Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Katarxey və ya Katarxey eonu — təxminən 4.6 milyard il əvvəl Yerin yaranması ilə başlamış, Yer tarixinin 4 eonundan ilki. 2016-a qədər Beynəlxalq Stratiqrafiya

Katarxey

  • Ana Səhifə
  • Vikipediya
  • Katarxey

Katarxey və ya Katarxey eonu — təxminən 4.6 milyard il əvvəl Yerin yaranması ilə başlamış, Yer tarixinin 4 eonundan ilki. 2016-a qədər Beynəlxalq Stratiqrafiya Komissiyası (ing. International Commission on Stratigraphy və ya ICS) bu statusu qeyri-rəsmi olaraq xarakterizə etmişdir. Bu termini ilk əvvəl 1972-ci ildə geoloq Preston Klod Yerdəki ən qədim qayalara qədərki dövrü adlandırmaq üçün işlətdi. Daha sonra Brian Harland bu dövrü adlandırmaq üçün "Priskon dövrü" (lat. priscus-qədim) ifadəsini təklif etdi. Digər köhnə mənbələrdə bu eon Pre-arxey (arxeydən əvvəl) olaraq adlandırılıb.

Yerin geoloji tarixinin bir hissəsi
Katarxey
4567—4031 mln il qabaq
К
Arxey
Proterozoy
F
Geoxronoloji məlumatlar
Supereon Kembridən əvvəl
İqlim
Oksigen səviyyəsi 0 %
Orta temperatur 100°C-dən aşağı (Eonun axırına)
Arxey →
Geoxronoloji şkala milyon
il
əvvəl
Eon Era Dövr 0
F
a
n
e
r
о
z
о
y
Kaynozoy Dördüncü dövr 2,58
Neogen 23
Paleogen 66
Mezozoy Təbaşir 145
Yura 201
Trias 252
Paleozoy Perm 299
Karbon 359
Devon 419
Silur 444
Ordovik 485
Kembri 541
K
e
m
r
i
d
ə
n

ə
v
v
ə
l
Proterozoy Neoproterozoy Ediakar 635
Kriogen 720
Toni 1000
Mezoproterozoy Steni 1200
Ektaz 1400
Kalim 1600
Paleoproterozoy Stater 1800
Orozir 2050
Rias 2300
Sider 2500
Arxey Neoarxey 2800
Mezoarxey 3200
Paleoarxey 3600
Eoarxey 4000
Katarxey 4600
Mənbə

Mündəricat

Süxurlar

20-ci əsrin son onilliklərində geoloqlar Qərbi Qrenlandiyadan, Kanadanın şimal-qərbindən və Qərbi Avstraliyadan Katerxeyə məxsus bir neçə süxur qalığı aşkarladılar. 2015-ci ildə Qərbi Avstraliyada 4,1 milyard illik qayalıqlarda "biotik həyat qalıqları" olaraq təsnif edilən karbon minerallarının izləri tapıldı.

Atmosfer və okeanlar

Yer kürəsini meydana gətirən materialda çox miqdarda su vardı. Su molekulları meydana gəlməsi zamanı daha az kütləyə sahib olsaydı, Yerin cazibə qüvvəsindən daha asanlıqla qurtula bilərdi. Kosmik sürət səbəbindən hidrogen və heliumun daima (bu günə də) kosmosa axdığı düşünülür.

Qədim planetin bir hissəsinin Yerin bir və ya iki böyük bölgəsinin əriməsinə səbəb ola biləck proses, Ayı meydana gətirən toqquşma nəticəsində dəyişdiyi düşünülür. Bununla birlikdə,maddə bu toqquşma ilə buxarlanmalı, gənc planetin ətrafında süxur tərkibli buxar atmosferi yaratmalı idi. Bu buxar, ehtimal ki, iki min il ərzində yoğunlaşıb, hidrogen və su buxarından ibarət atmosfer yaratdı. Maye sudan ibarət okeanlar 230 °C (446 °F) səth istiliyinə baxmayaraq mövcud idi, çünki ağır CO2 atmosferinin səbəb olduğu 27 atmosferdən yuxarı bir atmosfer təzyiqində su hələ də maye halında olur.

Zirkonlar üzərində aparılan tədqiqatlar maye suyun 4.4 milyard il əvvəl, Yer meydana gəldikdən çox qısa müddət sonra mövcud olduğunu aşkara çıxardı. Bunun üçün bir atmosferin olması tələb olunurdu. Yerin soyuması təxminən 4.4 ilə 4.1 milyard il arasındakı bir dövrü əhatə edir.

2008-ci ilin sentyabr ayında Avstraliyanın Katarxey mənşəli süxurlarında aparılan araşdırma, 4 milyard il əvvəl (Yer yaranmasından təxminən 600 milyon il sonra) tektonik pltələrin mövcudluğuna işarə edən dəlillər tapdı. Əgər bu həqiqətdirsə, Yer kürəsinin isti, əridilmiş bir səthə və dəm qazı ilə dolu atmosferə sahib olduğu dövrdən bugünkü kimi olmasına keçid dövrünü təxminən 4.0 milyard il əvvəl olduğunu demək olar. Tektonik plitələrin və okeanların hərəkətləri çox miqdarda karbon qazını sıxışdıraraq, istixana təsirini azaldır və daha sərin səth istiliyinə, bərk süxurların meydana gəlməsinə və bəlkə də həyatın yaranmasına səbəb olur.

Həmçinin bax

  • Yerin tarixi
  • Prekembri dövrü

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Katarxey haqqında məlumat. Katarxey nədir? Katarxey nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Bibliya antropologiyası

  • Fevral 16, 2026

    Eduardo Saverin

  • Fevral 24, 2026

    Bantu dilləri

  • Fevral 24, 2026

    Teizm

  • Fevral 23, 2026

    Xristologiya

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst