Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müqəddəs İttifaq (alm. Heilige Allianz‎; rus. Священный союз) — Rusiya, Avstriya və Prusiya monarxları tərəfindən yaradılan koalisiya. İttifaq 1815-ci il 26 sen

Müqəddəs İttifaq

  • Ana Səhifə
  • Vikipediya
  • Müqəddəs İttifaq

Müqəddəs İttifaq (alm. Heilige Allianz‎; rus. Священный союз) — Rusiya, Avstriya və Prusiya monarxları tərəfindən yaradılan koalisiya. İttifaq 1815-ci il 26 sentyabrda Napoleonun son məğlubiyyətindən sonra rus çarı I Aleksandrın təklifi ilə Parisdə yaradılmışdır.

" Monarxların və xalqların Müqəddəs İttifaqı" sazişini imzalayan ölkələr.
  Avstriya İmperiyası   Prusiya krallığı   Rusiya imperiyası

Mündəricat

Yaradılması

1815-ci il 26 sentyabrda Rus çarı I Aleksandr, Avstriya imperatoru I Frans və Prussiya kralı III Fridrix Napoleonun məğlubiyyətinin ardından II Paris sülhü zamanı İttifaq yaratdılar. Siyasi və ictimai həyatda Xristianlıq prinsiplərinə bağlılığı gücləndirməyi qarşısına məqsəd qoydan "Monarxların və xalqların Müqəddəs İttifaq"a Çar Aleksandr başçılıq etməyə başladı.İngiltərə əvvəlcə faktiki olaraq onun bütün işində iştirak edirdi. İttifaq Avropada əmin-amanlıq xatirinə hər hansı inqilabi çıxışı silahlı şəkildə yatırmağa hazır idi. Sonradan İngiltərə vəliəhd şahzadəsi, Osmanlı padşahı və papa istisna olmaqla bütün Avropa hökmdarlarının qatıldıqları ittifaq çox təsirli olmadı. Avstriya Xarici işlər Naziri Şahzadə Klement Metternix və İngiltərə xarici işlər naziri Vikont Kastlereağ isə Müqəddəs İttifaqın əhəmiyyətsiz və keçici bir birlik olaraq qiymətləndirmişlər.

Tədqiqatçılar "Müqəddəs İttifaqın" mövcudluq və tarixini üç dövrə bölürlər:

Birinci dövr – 1822-ci ilə qədər davam edən 7 illik dövrü əhatə edir ki, bu "Müqəddəs İttifaqın" ən qüdrətli dövrüdür. Bu dövrdə "Avropa Konsertinin" iştirakçıları arasında fikir birliyi və fəaliyyət həmrəyliyi özünü aydın şəkildə göstərir ki, Aaxen, Troppou-Laybax və Verone konqresləri keçirilir.

İkinci dövr – 1823–1830-cu illəri əhatə edir və Fransada İyul monarxiyasının qurulması ilə başa çatır. Dövrün başlıca epizodu fransız qasidlərinin İspaniyaya müdaxiləsi və kral VII Ferdinandın hakimiyyətinin bərqərar olmasıdır. 1822-ci ilin avqustunda Kestelrinin özünə qəsd etməsindən sonra, sentyabrda onun yerini istedadlı ingilis diplomatı və antirus görüşləri ilə məşhur olan Corc Kanpinq tutur.

Üçüncü dövr – 1830-cu il iyul monarxiyasının qurulmasından başlayır və Krım müharibəsi ərəfəsinədək davam edir, tədricən Avropa dövlətlərinin əvvəlki həmrəyliyi arxa plana keçir.

Həmçinin bax

  • Vyana konqresi

Ədəbiyyat

  • Троицкий Н.А. Александр I и Наполеон. М., 1994
  • A.N.Abbasbəyli, S.Z.Yusifzadə. Beynəlxalq Münasibətlər Tarixi(ən qədim dövrlərdən XIX yüzilliyin 70-ci illərinin sonuna qədər)dərsliyi, Bakı 2009

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müqəddəs İttifaq haqqında məlumat. Müqəddəs İttifaq nədir? Müqəddəs İttifaq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qusar (hərb)

  • Fevral 25, 2026

    Şila krallığı

  • Fevral 27, 2026

    Banjul

  • Fevral 27, 2026

    Laza

  • Fevral 27, 2026

    Laptevlər dənizi

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst