakorum dağ silsilələrində yerləşir. Bu zirvələrin hər biri ölüm zonasında yerləşir.

Beynəlxalq kosmik stansiyadan Ço-Oyu, Lhotze, Makalu və Everest zirvələrinin görünüşü

İlk dəfə səkkizminlik zirvəni Pakistanın Nanqa Parbat dağında Albert Mameri[ing.] və Norman Koli[ing.] 1895-ci ildə fəth etməyə cəhd edib. Ancaq bu cəhd qar uçqunu nəticəsində Mammeri və Raghobir Thampa və Goman Singh adlı iki Gurkha[ing.]nın ölümü ilə nəticələndi və zirvə fəth edilə bilmədi.

İlk dəfə olaraq uğurlu birinci səkkizminliyi fəth etmə cəhdi Moris Ersoq və Lui Laşenalın 3 iyun 1950-ci ildə Annapurna zirvəsinin fəth etməsi oldu.

Hündürlüyü 8000 metrdən çox olan 14 zirvənin hamısını fəth etmiş birinci şəxs Raynhold Messner olub. O bu tapşırığın öhdəsindən 16 oktyabr 1986-cı ildə gəldi. 1 il sonra 1987-ci ildə Eji Kukuçka 14 hündürlüyü 8000 metrdən çox olan bütün zirvələri fəth edən ikinci şəxs oldu. Messner 14 zirvənin hər birini oksigen balonu olmadan fəth edib. Bu nailiyyət 9 il sonra 1995-ci ildə Erhard Loretan tərəfindən təkrarlandı. Nepallı Furba Taşi 1998–2011-ci illər arasında səkkizminlik zirvələri ən çox fəth etmiş şəxs kimi tarixə düşüb. O bu tapşırığın öhdəsindən 30 dəfə gəlib. Xuanito Oiarzabal 1985–2011-ci illərdə 8000 metrdən hündür zirvələri 25 defə fəth etməklə Furba Taşidən sonra ikinci yerdədir.

14 hündürlüyü səkkizmindən yüksək olan zirvələri fəth etmiş alpinstlərin çoxu İtaliya, Cənubi Koreya (5 alpinst) və İspaniyadandır (4 alpinst). Qazaxıstan və Polşadan isə Himalay zirvəsini fəth etmiş 3 alpinst var. Bütün 14 səkkizminlik zirvələrin hamısını fəth etmiş ilk qadın isə Cənubi Koreyadan olan O In Sondur. O bu nailiyyətini 27 aprel 2010-cu ildə Annapurna zirvəsini fəth etməklə qazanıb. Ancaq onun Kançencaqra zirvəsini fəth etməsi iddiası bir çox ekspertlər tərəfindən şübhə ilə qarşılanıb. O In Sun sonralar qəbul etdi ki, o Kançencaqra zirvəsinin bir neçə metr aşağısında dayanıb. Ona görə də, Koreya Alpinst Federasiyası O In Sunun bu zirvəni fəth etmədiyi haqqında qərar çıxarıb. Bundan sonra məşhur alpinizm saytı ExplorersWeb bütün 14 zirvəni fəth etmiş ilk qadın kimi Edurne Pasaban[ing.]ı hesab edib.

2011-ci ilin avqustunda Avstriyalı alpinist Qerlinde Kaltenbrunner 14 səkkizminlik zirvəni oksigen balonu istifadə etmədən fəth edən ilk qadın olub.

Mündəricat

Səkkizminliklərin siyahısı

Zirvə Hündürlük
Yer
İlk yürüş
İlk fəth edən(lər)
Qışda ilk yürüş Qışda ilk fəth edən(lər) Yürüşlər
Ölümlər
Ölüm dərəcəsi
1990-cı ildən
ölüm dərəcəsi
1990–2003-cü illərdə
ölüm dərəcəsi
Everest 8848 m Nepal Nepal/
Çin Çin
29 may 1953 Yeni Zelandiya Edmund Hillari
Nepal Tensinq Norgey
17 Fev 1980
Polşa Kşiştof Veliçki
Polşa Leşek Cichi
56562233.9%37%4.4%
K2 8611 m Pakistan Pakistan/Çin Çin/
31 iyul 1954 İtaliya Akille Kompanoni
İtaliya Lino Laçedelli
3068126.5%41%19.7%
Kançencaqra 8586 m Nepal Nepal/
Hindistan Hindistan
25 may 1955 Böyük Britaniya Corc Band
Böyük Britaniya Co Braun
11 Yan 1986 Polşa Kşiştof Veliçki
Polşa Eji Kukuçka
2834014.1%21%22%
Lhotze 8516 m Nepal Nepal/
Çin Çin
18 may 1956 İsveçrə Frits Luçsinger
İsveçrə Ernst Rayss
31 Dek 1988 Polşa Kşiştof Veliçki 461132.8%14%2%
Makalu 8485 m Nepal Nepal/
Çin Çin
15 may 1955 Fransa Jan Couzi
Fransa Lionel Terray
09 Fev 2009 İtaliya Simone Moro
Qazaxıstan Denis Urubko
361318.6%16%8.5%
Ço-Oyu 8201 m Nepal Nepal/
Çin Çin
19 Okt 1954 Avstriya Cozef Joçler
Nepal Pasanq Dava Lama
Avstriya Herbert Tiçi
12 Fev 1985 Polşa Masey Berbeka
Polşa Masey Pavlikovski
3138441.4%
Dhaulagiri 8167 m Nepal Nepal 13 may 1960 Avstriya Kurt Diemberger
Almaniya Peter Diener
Nepal Navang Dorje
Nepal Nima Dorje
İsveçrə Ernst Forrer
Avstriya Albin Sçelbert
21 Yan 1985 Polşa Andjey Çok
Polşa Eji Kukuçka
4486915.4%31%11%
Manaslu 8163 m Nepal Nepal 9 may 1956 Yaponiya Toşio İmanişi
Nepal Gyalzen Norbu
12 Yan 1984 Polşa Masey Berbeka
Polşa Rişard Gajevski
661659.8%35.16%13.42%
Nanga Parbat 8126 m Pakistan Pakistan 3 iyul 1953 Avstriya Hermann Bul 3356820.30%77%5.5%
Annapurna I 8091 m Nepal Nepal 3 iyun 1950 Fransa Moris Ersoq
Fransa Lui Laşenal
3 Fev 1987 Polşa Eji Kukuçka
Polşa Artur Hajzer
1916132%66%19.7%
Gaşerbrum I 8080 m Pakistan Pakistan/
Çin Çin
5 iyul 1958 ABŞ Endryu Kaufman
ABŞ Pet Şeninq
9 mart 2012 Polşa Adam Beletskiy
Polşa Yanuş Golab
334298.7%15.5%8.75%
Broud-Pik 8051 m Pakistan Pakistan/
Çin Çin
09 iyun 1957 Avstriya Frits Vintersteller
Avstriya Markus Sçmuck
Avstriya Kurt Dimberger
Avstriya Hermann Bul
5 mart 2013 Polşa Masey Berbeka
Polşa Adam Beletskiy
Polşa Tomaş Kovalski
Polşa Artur Malek
404215.2%5%8.6%
Gaşerbrum II 8035 m Pakistan Pakistan/
Çin Çin
7 iyul 1956 Avstriya Frits Moravek
Avstriya Yosef Larch
Avstriya Hans Villenpart
2 Fev 2011 İtaliya Simone Moro
Qazaxıstan Denis Urubko
ABŞ Kori Riçards
930212.3%7.8%0.44%
Şişabanqma 8027 m Çin Çin 2 may 1964 Çin Syuy Tszin
Çin Çan Çun-yen
Çin Van Fuçjou
Çin Çen San
Çin Çen Tyan-lyan
Çin Vu Tsunq-yue
Çin Sodnam Doji
Çin Miqmar Traşi
Çin Doji
Çin Yonten
14 Yan 2005 Polşa Petr Moravski
İtaliya Simone Moro
302258.3%2%16.8%

14 səkkizminliyin hamısını yoxlanılmaqla fəth edən alpinistlər

Siyahıdakı insanların hər biri 14 zirvənin hamısını O2 balonu olmadan fəth ediblər.

Ardıcıllıq

O2 balonu istifadə etmədən (ardıcıllıqla) Adı Tarix Doğum Yaş Milliyyət
1 1 Raynhold Messner 1970–1986 1944 42 İtaliya İtaliyalı
2 Eji Kukuçka 1979–1987 (həlak olub) 1948 39 Polşa Polşalı
3 2 Erhard Loretan 1982–1995 (həlak olub) 1959 36 İsveçrə İsveçrəli
4 Karlos Karsolio 1985–1996 1962 33 Meksika Meksikalı
5 Kşiştof Veliçki 1980–1996 1950 46 Polşa Polşalı
6 3 Xuanito Oiarzabal 1985–1999 1956 43 İspaniya İspaniyalı
7 Serxio Martini 1983–2000 1949 51 İtaliya İtaliyalı
8 Pak Yun Sok 1993–2001 (həlak olub) 1963 38 Cənubi Koreya Koreyalı
9 Om Honq-gil 1988–2001 1960 40 Cənubi Koreya Koreyalı
10 4 Alberto İnurrategi 1991–2002 1968 33 İspaniya İspaniyalı
11 Han Vanq-yonq 1994–2003 1966 37 Cənubi Koreya Koreyalı
12 5 Ed Visturs 1989–2005 1959 46 ABŞ Amerikalı
13 6 Silvio Mondinelli 1993–2007 1958 49 İtaliya İtaliyalı
14 7 İvan Valexo 1997–2008 1959 49 Ekvador Ekvadorlu
15 8 Denis Urubko 2000–2009 1973 35 Qazaxıstan Qazaxıstanlı
16 Ralf Dujmovits 1990–2009 1961 47 Almaniya Almaniyalı
17 9 Veikka Qustafsson 1993–2009 1968 41 Finlandiya Finlandiyalı
18 Endryu Lok 1993–2009 1961 48 Avstraliya Avstraliyalı
19 10 Juan Qarsia 1993–2010 1967 43 Portuqaliya Portuqaliyalı
20 Petr Pustelnik 1990–2010 1951 58 Polşa Polşalı
21 Edurne Pasaban 2001–2010 1973 36 İspaniya İspaniyalı
22 Abele Blank 1992–2011 1954 56 İtaliya İtaliyalı
23 Minqma Şerpa 2000–2011 1978 33 Nepal Nepallı
24 11 Gerlinde Kaltenbrunner 1998–2011 1970 40 Avstriya Avstriyalı
25 Vasili Pivtsov 2001–2011 1975 36 Qazaxıstan Qazaxıstanlı
26 12 Maksut Zumayev 2001–2011 1977 34 Qazaxıstan Qazaxıstanlı
27 Ce-Su Kim 2000–2011 1961 50 Cənubi Koreya Koreyalı
28 13 Mario Panzeri 1988–2012 1964 48 İtaliya İtaliyalı
29 Hirotaka Takeuçi 1995–2012 1971 41 Yaponiya Yaponiyalı
30 Çhanq Dava Şerpa 2001–2013 1982 30 Nepal Nepallı
31 14 Kim Çanq-Ho 2005–2013 1970 43 Cənubi Koreya Koreyalı
32 Xorxe Egoçeaga 2002–2014 1968 45 İspaniya İspaniyalı
33 15 Radek Yaroş 1998–2014 1964 50 Çexiya Çexiyalı

Mübahisələr

14 zirvənin hər birini fəth etdiyinə dair yoxlanılmış kifayət qədər sübut yoxdur. Mübahisəyə səbəb olmuş fəthlər mötərizədə verilib.

Adı Tarix Doğum Yaş Milliyyət
Fausto De Stefani (Lhotze 1997) 1983–1998 1952 46 İtaliya İtaliyalı
Alan Hinkes (Ço-Oyu 1990) 1987–2005 1954 53 Böyük Britaniya Britaniyalı
Vladislav Terziul (Şişabanqma 2000) 1993–2002 (həlak olub) 1953 49 Ukrayna Ukraynalı
O In Son (Kançencaqra 2009) 1997–2010 1966 44 Cənubi Koreya Koreyalı
Karlos Pauner (Şişabanqma 2012) 2001–2013 1963 50 İspaniya İspaniya

Şəkillər

  • Nö. 1 – Everest
    Nö. 1 – Everest
  • Nö. 2 – K2
    Nö. 2 – K2
  • Nö. 3 – Kançencaqra
    Nö. 3 – Kançencaqra
  • Nö. 4 – Lhotze
    Nö. 4 – Lhotze
  • Nö. 5 – Makalu
    Nö. 5 – Makalu
  • Nö. 6 – Ço-Oyu
    Nö. 6 – Ço-Oyu
  • Nö. 7 – Dhaulagiri
    Nö. 7 – Dhaulagiri
  • Nö. 8 – Manaslu
    Nö. 8 – Manaslu
  • Nö. 9 – Nanga Parbat
    Nö. 9 – Nanga Parbat
  • Nö. 10 – Annapurna
    Nö. 10 – Annapurna
  • Nö. 11 – Gaşerbrum I
    Nö. 11 – Gaşerbrum I
  • Nö. 12 – Broud-Pik
    Nö. 12 – Broud-Pik
  • Nö. 13 – Gaşerbrum II
    Nö. 13 – Gaşerbrum II
  • Nö. 14 – Şişabanqma
    Nö. 14 – Şişabanqma

Həmçinin bax

  • Yeddi Zirvə

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Səkkizminliklər haqqında məlumat. Səkkizminliklər nədir? Səkkizminliklər nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Əylisçay

  • Fevral 27, 2026

    Flavilər

  • Fevral 27, 2026

    Rabindranat Taqor

  • Fevral 27, 2026

    Neytrin

  • Fevral 27, 2026

    Rövşən Almuradlı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst