Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Duzların hidrolizi — zəif elektrolit əmələ gəlməsi ilə duz ionlarının su ilə qarşılıqlı təsirinə deyilir. Duz ionlarının su ilə qarşılıqlı təsiri suyun hidrogen

Hidroliz

  • Ana Səhifə
  • Vikipediya
  • Hidroliz

Duzların hidrolizi — zəif elektrolit əmələ gəlməsi ilə duz ionlarının su ilə qarşılıqlı təsirinə deyilir. Duz ionlarının su ilə qarşılıqlı təsiri suyun hidrogen və hidroksil ionları qatılığının dəyişməsinə səbəb olur. duzların hidrolizi zamanı məhlulun reaksiyası turş, qələvi və ya neytral olur.

Mündəricat

Duzların əmələ gəlməsi

Duzların əmələ gəlməsinə görə 4 qrupa bölünür:

  1. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duz.
  2. Qüvvətli turşu və zəif əsasdan əmələ gələn duz.
  3. Zəif turşu və qüvvətli əsasdan əmələ gələn duz.
  4. Zəif turşu və zəif əsasdan əmələ gələn duz.

Duzların hidrolizi

Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzlar hidrolizə uğramır. Çünki onların su ilə qarşılıqlı təsiri nəticəsində zəif elektrolitlər alınmır. Qüvvətli turşu və qüvvətli əsasdan əmələ gələn duzların suda məhlulu neytral reaksiyaya (pH=7) malik olur.

Yuxarıda göstərilən digər 3 halda isə duzlar hidrolizə uğrayır. Çoxəsaslı turşulardan və ya iki və üç hidroksil qrupuna malik olan əsasdan əmələ gələn duzların hidrolizi mərhələli gedir. Bu vaxt aralıq məhsul kimi ya turş duz, ya da əsasi duz əmələ gəlir.

  • 1.Zəif turşu və qüvvətli əsasın kimyəvi qarşılıqlı təsiri nəticəsində əmələ gələn duzun hidrolizi zamanı məhlul qələvi reaksiyaya(pH>7) malik olur. Məsələn, KCN-in hidrolizi bir mərhələdə, Na2CO3-ün isə iki mərhələdə gedir:
  1. K++CN-+H2O↔HCN+K++OH-
  2. a) 2Na+CO32-+H2O↔Na+HCO3-+Na+OH-

b) Na++ HCO3- + H2O↔ H2CO3+Na++OH-

Göründüyü kimi, bu halda məhlulda OH- ionları olur ki, o da məhlula qələvi reaksiya aşılayır.

  • 2. Qüvvətli turşu və zəif əsasın kimyəvi qarşılıqlı təsiri nəticəsində əmələ gələn duzun hidrolizi zamanı məhlulun reaksiyası turş (pH<7) olur.
C u 2 + + H 2 O ⇌ C u O H + + H + {\displaystyle {\mathsf {Cu^{2+}+H_{2}O\rightleftharpoons CuOH^{+}+H^{+}}}} {\displaystyle {\mathsf {Cu^{2+}+H_{2}O\rightleftharpoons CuOH^{+}+H^{+}}}}
C u C l 2 + H 2 O ⇌ C u O H C l + H C l {\displaystyle {\mathsf {CuCl_{2}+H_{2}O\rightleftharpoons CuOHCl+HCl}}} {\displaystyle {\mathsf {CuCl_{2}+H_{2}O\rightleftharpoons CuOHCl+HCl}}}


  • 3. Zəif turşu və zəif əsasın kimyəvi qarşılıqlı təsiri nəticəsində əmələ gələn duzlar hidroliz etdikdə, sərbəst əsas və sərbəst turşu alınır:
2 A l 3 + + 3 S 2 − + 6 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 H 2 S ↑ {\displaystyle {\mathsf {2Al^{3+}+3S^{2-}+6H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +3H_{2}S\uparrow }}} {\displaystyle {\mathsf {2Al^{3+}+3S^{2-}+6H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +3H_{2}S\uparrow }}}
A l 2 S 3 + 6 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 H 2 S ↑ {\displaystyle {\mathsf {Al_{2}S_{3}+6H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +3H_{2}S\uparrow }}} {\displaystyle {\mathsf {Al_{2}S_{3}+6H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +3H_{2}S\uparrow }}}

Duzların hidrolizinə təsir edən amillər

Duzların hidrolizinə müxtəlif amillər, xüsusilə temperatur və məhlulun qatılığı güclü təsir göstərir. Temperatur duzun hidrolizinə müsbət təsir edir.Suyun dissosasiyası endotermik olduğundan, temperatur artdıqca o güclənir və bunun nəticəsində daha çox duz ionlarının su ionları ilə qarşılıqlı təsiri üçün imkan yaranır. Bundan başqa duzun hidrolizi mərhələli proses olduğu hallarda onun yalnız birinci mərhələsi adi temperaturda gedir. Duzların hidrolizi dönər proses olduğundan, məhlulun durulaşdırılması hidrolizə, həmçinin, müsbət təsir göstərir. Çünki məhlul durulaşdıqca (tarazılıqda suyun miqdarı artdıqca) kütlələrin təsiri qanununa əsasən reaksiya tarazılığı hidroliz məhsullarının əmələ gəlmə istiqamətinə yönəlir.

Duzların hidrolizinin kəmiyyət xarakteristikası

Duzların hidroliz prosesinin kəmiyyət xarakteristikası hidroliz dərəcəsi və hidroliz sabiti ilə müəyyən edilir.

Duzların hidroliz dərəcəsi

Duzların hidroliz dərəcəsi duzun hidrolizə uğramış molekulları sayının (C1) məhlulda olan duz molekullarının ümumi sayına (C2) olan nisbəti ilə xarakterizə olunur və h ilə işarə edilir:

  • h=C1/C2

Beləliklə, hidroliz dərəcəsi, suda həll olmuş duzun nə qədər hissəsinin hidrolizə uğradığını göstərir.

Hidroliz sabiti

Hidroliz sabiti hidrolizə uğramış duz məhlulunda kimyəvi tarazılığın halını müəyyən edir. Məsələn, Na2CO3-ün hidrolizinin birinci mərhələsinin tarazılıq halı aşağıdakı kimi təsvir edilə bilər:

  • Khidr.= HCO3- • OH-/CO3−2•H2O

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hidroliz haqqında məlumat. Hidroliz nədir? Hidroliz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Ədəd

  • Fevral 27, 2026

    Kültigin

  • Fevral 27, 2026

    Bövlər

  • Fevral 27, 2026

    Ruhi xəstəxana

  • Fevral 27, 2026

    Film bəstəkarı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst