Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pelops — “Frigiyalı” və ya hətta “Frigiya kralı” olaraq bilinən Pelops, Frigiya ölkəsinin ən qərb ucunda, İzmir-Manisa arasındakı Spil dağı və Yamanlar dağı ətr

Pelops

  • Ana Səhifə
  • Vikipediya
  • Pelops

Pelops — “Frigiyalı” və ya hətta “Frigiya kralı” olaraq bilinən Pelops, Frigiya ölkəsinin ən qərb ucunda, İzmir-Manisa arasındakı Spil dağı və Yamanlar dağı ətrafında, dağ ilə eyni adı daşıyan, lakin bu günümüzə qədər çox az iz qalmış, Sipylus şəhər mərkəzli ehtimal ki, eramızdan əvvəl XII əsrdə hökm sürmüş yerli bəy Tantal və həyat yoldaşı Dionanın oğlu, Niobenin qardaşıdır. Povest şəklində bu günümüzə qədər qalan məlumatlar qədim yunan mifologiyasından keçmişdir.

Pelops
yun. Πέλοπας
Mifologiya qədim yunan mifologiyası
Cinsi kişi[d]
Atası Tantal[…]
Qardaşı və bacısı Niobe[d]
Uşaqları
  • Atrey,
  • Fiest,
  • Skiron
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Manisa Spil Dağı Yarıkkaya mövqeyində “Pelopsun Taxtı”

Dövrü tarixi insanların və hadisələrin əfsanə və povestlərə və xüsusən də Qərbi Anadoluda olan Het/Luvi/Frigiya/Lidiya mədəniyyətlərinə görə fərqləndirmək çətin olduğu bir dövr olsa da, vətəni özündən bir neçə əsr sonra Lidiya mədəniyyətinin doğacağı məkan olacağına görə bəzi mənbələr, Pelopsu və buna görə Tantalı və Niobeyi Lidiyalı olaraq qəbul etmək üçün möhkəm bir zəmin olduğu qənaətinə gəlmişdilər.

Rəvayətə görə Tantal oğlu Pelopsu Tanrılara qurban verdi və ətini onlara yedirtmişdir. Tanrılar bunu başa düşdükdə, Pelopsu yenidən diriltdilər və Tantalı cəzalandırdılar. Daha sonra Pelops Pisa kralı Oenomausun qızı Hippodameia ilə evləndi.

Yunanıstana Anadolulu Pelops Spilindən böyük bir sərvətlə getmiş və onu orada da kral elan etmişdilər. Mora yarımadasının Qərb dillərindəki adı olan Peloponnes adı da Pelopsun adından gəlir. Bəzi mənbələr, qurduğu sülalədə özündən sonra gələn oğlu Atreusu, Het kralı III Hattuşilinin hakimiyyəti dövründə (e.ə. 1275-1250) Qərbi Anadolu sahil xəttinə hücumlar təşkil etdiyi, Hett qeydlərinə alınmış Ahhiyalı Attarsiya ilə əlaqələndirirlər.

Spil dağında, Yarıkkaya bölgəsində “Pelops taxtı” adlandırılan və Pelops ilə əlaqələndirilən, Frigiya dini sənətinin izlərini saxladığı və əvvəllər bir heykəlin yerləşdirildiyi ehtimalını yüksək olan “səcdəgah” və ya “qurbangah” var.

Mündəricat

Qədim mənbələr

  • Ovid, Metamorfoza VI, 403–11
  • Bibliotheca (Pseudo-Apollodorus), Epitome II, 3–9; V, 10
  • Pindar, Olympian Ode I
  • Sofokl, Electra 504 and Oinomaos Fr. 433
  • Evripid, Orestes 1024–1062
  • Siciliyalı Diodor, Histories 4.73
  • Qay Yuli Higin, Fables: 84 – Oenomaus
  • Pavsani, Description of Greece 5.1.3-7, 5.13.1, 6.21.9, 8.14.10-11
  • Philostratus the Elder, Imagines 1.30 – Pelops
  • Philostratus the Younger, Imagines 9 – Pelops

Müasir mənbələr

  • Burkert, Walter. Pelops at Olympia // Homo Necans. University of California Press. 1983. 93–103.
  • Kerenyi, Karl. The Heroes of the Greeks. New York/London: Thames and Hudson. 1959.
  • Patay-Horváth, András. "Pelops and the Peloponnese". Orbis Terrarum, Internationale Zeitschrift für historische Geographie der Alten Welt. 15. 2017: 113–130.
  • Patay-Horváth, András. Transformations of Pelops: myths, monuments and cult reconsidered. London: Routledge. 2023. ISBN 9780367766986.
  • William Smith (lexicographer); Dictionary of Greek and Roman Biography and Mythology, London (1873). "Pelops" Arxiv surəti 21 noyabr 2024 tarixindən Wayback Machine saytında

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pelops haqqında məlumat. Pelops nədir? Pelops nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    İkariya

  • Fevral 26, 2026

    İslandiya tarixi

  • Fevral 27, 2026

    Artur Rembo

  • Fevral 27, 2026

    Mukeş Ambani

  • Fevral 27, 2026

    Saqiyan

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst