Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tetraxlormetan (karbon dörd xlorid, Freon-10, xladon-10 CCI4) — Xlorüzvi birləşmədir, halogenalkandır, rəngsiz ağır mayedir, xloroformun iyinə bənzər iyə malikd

Tetraxlormetan

  • Ana Səhifə
  • Vikipediya
  • Tetraxlormetan

Tetraxlormetan (karbon dörd xlorid, Freon-10, xladon-10 CCI4) — Xlorüzvi birləşmədir, halogenalkandır, rəngsiz ağır mayedir, xloroformun iyinə bənzər iyə malikdir, Yanmır, zəhərlidir, suda həll olmur, əksər üzvi həlledicilərlə qarışır.

Tetraxlormetan
Kimyəvi quruluşun şəkli
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu CCl4
Fiziki xassələri
Molyar kütlə 153,82 q/mol
Sıxlıq 1,5954 q/sm³
Səthi gərilmə 26,43 ± 0,01 mN/m
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi −22,87  °C
Qaynama nöqtəsi 76,75  °C
Buxarın təzyiqi 91 ± 1 mm Hg, 11,6 kPa
Optik xüsusiyyətlər
Sındırma əmsalı 1,4607
Təsnifatı
CAS-da qeyd. nöm. 56-23-5
PubChem 5943
EINECS-də qeyd. nöm. 200-262-8
SMILES
 
  • C(Cl)(Cl)(Cl)Cl
InChI
 
  • InChI=1S/CCl4/c2-1(3,4)5
    VZGDMQKNWNREIO-UHFFFAOYSA-N
RTECS FG4900000
ChEBI 27385
BMT nömrəsi 1846
ChemSpider 5730
Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir.

Mündəricat

Xassəsi

Su ilə 250 0C-yə kimi qızdırıldıqda hidroliz prosesi baş verir: suyun miqdarı az olduqda fosgen , çox olduqda karbon qazı alınır. 500 °C-yə kimi qızdırıldıqda sərbəst xlor ayrılaraq tetraxloretilen və heksaxloretan qarışığı alınır. Inqalyasiyalı zəhərlənmə zamanı ağciyərin şişməsi və kəskin emfizema yaradır. Metobolizm məhsulu xloroform, fosgen, karbon qazı və xlorid turşusudur.

Alınması

Tetraxlormetan sənayedə metan və ya xlormetanın xlorla qarışığını 400–500 °C kimi qızdırmaqla alırlar. Bu temperturda bir sıra kimyəvi reaksiyalar gedir və yekunda metilxlorid, dixlormetan, xloroform və tetraxlormetan qarışığı alınır. Maddələr distillə yolu ilə ayrılır:

  • CH4+ Cl2 → CH3Cl + HCl
  • CH3Cl + Cl2 → CH2Cl2 + HCl
  • CH2Cl2 + Cl2 → CHCl3 + HCl
  • CHCl3 + Cl2 → CCl4 +HCl

Tətbiqi

Həlledici kimi (yağlar, qatranlar, kauçuk və s.), tibbdə tətbiq edilən freonların alınmasında istifadə olunur. Tetraxlormetan "эвс" təsnifatda su mühitində neft məhsullarının infraqırmızı analizlərində istifadə olunur.

Tetraxlormetan 1930-cu ildən başlayaraq əl və stasionar yanğın söndürənlərdə hərbi, aviasiya və digər texnikalarda geniş istifadə olunmaqdadır. Bu maye, odsöndürücü kimi bir sıra üstünlüklərə malikdir. Belə ki, yanmayan, asan uçucu maye olduğu üçün sürətlə buxarlanır və yanan sahəni soyudur, saxlanılması üçün yüksək təzyiqə davamlı qablara ehtiyac duyulmur və s. Soyuq mühitdə saxlayan zaman donma dərəcəsi aşağı olan həlledicilər qatılır. Lakin özünün və parçalanma məhsullarının zəhərli olması səbəbindən məişət sistemlərində tətbiq sahəsi tapmamışdır. Maşınlarda, yanğın zamanı söndürücülərdən istifadə etdikdə zəhərli qazlardan qorunmaq üçün əleyhiqazla işləmək tövsiyə olunur.

Toksikologiya

Maye və qaz formasında belə zəhərlidir.(3) Orqanizmə düşəndə 48 saat ərzində sorulur. Xloroform və karbon iki oksidə metabolizə olunur.(4)

Ədəbiyyat

  • Химическая энциклопедия / Редкол.: Зефиров Н. С. и др.. — М.: Большая Российская энциклопедия, 1998. — Т. 5 (Три-Ятр). — 783 с. — ISBN 5-85270-310-9.
  1. CRC Handbook of Chemistry and Physics (ing.). / David R. Lide, Jr. 78 USA: CRC Press, 1997. P. 6.135. ISBN 978-0-8493-0478-1
  2. http://www.cdc.gov/niosh/npg/npgd0107.html.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tetraxlormetan haqqında məlumat. Tetraxlormetan nədir? Tetraxlormetan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Biotit

  • Fevral 27, 2026

    Chlidonias

  • Fevral 27, 2026

    Sevinc

  • Fevral 27, 2026

    Carum

  • Fevral 27, 2026

    Aralıq (İğdır)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst