Sofokl (təq. e.ə. 496, Kolon[d] – təq. e.ə. 406, Afina) — antik yunan dramaturqu. O, üç böyük yunan faciə yazıçılarından biridir. Digərləri Esxil, Evripid olmuşdur. Sofokl e.ə. 496-cı ildə Afina yaxınlığında Kolonda anadan olmuşdur. Varlı bir ailədən olduğu üçün yaxşı təhsil almış və o dövr üçün mühüm olan musiqi sənətinə də yiyələnmişdir. Sofokl dramaturgiya sahəsinə yeniliklər gətirmiş: xoru ixtisar etmiş; aktyorların əhəmiyyətini artırmış; mükəmməl bədii kompozisiya yaratmışdır. Onun 123 əsəri olduğunu deyirlər. Bunlrdan dövrümüzə tam şəkildə 7 pyes çatmışdır: Tiran Edip, Edip Kolonda, Antiqona, Elektra, Ayaks, Filoktet, Traxinya qadınları. Sonralar İz izləyənlər və Proqona adlı əsərlərdən parçalar tapılmışdır.
| Sofokl | |
|---|---|
| q.yun. Σοφοκλῆς | |
| |
| Doğum tarixi | təq. e.ə. 496 |
| Doğum yeri |
|
| Vəfat tarixi | təq. e.ə. 406 (89–90 yaşında) |
| Vəfat yeri | |
| Fəaliyyəti | faciə yazıçısı[d], dramaturq, yazıçı, keşiş, siyasətçi |
| Əsərlərinin dili | qədim yunan dili |
| Tanınmış əsərləri |
|
Aforizmlər
- Şübhə insanı yorur.
- Dünyanı o qədər çəhrayı görən gözlərin, çox keçmədən, qaranlıqdan başqa bir şey görə bilməyəcək.
- Bilmirəm. Bilmədiyim mövzularda susmağı üstün tuturam.
- Ən fəlakətli hadisələrdən uğurlu nəticələr doğa bilər.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sofokl haqqında məlumat. Sofokl nədir? Sofokl nə deməkdir?
