Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lord Voldemort (31 dekabr 1926, London – 2 may 1998, Hoqvarts) — Harri Potter romanlar seriyasının qəhrəmanlarından biri.

Lord Voldemort

  • Ana Səhifə
  • Vikipediya
  • Lord Voldemort

Lord Voldemort (31 dekabr 1926, London – 2 may 1998, Hoqvarts) — Harri Potter romanlar seriyasının qəhrəmanlarından biri.

Lord Voldemort
ing. Lord Voldemort
Harri Potter obrazı
Ralf Fayns tərəfindən Harri Potter filmlərində
yaradılmış Lord Voldemort obrazı
Yaradan J.K Roulinq
Canlandıran Ralf Fayns
Məlumat
Tam adı Tom Marvolo Riddle
Ləqəb(lər)i Qaranlıqlar Lordu
Növü İnsan/Sehrbaz,Çarpaz cins
Cinsi kişi
Peşə cadugər,Sehrbaz
Titul Qaranlıqlar Lordu
Milliyyəti ingilis

Mündəricat

Romanlarda

Harri Potter və Fəlsəfə Daşı

Voldemort öz debütünü "Harri Potter və Fəlsəfə Daşı" romanında edir. Birinci romanda Roulinq Voldemortu Qara Lord kimi təqdim edir, göstərir ki, o, Harrinin valideynləri Ceyms və Lili Potterləri öldürür, lakin Harrini öldürmək istəyərkən anasının sevgisi uşağı qoruyur, Voldemortun bədəni məhv olsa da, ruhu yenidən qayıtmağa çalışır. Sehrli çubuğu isə Harrinin alnınca çapıq izi buraxır. Voldemort bədənini qaytarmaq üçün Fəlsəfə Daşını ələ keçirməyə çalışır. Bu məqsədlə o, Professor Kvirelldən istifadə edir. Romanın sonuna yaxın Voldemort professorun başının arxasında peyda olur. Lakin Harri daşın onların əlinə keçməsinin qarşısını ala bilir.

Harri Potter və Sirlər Otağı

İkinci kitab olan "Harri Potter və Sirlər Otağı"nda Roulinq Cinni Uizlinin tapdığı gündəlik vasitəsiylə Lord Voldemortun gənclik xatirəsi olan Tom Narvolo Reddli canlandırır. Bu kitabda Cinni Harridən xoşu gələn yeniyetmə qız kimi təsvir olunur. Özünü tənha hiss edən Cinni fikirlərini və hisslərini gündəliyə yazmağa başlayır və beləcə Tom Reddl gündəlik vasitəsiylə onunla əlaqəyə girir. Tom qısa zamanda Cinnini ələ alır və Sirlər otağına apararaq əsir alır. Tom Reddl onun enerjisindən istifadə edərək fiziki forma almağa çalışır. Lakin Basilliskin öldürülməsindən sonra Harri gündəliyi məhv edir və beləcə Lord Voldemortun gənclik xatirəsi olan Tom Reddl məhv edilir.

Tom Reddlin adı hər dildə fərqlidir:

ing. Tom Marvolo Riddle — I am Lord Voldemort

türk. Tom Marvoldo Riddle — Adım Lord Voldemort

azərb. Tom Narvolo Reddl — Lord Voldemort‎

fr. Tom Elvis Jedusor — Je ma'pelle Voldemort

alm. Tom Corlost Riddle — Ist Lord Voldemort‎

it. Tom Orvoloson Riddle — Son io Lord Voldemort

rus. Том Нарволо Реддл — Лорд Волан-де-Морт

isp. Tom Sorvolo Ryddle — Soy Lord Voldemort

Harri Potter və Azkaban Məhbusu

Üçüncü kitab olan "Harri Potter və Azkaban Məhbusu" romanında Lord Voldemort nə insan, nə də sehrli məxluq kimi iştirak etmir. Lakin Harrinin Dementorlarla bağlı hadisəni öyrənməsi zamanı onun adı çəkilir. Fala baxma fənnindən sonra müəllim vergi alır və Voldemort haqqında nadir məlumat açıqlayır: "Qara Lord bütün tərəfdaşlarından imtina edərək tənha və dostsuz qalıb. On iki il ərzində onun bütün xidmətçiləri zəncirlənmişdilər. Bu gecə, gecə yarısından qabaq onun xidmətçisi azad olacaq və ustadına qovuşacaq. Xidmətçisinin köməyi ilə Qara Lord əvvəlkindən də güclü şəkildə diriləcək. Bu gecə…gecəyarısından əvvəl…azad olacaq…ustadına…qovuşacaq." Bu məlumatda nəzərdə tutulan xidmətçinin Sirius Blek olduğu düşünülsə də, kitabın sonunda məlumatların Piter Petiqryuya aid olduğu müəyyənləşir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Lord Voldemort haqqında məlumat. Lord Voldemort nədir? Lord Voldemort nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Komi-zıryan dili

  • Fevral 27, 2026

    Cammu

  • Fevral 27, 2026

    Ritorika

  • Fevral 27, 2026

    Qapı

  • Fevral 27, 2026

    İlin fəsilləri

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst