Ralf Fayns (ing. Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes; 22 dekabr 1962[…], İpsuiç) — ingilis aktyor, prodüser və rejissor. O, "BAFTA Mükafatı" və "Toni Mükafatı"na layiq görülüb, həmçinin iki dəfə "Oskar" və "Emmi Mükafatı"na namizəd göstərilib.
| Ralf Nataniel Fayns | |
|---|---|
| ing. Ralph Fiennes | |
![]() Ralf Fayns 2018-ci ildə | |
| Doğum tarixi | 22 dekabr 1962[…] (63 yaş) |
| Doğum yeri | |
| Vətəndaşlığı | İngilis |
| Həyat yoldaşı | Aleks Kinqston (1993-1997) |
| Fəaliyyəti | Aktyor |
| Fəaliyyət illəri | 1990-indiyədək |
| Təhsili |
|
| Boyu | 180 sm |
| Mükafatları | BAFTA (1993) |
| IMDb | ID0000146 |
Həyatı
Ralf Nataniel Fayns 22 dekabr 1962-ci ildə, fotoqraf Mark Fayns və yazıçı Cennifer Laşın ailəsində, Saffolkda, İngiltərədə anadan olub. Ralf altı uşaq arasında ən böyüyü idi. Ondan başqa, bacıları Marta və Sofi, qardaşı Cozef də öz karyeralarını kinoya bağlayıblar.
Fayns ailəsinin kökü orta əsrlərədək uzanır və ata xətti üzrə aktyorun 20 nəsil əcdadlarının adları məlumdur.
Ralf Fayns Çelsi Teatr Sənəti Kollecində və Dram Sənəti Kral Akademiyasında təhsil alıb. Feyns və gələcək həyat yoldaşı A. Kinqston Dram Sənəti Kral Akademiyasında tanış olmuşdular. Ancaq Ralfla aktrisa Françeska Ennis arasındakı uzunmüddətli münasibətlər nəticədə onların ayrılmasına səbəb olmuşdu. Ötən əsrin 60-cı illərində Cimi Hendrikslə yaxın münasibətlərdə olduğu bilinən Françeska Ennis aktyordan düz 17 yaş böyük idi.
Karyerası
1987-ci ildə Birləşmiş Krallıq Milli Teatrının aktyoru olan Ralf, 1988-ci ildə Şekspir Kral Teatrının truppasına daxil olur.
Aktyor əvvəlcə bir neçə televiziya filminə çəkilib və "Təhlükəli adam: Lourens Ərəbistandan sonra" Britaniya telefilmində baş rola çəkilərək geniş publika tərəfindən tanınıb. Sonra isə o, "İldırımlı aşırım", P. Qrinueyin "Makonun uşağı" və S. Spilberqin "Şindlerin siyahısı" filmlərində rol alıb. 1993-cü ildə ekranlara çıxan film ("Şindlerin siyahısı") Ralf Faynsı dünyamiqyaslı ulduza çevirdi. R. Redfordun "Televiktorina" filminin çəkilişlərindən sonra, 1996-cı ildə Oskar mükafatına layiq görülmüş "İngilis pasienti" filminin zəfər qazanması onu daha da populyar etdi.
1997-ci ildə "Empire" jurnalı bu dəfə Ralfı "Bütün dövrlərin 100 kinoulduzu" siyahısına saldı. Puşkinin "Yevgeni Onegin" poeması 1999-cu ildə ekranlaşdırılarkən aktyor baş rolda oynayıb.
Filmoqrafiya
| İl | Ad | Rol | Qeydlər |
|---|---|---|---|
| 1992 | Emily Brontë's Wuthering Heights | Heathcliff | |
| 1993 | The Baby of Mâcon | The Bishop's Son | |
| Şindlerin siyahısı | Amon Göth | ||
| 1994 | Quiz Show | Charles Van Doren | |
| 1995 | Strange Days | Lenny Nero | |
| 1996 | İngilis xəstə | Count László de Almássy | |
| 1997 | Oscar and Lucinda | Oscar Hopkins | |
| 1998 | The Avengers | John Steed | |
| Misir şahzadəsi | II Ramzes | Səsləndirmə | |
| 1999 | Sunshine | Ignatz Sonnenschein / Adam Sors / Ivan Sors | |
| Onegin | Evgeny Onegin | İcraçı prodüser | |
| The End of the Affair | Maurice Bendrix | ||
| 2000 | The Miracle Maker | İsa | Səsləndirmə |
| 2002 | Spider | Dennis "Spider" Cleg | |
| The Good Thief | Tony Angel | ||
| Red Dragon | Francis Dolarhyde | ||
| Maid in Manhattan | Christopher Marshall | ||
| 2005 | The Chumscrubber | Mayor Michael Ebbs | |
| Chromophobia | Stephen Tulloch | ||
| Sadiq bağban | Justin Quayle | ||
| Wallace & Gromit: The Curse of the Were-Rabbit | Lord Victor Quartermaine | Səsləndirmə | |
| The White Countess | Todd Jackson | ||
| Harri Potter və Alov Qədəhi | Lord Voldemort | ||
| 2006 | Land of the Blind | Joe | |
| 2007 | Harri Potter və Simurq Ordeni | Lord Voldemort | |
| 2008 | In Bruges| | Harry Waters | |
| The Duchess | William Cavendish, 5th Duke of Devonshire | ||
| Oxuyucu | Older Michael Berg | ||
| 2009 | The Hurt Locker | Contractor Team Leader | |
| Harri Potter və Yarımqan Prins | Lord Voldemort | Kameo | |
| 2010 | Cemetery Junction | Mr. Kendrick | |
| Clash of the Titans | Hades | ||
| Nanny McPhee and the Big Bang | Lord Gray | ||
| The Wildest Dream | George Mallory | ||
| Harri Potter və Ölüm Hədiyyələri. I hissə | Lord Voldemort | ||
| 2011 | Harri Potter və Ölüm Hədiyyələri. II hissə | ||
| Coriolanus | Coriolanus | Rejissor və prodüser | |
| 2012 | Wrath of the Titans | Hades | |
| Skyfall | Gareth Mallory / M | ||
| Great Expectations | Magwitch | ||
| 2013 | The Invisible Woman | Çarlz Dikkens | Rejissor |
| 2014 | "Qrand Budapeşt" oteli | Konsyerj Qustav | |
| Two Women | M.A. Rakitin | ||
| 2015 | A Bigger Splash | Harry Hawkes | |
| Spektr | Gareth Mallory / M | ||
| 2016 | Yaşasın Sezar! | Laurence Laurentz | |
| Kubo and the Two Strings | Moon King / Raiden | Səsləndirmə | |
| 2017 | The Lego Batman Movie | Alfred Pennyworth | |
| Sea Sorrow | Prospero | ||
| 2018 | The White Crow | Alexander Pushkin | Rejissor və prodüser |
| Holmes & Watson | Professor Moriarti / Jacob Musgrave | ||
| 2019 | Official Secrets | Ben Emmerson | |
| The Lego Movie 2: The Second Part | Alfred Pennyworth | Səsləndirmə; kameo | |
| 2020 | Dolittle | Barry | Səsləndirmə |
| 2021 | The Dig | Basil Brown | |
| No Time to Die | Gareth Mallory / M | ||
| The Forgiven | David Henninger | ||
| The King's Man | Orlando, Duke of Oxford | İcraçı prodüser | |
| 2022 | Menyu | Chef Julian Slowik | |
| 2023 | The Wonderful Story of Henry Sugar | Roald Dal | |
| 2024 | The Return | Odissey | |
| TBA | Conclave | Cardinal Lomeli |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ralf Fayns haqqında məlumat. Ralf Fayns nədir? Ralf Fayns nə deməkdir?
