Diona (yun. Διώνη; Miken sivilizasiyasına görə: di-u-ja, Diviya) — Qədim yunan mifologiyasında personaj, xüsusiyyətləri qeyri-müəyyən olan ilahə, orfizmə görə titan Uran və Geyanın qızı. Hesiod öz "Teoqoniya"sının girişində onun adını çəkmiş, amma titanidaların siyahısında onu qeyd etməmişdir. Homerin İliadasında Diona Zevsin sevgilisi və Afroditanın anası kimi təsvir edilmişdir. Fərziyyələrə görə o, yunan tanrılarına qədərki dövrə aid Yer ilahəsidir.
| Diona | |
|---|---|
| |
| Mifologiya | Yunan |
| Yunanca adı | Διώνη |
| Latınca adı | di-u-ja |
| Cinsi | qadın[d] |
| Atası | Uran |
| Anası | Geya |
| Uşaqları | Afrodita |
| Əlaqəli personajlar | Zevs, Afrodita |
Miken panteonunda Zevsin arvadı kimi qeyd olunur. Dodonada Dionanın Zevsin arvadı kimi kultu mövcud olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Diona (mifologiya) haqqında məlumat. Diona (mifologiya) nədir? Diona (mifologiya) nə deməkdir?
