Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mezozoy erası (yun. μεσο — "orta" və ζωον — "canlı varlıq") — Paleozoy erasının sonundan Kaynozoy erasının başlanğıcına qədər olan geoloji vaxt erası, təqribən

Mezozoy

  • Ana Səhifə
  • Vikipediya
  • Mezozoy

Mezozoy erası (yun. μεσο — "orta" və ζωον — "canlı varlıq") — Paleozoy erasının sonundan Kaynozoy erasının başlanğıcına qədər olan geoloji vaxt erası, təqribən 251–65 milyon il əvvəlki dövrü əhatə edir, Fanerozoyun üç erasından biridir. 1841-ci ildə britaniyalı geoloq Con Fillips tərəfindən təklif edilmişdir.

Yerin geoloji tarixinin bir hissəsi
Mezozoy
251.9—66 mln il qabaq
←
Ke
O
S
D
Ка
Pe
Тr
Y
Tə
Pa
N
Geoxronoloji məlumatlar
Eon Fanerozoy
← Paleozoy erası
Kaynazoy erası →
Geoxronoloji şkala milyon
il
əvvəl
Eon Era Dövr 0
F
a
n
e
r
о
z
о
y
Kaynozoy Dördüncü dövr 2,58
Neogen 23
Paleogen 66
Mezozoy Təbaşir 145
Yura 201
Trias 252
Paleozoy Perm 299
Karbon 359
Devon 419
Silur 444
Ordovik 485
Kembri 541
K
e
m
r
i
d
ə
n

ə
v
v
ə
l
Proterozoy Neoproterozoy Ediakar 635
Kriogen 720
Toni 1000
Mezoproterozoy Steni 1200
Ektaz 1400
Kalim 1600
Paleoproterozoy Stater 1800
Orozir 2050
Rias 2300
Sider 2500
Arxey Neoarxey 2800
Mezoarxey 3200
Paleoarxey 3600
Eoarxey 4000
Katarxey 4600
Mənbə

Mezozoy — tektonik, iqlim və təkamül dəyişikliklərinin aktiv olduğu eradır. Bu zaman müasir materiklərin əsas sahil xətlərinin formalaşması, Sakit, Atlantik və Hind okeanlarının kənarlarında dağəmələgəlmə prosesləri gedir. Quru sahənin ayrılması növlərin yaranmasına və digər mühüm təkamül proseslərinə təsir edir. İqlim bütün era ərzində isti olmuşdur ki, bu da təkamüldə və yeni canlı növlərinin yaranmasında vacib rol oynamışdır. Eranın sonlarına doğru canlı növlərinin müxtəlifliyi bugünkü səviyyəyə çox yaxın idi.

Geoloji dövrlər

Paleozoydan sonra gələn Mezozoy erası tarixdə təxminən 185 mln. il boyunca uzanır: 251 mln. il əvvəldən 65 mln. il əvvəl Kaynozoy erasının başlamasınadək. Bu müddət aşağıdakı ardıcıllıqla 3 geoloji dövrə bölünür (əvvəli — sonu, mln. il əvvəl):

  • Trias dövrü (251,0–199,6)
  • Yura dövrü (199,6–145,5)
  • Təbaşir dövrü (145,5–65,5)

Bu geoloji eranın aşağı həddi Paleozoydan Mezozoya keçid dövründə dəniz faunasının 90–96%-nin və quruda yaşayan onurğalıların 70%-nin məhv olması ilə nəticələnən kütləvi perm-trias məhvolması ilə səciyyələnir. Yuxarı həddi isə Təbaşir dövrü ilə Kaynozoy erasının Paleogen dövrünün sərhədində, bir çox bitki və heyvan qruplarının kütləvi yox olmasının baş verdiyi dövrə təsadüf edir. Bu hadisənin səbəbi kimi əsasən Yerə nəhəng asteroidin (Yukatan yarımadasındakı Çikusklub krateri) düşməsi və bundan sonrakı "asteroid qışı" göstərilir. Bütün növlərin təxminən 50%-i, o cümlədən bütün uça bilməyən dinozavrlar məhv olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mezozoy haqqında məlumat. Mezozoy nədir? Mezozoy nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Miletli Fales

  • Fevral 23, 2026

    Əlmohadlar

  • Fevral 23, 2026

    General-mayor

  • Fevral 23, 2026

    22 may

  • Fevral 23, 2026

    D:Q28861961

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst