Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arazboyu əməliyyatlar (erm. Արասի հովտի արշավ)) — 2020-ci ilin 27 sentyabrından başlamış və 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan

Arazboyu əməliyyatlar

  • Ana Səhifə
  • Vikipediya
  • Arazboyu əməliyyatlar

Arazboyu əməliyyatlar (erm. Արասի հովտի արշավ)) — 2020-ci ilin 27 sentyabrından başlamış və 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədinin nəzarətə götürülməsinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan mühüm əməliyyatlar.

Arazboyu əməliyyatlar
İkinci Qarabağ müharibəsi
Arazboyu əməliyyatların xəritəsi
Arazboyu əməliyyatların xəritəsi
Tarix 2020-ci il 27 sentyabr – 22 oktyabr
Yeri Arazboyu ərazilər
Səbəbi 2020-ci ildə Azərbaycan ordusunun əks-hücumu
Nəticəsi Azərbaycan ordusunun qələbəsi. Azərbaycan Arazboyu yerləşən yaşayış məntəqələrini işğaldan azad edir.
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan
Dağlıq Qarabağ separatçıları

Komandan(lar)

Azərbaycan Mais Bərxudarov (Hərbi Birlik Komandiri)
Azərbaycan Hikmət Mirzəyev (Xüsusi Təyinatlı Qüvvələrin Komandanı)
Azərbaycan Elçin Quliyev (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi)

Ermənistan Sergey Şakaryan  †

Tərəflərin qüvvəsi

Azərbaycan Silahlı Qüvvələri
Azərbaycan Quru Qoşunları
Azərbaycan Hərbi Hava Qüvvələri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Ermənistan Silahlı Qüvvələri

İtkilər

Azərbaycan mənbələrinə əsasən: 1 mülki şəxs ölüb 6 mülki şəxs yaralanıb

  • Ermənistan mənbələrinə əsasən:

21 hərbçi həlak olub

Ümumi itkilər
Bilinmir

    Nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Üstəlik ordunun Qubadlı, Zəngilan və Dağlıq Qarabağın daxilinə doğru irəliləməsi üçün yollar açılır.

    Arazboyu əməliyyatlar Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

    Mündəricat

    Tarixi

    2020-ci ilin 27 sentyabrından başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu Cəbrayıl rayonunun Araz boyu istiqamətində irəliləməyə başlayır. Elə ilk gündəcə Cəbrayıl rayonunun Arazboyunda yerləşən Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilir. 3 oktyabr tarixində bu əməliyyat istiqamətində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir.. Oktybrın 4-də Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad, Horovlu kəndləri və Cəbrayıl şəhəri işğaldan tam azad edilir. Artıq Cəbrayıl rayonu istiqamətdə geniş ərazilərin işğaldan azad olunması ilə İkinci Qarabağ müharibəsində cənub (6 oktyabr) və cənub-qərb cəbhələrinin açılması ilə nəticələnir. Ancaq ordunun müdafiə xəttinin içərilərinə irəliləməsi Qarabağın qapısı adlandırılan Füzuli şəhərinin azad olunmasından keçirdi. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yuvadırdı. 16 oktyabrdan 17-nə keçən gecə Füzuli şəhəri işğaldan tam azad edilir.. Şəhərin azad olunması artıq ordunun Azərbaycan-İran dövlət sərhəddi boyunca irəliləməsini asanlaşdırır. Artıq bir gün sonra Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərinə Azərbaycan bayrağı sancılır.. Ardından cənub-qərb cəbhəsi boyunca irəliləmə sayəsində 20 oktyabrda Zəngilan, 25 oktyabr tarixində isə Qubadlı şəhərləri işğaldan azad edilir. 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan tam azad edilməsi ilə Azərbaycan-İran sərhədi nəzarətə götürülür. Müharibə ərzində artıq Azərbaycan ordusunun cənub cəbhəsi boyunca güclü həmlələr edərək Dağlıq Qarabağın daxilinə doğru irəliləməsi haqqında ilk məlumatlar 22 oktyabr tarixində Ermənistan tərəfindən verilir.

    Nəticəsi

    Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirir. Azərbaycanın bu istiqamətdən şimala, Dağlıq Qarabağın cənubuna, Zəngilan və Qubadlı rayonları ərazisinə irəliləməsi üçün yol açılır. Üstəlik Azərbaycan-İran sərhədinin nəzarətə götürülməsi ilə qanunsuz silah dövriyyəsi, narkotik maddələrin daşınması və bir çox qanunsuz fəaliyyətlərin qarşısı tam alınır. Xudafərin körpülərinin işğaldan azad olunması Azərbaycan xalqının milli birliyinin mənəvi simvolu baxımından önəmlidir

    Həmçinin bax

    • 1993 Yay əməliyyatları

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arazboyu əməliyyatlar haqqında məlumat. Arazboyu əməliyyatlar nədir? Arazboyu əməliyyatlar nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 23, 2026

      ABŞ vitse-prezidenti

    • Fevral 24, 2026

      Urartu

    • Fevral 12, 2026

      Amerika qitəsi

    • Fevral 24, 2026

      Nəsirəddin Tusi

    • Fevral 23, 2026

      Kvemo-Kartli

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      İsmail Zade — Bir Adam (Rəsmi Audio)

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 20, 2026

      Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst