Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azərbaycan atları — dağlıq ərazidə yaşamağa uyğunlaşmış at növü Azərbaycan atları minik atları olub, qədim zamanlardan Azərbaycanın müxtəlif – Qarabağda, Qubada

Azərbaycan atları

  • Ana Səhifə
  • Vikipediya
  • Azərbaycan atları

Azərbaycan atları — dağlıq ərazidə yaşamağa uyğunlaşmış at növü Azərbaycan atları minik atları olub, qədim zamanlardan Azərbaycanın müxtəlif – Qarabağda, Qubada, Bakıda, Qazaxda və digər bölgələrində yetişdirilirdilər.

Qarabağ atı şəkli poçt markası üzərində

Mündəricat

Azərbaycanda atçılığın tarixi

Dilboz atı

Azərbaycanda atçılıqla qədim zamanlardan məşğul olmuşlar. Herodot yazır ki, Midiyada Nise adlanan geniş bir vadi var ki, burada da çox şahanə atlar saxlayırlar. Qədim Albaniyda da atçılıq inkişaf etmişdir. Midiyalılar və albanlar atdan orduda və təsərrüfat işlərində geniş istifadə etmişlər.

Tapılan arxeoloji materiallar söyləməyə əsas verir ki, hələ Tunc dövrünün son mərhələsində Azərbaycanın ərazisində yaşayan insanlar burada atları yəhərləmiş, onları özləri üçün etibarlı dost saymışlar. Akademik B. A. Kaufman respublikamızın ərazisindən tapılan yüyənləri eramızdan öncə birinci minilliyin əvvəllərinə aid edir. Həmin dövrə məxsus tapıntı olan yəhər qaşı, yəhər yanı, tunc zınqırovlar və digər bu kimi əşyalar sübut edir ki, Azərbaycan atçılığının sorağı çox-çox əski çağlardan gəlir. Tarixi sənədlər vətənimizin Şərqdə ən böyük atçılıq ölkələrindən, atların ən qədim əhliləşdirmə ocaqlarından olduğunu göstərir.

Ərəb alimi İbn – Xəuqəl XII əsrdə yazmışdır ki, Azərbaycan atları böyük şöhrət qazandığı üçün, onlar İran, İraq, Hindistan, Misir, Suriya və başqa ölkələrdə böyük tələbat var idi.

Rus alimi İ. İ. Kalugin Azərbaycan atlarının tarixinin eramızın I əsrinə gedib çıxdığı qənaətindədir. Digər rus alimi K. P. Boçkaryov onları İran və Parfiya atlarının nəsli hesab edir. Binəqədi və Keşlə ətrafında aparılan qazıntılar sübut edib ki, Azərbaycanda atlar hətta tunc dövrünün ortalarından əhliləşdirilib. Albaniyada da zəngin otlaqların hesabına atçılıq yüksək səviyyədə olub.

Qədim yunan tarixçisi Strabon Albaniya atlarının çox ucaboy olduğunu yazır. Tarixçilərin Azərbaycan ərazilərində gedən müharibələrdə süvari orduların iştirakını təsvir etməsi çox şey deyir. Orta əsrlərdə Azərbaycan atları yüksək qiymətləndirilib. Ərəb mənbələrində göstərilir ki, Azərbaycan atına İranda, İraqda və Suriyada tələbat varmış. Bu atları Hindistana və Misirə aparırlarmış. Azərbaycan ərazisinə yadelli hücumları atların taleyində iz qoyub. Hər dəfə qəsbkarlar ölkədən çoxlu at aparırmışlar.

Azərbaycan atları uzun əsrlər boyu müəyyən təbii-tarixi şəraitin təsiri nəticəsində, həyat tələbatı sayəsində dəyişmiş, bir sıra yerli at cinsləri əmələ gəlmişdir. Bunlardan Qarabağ, Qazax (Dilboz), Quba və Şirvan atları geniş yayılmışdır.

Ötən əsrin əvvəllərində Şuşa xanı Böyük Britaniya kraliçasına Qarabağ cinsli "Zaman" adlı kəhər bağışlamışdır.

Makedoniyalı İsgəndər, İran hökmdarı Dara kimi sərkərdələr öz süvari qoşunlarını Qarabağ atları hesabına gücləndirmişlər.

"Azərbaycan atçılığı" kitabından

1960-cı ildə isə R. X. Səttarzadənin "Azərbaycan atçılığı" kitabında yazır: "Azərbaycan at cinsləri qədimdən xalq seleksiyası, sonralar bəzi Şərq qanlı atların qanının qarışdırılması nəticəsində formalaşıb. Bura Qarabağ atı, Dilbaz atı, Quba Yorğası və Şirvan atı daxildir". Qafqazın və Rusiyanın bir sıra at cinslərinin yaxşılaşdırılmasında Azərbaycan atlarından geniş istifadə olunub. Bizdə atlar ilxılarda saxlanıb. Mütəxəssislərin yekdil fikrinə görə, Azərbaycan atlarının hər cür şəraitə uyğunlaşması və uzaq yürüşlərə dözümlülüyü, ilk növbədə, bununla əlaqədardır. Bizim atlar kiçikboylu olsalar da, (bu çatışmazlığı aradan qaldırmaq məqsədilə onları ərəb atı və Terek atı ilə cütləşdiriblər) temperamentlidirlər və bədən quruluşları son dərəcə mütənasibdir.

Azərbaycan atçılığın inkişafı üzrə dövlət proqramı haqqında

Azərbaycan hökuməti atçılığın, o cümlədən məşhur Qarabağ atlarının inkişafı üzrə proqramı təsdiqləyib.

Proqramda göstərilir ki, Azərbaycan atçılığın qədimdən inkişaf etdiyi ölkələrdən biridir. "Pənah xan, Mehdiqulu xan və Cəfərqulu xanın Qarabağ bölgəsindəki atçılıq zavodları "Dilbaz" cins atının formalaşmasında və təkmilləşməsində önəmli rol oynayıb. Bir sıra faktlar sübut edir ki, Azərbaycan atları dünyada geniş yayılmış ərəb və ingilis cinc atlarının formalaşmasında müəyyən rol oynayıblar",-deyə proqramda bildirilir.

Qeyd olunur ki, hazırda dünya üzrə 260 cins atın ikisi Azərbaycana məxsusfur. Bunlar "Dilbaz" və "Qarabağ" atlarıdır. Proqrama əsasən son məlumatlara görə Azərbaycanda 69 984 baş at yetişdirilir. Bunun 20–22%-i "Qarabağ", 14%-i "Dilbaz", 8–10% "Quba yorğası" və "Kiçik Qafqaz", həmçinin Şirvan atları, 1%-i əsil ingilis və ərəb cins atlarına məxsusdur, qalanları isə cins deyil.

Proqramda elmi-tədqiqat işlərinin aparılması, mütəxəssislərin hazırlanması, müvafiq kitabların buraxılması, reyestr, cins atların, pasportlarının, qeydiyyat formalarının, həmçinin normativ-hüquqi sənədlərin hazırlanması, genetik fondun qorunması nəzərdə tutulur.

Filmoqrafiya

  • Azərbaycan atları (film, 1937)
  • Azərbaycan atları (film, 1953)

Həmçinin bax

  • Azərbaycanda atçılıq

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azərbaycan atları haqqında məlumat. Azərbaycan atları nədir? Azərbaycan atları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Protaqor

  • Fevral 27, 2026

    Teskoko gölü

  • Fevral 27, 2026

    Rumeli

  • Fevral 27, 2026

    Ögeday qaan

  • Fevral 28, 2026

    Yami xaqan

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst