Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arxey — 4000-2500 milyon il əvvəlləri əhatə edən, Yer tarixinin 4 eonundan biri. Arxey dövründə Yer qabığı qitələrin yaranmasına imkan verəcək qədər soyudu və h

Arxey

  • Ana Səhifə
  • Vikipediya
  • Arxey

Arxey — 4000-2500 milyon il əvvəlləri əhatə edən, Yer tarixinin 4 eonundan biri. Arxey dövründə Yer qabığı qitələrin yaranmasına imkan verəcək qədər soyudu və həyat inkişaf etdi.

Yerin geoloji tarixinin bir hissəsi
Arxey
4031—2500 mln il qabaq
К
Arxey
Proterozoy
F
Geoxronoloji məlumatlar
Supereon Kembridən əvvəl
Eraların sayı 4
İqlim
Oksigen səviyyəsi 0 %
Orta temperatur 100°C-dən aşağı
← Katarxey
Proterozoy →
Geoxronoloji şkala milyon
il
əvvəl
Eon Era Dövr 0
F
a
n
e
r
о
z
о
y
Kaynozoy Dördüncü dövr 2,58
Neogen 23
Paleogen 66
Mezozoy Təbaşir 145
Yura 201
Trias 252
Paleozoy Perm 299
Karbon 359
Devon 419
Silur 444
Ordovik 485
Kembri 541
K
e
m
r
i
d
ə
n

ə
v
v
ə
l
Proterozoy Neoproterozoy Ediakar 635
Kriogen 720
Toni 1000
Mezoproterozoy Steni 1200
Ektaz 1400
Kalim 1600
Paleoproterozoy Stater 1800
Orozir 2050
Rias 2300
Sider 2500
Arxey Neoarxey 2800
Mezoarxey 3200
Paleoarxey 3600
Eoarxey 4000
Katarxey 4600
Mənbə

Mündəricat

Etmologiyası və istifadəsi

Arxey sözü qədim yunan dilində Αρχή (Arkhē ) - "başlanğıc, mənşə" mənasını verir. İlk dəfə 1872-ci ildə "ən erkən geoloji çağ" mənasında istifadə edilimişdir. Katerxey eonunun öyrənilməsindən əvvəl Arxey eonunun 4,540-2,500 milyon il əvvəl Yerin yaranması ilə başlamış ilk geoloji çağ olduğu düşünülürdü.

Eonun başlanğıcı Beynəlxalq Stratiqrafiya Komissiyası tərəfindən 4 milyard il əvvəl olaraq qəbul edilmişdir.

Geologiya

Arxeyin başlağıcında Yerin istilik axını bugünkü ilə müqayisədə üç dəfə və Arxeydən Proterozoya keçiddə (2,500 milyon il əvvəl) isə iki dəfə çox idi. Əlavə istilik planetar akkresiyadan, metal nüvənin meydana gəlməsindən və radioaktiv elementlərin çürüməsiylə yaranan istiliklə meydana gəldi.

Əsas mineral qalıqlarının Katerxeydən olduğu bilinsə də, Yer səthində meydana gələn ən qədim qaya birləşmələri Arxeyə aiddir. Arxey qayaları Qrenlandiyada, Sibirdə, Kanada qalxanında, Montana və Vayominqdə, Baltik qalxanında, Bolqarıstandakı Rodop Massifində, Şotlandiya, Hindistan, Braziliya, Qərbi Avstraliya və Cənubi Afrikada rast gəlinir. Qranit süxurlar hələ də mövcud olan Arxeyin kristal qalıqlarında üstünlük təşkil edir. Nümunələr arasında böyük ərimiş təbəqələr və qranit, diorit, anortozit, həmçinin monsonitin həcmli plutonik kütlələri var. Arxey Eonuna məxsus süxurlar çox vaxt ağır metamorfikləşmiş palçıq daşları, vulkanik çöküntülər və lentşəkilli dəmir birləşmələri kimi dərin su çöküntüləridir. Vulkanik fəaliyyət bugünkü ilə müqayisədə xeyli yüksək idi və nəticədə komatitlər kimi bu gün nadir tapılan süxurlar meydana gəlirdi. Karbonatlara bu dövrdə rast gəlinmir və bu da Proterozoy dövrü ilə müqayisədə okeanlardakı həll edilmiş karbon qazının daha turşulu olduğunu göstərir.

Qitələrin Arxeydə meydana gəldiyi düşünülür, baxmayaraq ki, geniş geoloji sübutların olmaması səbəbindən onların meydana gəlməsi ilə bağlı təfərrüatlar hələ də müzakirə olunur. Fərziyələrdən birinə görə indi Hindistanda, qərbi Avstraliyada və Afrikanın cənubunda tapılmış süxurlar 3,100 milyon il əvvələ qədər Ur adlanan bir qitənin hissəsi olmuşdur.

Arxeyin sonunda, 2500 milyon il əvvəl, tektonik plitələrin aktivliyi müasir Yer kürəsi ilə oxşar ola bilər.

Ətraf-aləm

Arxey atmosferində sərbəst oksigenin demək olar ki, olmadığı düşünülür. Astronomlar Günəşin indiki parlaqlığının təxminən 70-75%-inə sahib olduğunu düşünürlər. Halbuki Yerdəki temperatur yalnız 500 milyon il əvvəldən sonra müasir səviyyələrə yaxın olmuşdur. Maye suyun varlığı çöküntü protolitlərinin metamorfizmi nəticəsində ortaya çıxan bəzi yüksək deformasiya olunmuş qneyslər tərəfindən sübut olunur. Mülayim temperatur, Yer kürəsinin tarixində sonrakı dövrlərdə daha çox miqdarda istixana qazının yaranmasına gətirib çıxara bilmiş ola bilər.

Həyatın xronologiyası
Şablon:
  • bax
  • müzakirə
  • redaktə
-4500 —
–
-4000 —
–
-3500 —
–
-3000 —
–
-2500 —
–
-2000 —
–
-1500 —
–
-1000 —
–
-500 —
–
0 —
su
İbtidai həyat
İlkin fotosintez
Nüvəlilər
Çoxhüceyrəli orqanizmlər
Buğumayaqlılar   Molyusk
Bitkilər
Dinozavrlar 
Məməlilər
Çiçəklər
Quşlar
Primatlar
 
 
 
 
 
←
Yer (−4540)
←
Suyun mənşəyi
←
Erkən həyat
←
Ay fəlakəti
←
Erkən oksigen
←
Atmosferik oksigen
←
Oksigen fəlakəti
←
Erkən bitkilər
←
Erkən heyvanlar
←
Kembri partlayışı
←
Dördayaqlılar
←
Antropomorfidlər
F
a
n
e
r
o
z
o
y
P
r
o
t
e
r
o
z
o
y
A
r
x
e
y
K
a
t
a
r
x
e
y
(Milyon il əvvəl)

Erkən həyat

Yer üzündə erkən həyatın nə zaman yarandığı tam aydın deyil, ancaq həyatın ya Katarxey eonunun sonuna yaxın, ya da Arxey eonunun əvvəlində meydana gəldiyinə dair əsaslı dəlillər mövcuddur.

Yer üzündəki həyat üçün ən erkən dəlillər Qərbi Qrenlandiyada kəşf edilmiş 3,7 milyard illik süxurlarda tapılan biogen mənşəli qrafitdir.

Ən erkən müəyyən edilən fosillər stromatolitlərdən ibarətdir, onlar sianobakteriyaların dayaz suda yaratdığı mikrob örtükləridir. Ən qədim stromatolitlər Qərbi Avstraliyada kəşf edilmiş 3,48 milyard illik qumdaşında aşkar edilmişdir. Stromatolitlər Arxey boyunca rast gəlinir və Arxeyin sonlarında birlikdə yaşamağa başlamışlar. Sianobakteriyalar atmosferdə sərbəst oksigen meydana gəlməsində mühüm rol oynayırdı.

Katarxeyin sonlarında həyatın sübutları daha mübahisəlidir. 2015-ci ildə, 4,1 milyard il əvvələ aid sirkonlarda biogen karbon aşkar edilmişdir, lakin bu sübut ilkindir və təsdiqləməyə ehtiyac duyur.

Arxeydə həyat Prokariot adlanan sadə tək hüceyrəli orqanizmlərlə(nüvələri olmayan) məhdudlaşır. Bakteriyalara əlavə olaraq Arxeydə mikrpfosillər də də müəyyən edilmişdir. Arxeydən məlum olan eukariot fosilləri yoxdur, baxmayaraq ki, Arxeydə heç bir dəlil qoymadan inkişaf etmiş ola bilərlər. Viruslar kimi ultramikroskopik hüceyrəsiz parazitlər üçün fosil sübutları aşkar edilməyib.
Yerdəki fosilləşmiş qalıqlardan tapılan mikroblar həyatın 3.22 milyard il əvvəl quruda qurulduğunu göstərir.

Həmçinin bax

  • Abiogenez
  • Yerin tarixi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arxey haqqında məlumat. Arxey nədir? Arxey nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Əhli-Beyt

  • Fevral 23, 2026

    Xocavənd rayonu

  • Fevral 11, 2026

    Cənubi Amerika

  • Fevral 23, 2026

    Artur Rasizadə

  • Fevral 15, 2026

    Kipr

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst