Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əli Fitrət (1890, Təbriz – 1948) — şair, fədai, Məşrutə və 21 Azər hərəkatlarının iştirakçısı. Azərbaycan Milli Hökuməti dövründə qurulmuş Şairlər və Yazıçılar

Əli Fitrət

  • Ana Səhifə
  • Vikipediya
  • Əli Fitrət

Əli Fitrət (1890, Təbriz – 1948) — şair, fədai, Məşrutə və 21 Azər hərəkatlarının iştirakçısı. Azərbaycan Milli Hökuməti dövründə qurulmuş Şairlər və Yazıçılar Cəmiyyətinin idarə heyətinin üzvü. Milli Hökumətin süqutundan sonra şah qoşunları tərəfindən həbs olunaraq həbsxanada öldürülüb.

Əli Fitrət
Doğum tarixi 1890(1890)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 1948(1948) (57–58 yaşında)
Vəfat səbəbi qətlə yetirilib
Fəaliyyəti şair
Üzvlüyü
  • Azərbaycan Şair və Ədiblər Cəmiyyəti
Vikimənbənin loqosu Əli Fitrət Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Əli Məhəmməd oğlu Fitrət 1890-cı ildə Təbriz şəhərində anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Atası Molla Məhəmməddən klassik ədəbiyyatı, elmi-bilikləri və ərəb dilini öyrənib. 15 yaşında ikən atası vəfat edib və o, təhsilini yarımçıq qoyaraq mürəttib işləməyə başlayıb. Burada işlədiyi dövrdə bədii yaradıcılığa başlayıb. Məşrutə hərəkatına qatılıb. Göstərdiyi şücaətə görə "Səttarxan medalı" ilə təltif olunub.

1924–1925-ci illərdə Təbriz-Culfa dəmiryolu idarəsində işləyib.

Özünə "Fitrət" təxəllüsü götürüb. 1932-ci ildə "Bumu bülbül" ("Bayquş və bülbül"), 1937-ci ildə isə "Divani Fitrət" kitabları nəşr olunub. Təbriz və Tehranda çap olunan "Şahin", "Təbriz", "Səhənd", "Kanuni-Şüəra", "Xavər-no", "Azərbaycan", "Şəfəq", "Vətən yolunda" qəzetlərində şeirləri işıq üzü görüb. Satirik şeirlərini gizli imzalarla dərc etdirib.

1945-ci ilin may ayında Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 25 illiyi münasibətilə Cənubi Azərbaycandan Bakıya dəvət olunmuş nümayəndə heyətinin üzvlərindən biri olub. Azərbaycan Demokrat Firqəsinə üzv olub və 21 Azər hərəkatında iştirak edib. 1945-ci il noyabrın 19-da Təbrizdə yaradılmış "Sovet Azərbaycanı dostları" cəmiyyətinin idarə heyətinə üzv seçilib. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başladı. Əli Fitrət də Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib."Şairlər məclisi"nin qurucularında biri, Azərbaycan Milli Hökuməti qurulduqdan sonra isə yaradılmış Şairlər və Yazıçılar Cəmiyyətinin idarə heyətinin üzvü olub.

1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları Qulam Yəhyanın rəhbərlik etdiyi fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Mir Cəfər Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu. Bundan sonra Pişəvəri yenidən hərbi dəstək üçün Sovet İttifaqına müraciət etdi. Lakin bu istəyi cavabsız qaldı.

1946-cı il dekabrın 11-də Azərbaycan Əyalət Əncüməni qan tökülməsinin qarşısını almaq məqsədilə Qızılbaş Xalq Qoşunlarına və fədai qüvvələrinə şah qoşunlarına qarşı müqavimət göstərməmək və döyüş meydanlarını tərk etmək haqqında qərar verdi. Elə həmin gündən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. Əli Fitrət də digər demokratlar kimi şah qoşunları tərəfindən həbs olunub. Həbsxanada işgəncələrə məruz qalıb. 1948-ci ildə isə həbsxanada öldürülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli Fitrət haqqında məlumat. Əli Fitrət nədir? Əli Fitrət nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Axirət

  • Fevral 27, 2026

    Rozetta daşı

  • Fevral 24, 2026

    Larri Uoll

  • Fevral 27, 2026

    Etnosentrizm

  • Fevral 27, 2026

    Avgit

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst