Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kənd Qusar maili düzənliyindədir. Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdədir.

Həzrə (Qusar)

  • Ana Səhifə
  • Vikipediya
  • Həzrə (Qusar)

Həzrə — Azərbaycan Respublikasının Qusar rayonunun Həzrə kənd inzibati ərazi dairəsində kənd.

Həzrə
ləzg. Яргун
Sixillərin damğaları qəbir daşlarında
Sixillərin damğaları qəbir daşlarında
41°30′45″ şm. e. 48°15′17″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Qusar rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub XV əsr
Mərkəzin hündürlüyü 660 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 1.356 nəf.
Milli tərkibi Ləzgilər
Dini tərkibi müsəlmanlar (sünni -müridlər)
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Həzrə xəritədə
Həzrə
Həzrə
Həzrə xəritədə
Həzrə
Həzrə

Mündəricat

Coğrafiyası

Kənd Qusar maili düzənliyindədir. Həzrə sovetliyinin mərkəzi. Rayon mərkəzindən 24 km şimal-qərbdədir.

Tarixi

Qızılbaşlar ilə mübarizə

Şeyx Cüneydin türbəsi

Qızılbaş tayfalarına arxalanan şah Cüneyd (1447–60) "şiyəlik uğrunda mübarizə" şüarı ilə Dağıstana hərbi yürüşlər təşkil edirdi. 1460-cı ildə Samur çayı sahilində, Cüneyd öldürüldü. Onu orada dəfn etdilər. Səfəvilər hakimiyyətə keçdikdən sonra 1544-cü ildə Cüneydin qəbri üstündə Şeyx Cüneyd türbəsi tikdirmişdilər. Cüneyd Şah İsmayılın babası idi.

Çar Rus imperiyası ilə mübarizə

1815-ci ildə Çar rus generalı Quriyev ləzgi kəndi Yarguna hücum edib daxil olmağa calışır, lakin İmam Xanbutay və tərəfdarları Çar qoşunlarına qarşı döyüşərək onlara buna icazə vermir.

XIX əsrdə Yargun kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Yargun kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.

Toponimikası

Yerli adı Yargun olub, yaşayış məntəqəsinin indiki adı ərəb dilindəki həzr (ocaq, pir) sözü ilə bağlıdır. Oykonim kəndin ərazisindəki məscidlə və bu məsciddə dəfn edilmiş Şeyx Cüneydin qəbri ilə əlaqədardır.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1454 nəfər əhali yaşayır.

Sixillər

Kəndəki sixillər (klanlar, soylar):

  • Tsinqilar
  • Fekiyar
  • Kamuyar
  • Kelbiyar
  • Muhammad-Aliyar
  • Şağiyar
  • Teğver
  • Yatskayar

DNA

Familiya Sixil Xel haploqrup
Butayev ? Yargunar I-L22
Babaxanov ? Yargunar I-L22
Baladjayev ? ? J-F858

Abidələri

Arxeoloji abidələrdən e.ə. I minilliyə aid kurqan var. Memarlıq abidələrindən Şeyx Cüneyd türbəsi mühafizə olunmuşdur.

Tanınmış sakinləri

  • Şeyx Buta Yarqunvi — Ləzgi imam, müridizm tərəfdarı. Əfşar imperiyasının şahı Nadirşahın sünni-ləzgilərə hücumu zamanı döyüşdə şəhid olmuşdur. Şeyx Xanbutayın babası.
  • Şeyx Xanbutay Yarqunvi (1761–1823) — Ləzgi imam, müridizm tərəfdarı. Rus imperyasının general Yermolovun 1823-cü ildə lezgilərə Qusarda ikinci hücumu zamanı, çoxsaylı yaralar alaraq qəhrəmancasına şəhid olmuşdur. Cəfərqulu Bakıxanovla qohum idi.
  • Çingiz Qurbanov (1994–2016) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Azərbaycanın Milli Qəhrəmanı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həzrə (Qusar) haqqında məlumat. Həzrə (Qusar) nədir? Həzrə (Qusar) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Fridrix Şleqel

  • Fevral 27, 2026

    Tela

  • Fevral 27, 2026

    Uraninit

  • Fevral 27, 2026

    Villem Rubruk

  • Fevral 25, 2026

    Dərə

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst