Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şahmaran —, İran, Anadolu, Azərbaycan, Türkmən, Kürd, Uyğur, Qazax, Başqurd nağıllarında və ya hekayələrində rast gəlinən yarı-insan, yarı-ilan formalı varlıqdı

Şahmaran

  • Ana Səhifə
  • Vikipediya
  • Şahmaran

Şahmaran —, İran, Anadolu, Azərbaycan, Türkmən, Kürd, Uyğur, Qazax, Başqurd nağıllarında və ya hekayələrində rast gəlinən yarı-insan, yarı-ilan formalı varlıqdır. Belindən aşağısı ilan, yuxarısı isə insan olan və "Maran" adı verilən, fövqəltəbii varlıqların başındakı heç qocalmayan, ölüncə ruhunun qızına keçdiyinə inanılan canlıdır. Farsca ilanların şahı mənasını verən "şah-ı maran"dan gəlir. Şahmaran uzun gövdəli ilan quyruqludur. Ancaq, Şahmaranla bağlı bütün əfsanələrdə qadındır.

Əfsanəyə görə Anadoluda yaşayan bir qadın olan Şahmaran
Əfsanəyə görə Şahmaran uzun gövdəli və ilan quyruğu olan bir insan idi.

Mündəricat

Ərbükə

Ərbükə, türk xalq inancında yarı insan, yarı ilan olan varlıqdır. Ərbökə də deyilir. Bu varlıqların başında İlan Ana və ya İlan Ata tapılar. Dişi olanları üçün "İşbükə" istifadə olunur. Bunlara Maran da deyilər.

Cəmşab və Şahmaran

Minlərlə il əvvəl yeddi mərtəbəli yeraltında Tarsusda yaşayan ilanlar var idi. Məran adı verilən bu ilanlar, həqiqətən ağıllı və şəfqətli idi. Onlar sülh içində yaşayırdılar. Məranların kraliçasına Şahməran deyilərdi. O gənc və gözəl bir qadın idi. Əfsanəyə görə, Şahmaranı görən ilk insan Cəmşab oldu. O, dolanışığı üçün odun satan kasıb bir ailənin oğlu idi. Bir gün Cəmşab və yoldaşları bal dolu bir mağara kəşf edərlər. Balı çıxarmaq üçün Cəmşabı aşağıya endirən yoldaşları, payına daha çox bal düşməsi üçün onu orada qoyub qaçarlar. Cəmşab mağarada bir dəlik görər və işığın buradan sızdığını anlayır. Cibindəki bıçaq ilə dəliyi böyüdüncə, ömründə görmədiyi qədər gözəl bir bağa girər. Bu bağçada bənzəri olmayan çiçəklər və bir hovuz ilə bir çox ilan görür. Hovuzun başındakı taxtda süd ağ bədənli bir ilan oturar. Şahmaranın etibarını qazanan Cəmşab uzun illər bu bağçada yaşayır. İllər sonra, ailəsininin onu çox gözlədiyini söyləyib getmək üçün yalvarar. Bunun üzərinə Şahmaran ondan sərbəst buraxılmasını, ancaq yerini kimsəyə deməyəcəyinə dair söz verməsini istər. Şahmarana söz verib ailəsinə qovuşan Cəmşab uzun illər verdiyi sözdə dayanaraq Şahmaranın yerini kimsəyə söyləməmiş. Bir gün ölkənin padşahı xəstələnmiş. Vəzir, xəstəliyin çarəsinin Şahmaranın ətini yemək olduğunu söyləyərək, hər yerə xəbər salıb. Cəmşab quyunun yerini göstərərək Şahmaran tapılaraq, çölə çıxarılıb. Şahmaran Cəmşaba; "Başımı torpaq çanaqda qaynadıb sultan içsin və qurtulsun, vəzir bədənimi içsin, ölsün, quyruğumu qaynayıb iç ki, Loqman Həkimi olasan" söyləyib. Beləliklə Vəzir ölüb Padşah da müalicə olunaraq sağalıb və Cəmşabı öz vəziri seçib. Əfsanəyə görə Şahmaranın öldürüldüyünü ilanlar o gündən bəri bilmirlər. Tarsusun, Şahmaranın öldürüldüyünü öyrənən ilanlar tərəfindən bir gün zəbt ediləcəyi rəvayət edilər.

Həmçinin baxın

  • İlan Ana
  • İlan Ata

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şahmaran haqqında məlumat. Şahmaran nədir? Şahmaran nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aksum çarlığı

  • Fevral 27, 2026

    Kabil

  • Fevral 23, 2026

    Yerin tarixi

  • Fevral 28, 2026

    Bəhri sülaləsi

  • Fevral 27, 2026

    Kadmium

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst