Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Etnosentrizm (Yunanca ethnos tayfa, qrup, xalq; lat. centrum mərkəz, cəmləşmə) — insanın onu əhatə edən gerçəkliyi, özünün də aid olduğu və etalon kimi götürdüy

Etnosentrizm

  • Ana Səhifə
  • Vikipediya
  • Etnosentrizm

Etnosentrizm (Yunanca ethnos tayfa, qrup, xalq; lat. centrum mərkəz, cəmləşmə) — insanın onu əhatə edən gerçəkliyi, özünün də aid olduğu və etalon kimi götürdüyü etnik birliyin mövqeyindən qiymətləndirməsi və qavraması meylidir.

Etnosentrizm — etnopsixologiyanın təhlil vahidi olub, onun istifadə etdiyi əsas anlayışlardan biridir. Etnosentrizm anlayışını elmə ilk dəfə 1883-cü ildə avstriyalı sosioloq İ. Qumploviç gətirmişdir, amerikan alimi U. R. Semner isə 1906-cı ildə həmin anlayışdan geniş surətdə istifadə etmişdir. U. R. Semner hesab edirdi ki, etnosentrizm fərdin hər şeyin mərkəzində öz qrupunu qoyması və ətrafda baş verən hadisələri onunla ölçməsi, ona istinad edərək qiymətləndirməsi meylidir. Etnosentrizm _ fərdin və ya qrupun ətraf mühitdə baş verən sosial hadisələri aid olduğu qrupun norma və dəyərləri əsasında qavraması, qiymətləndirməsi və münasibət bəsləməsindən ibarət olan hadisədir. Bu zaman fərd aid olduğu mədəniyyətin dəyər və normalarını ideal və daha düzgün hesab edir, ona uyğun gəlməyənləri isə gerilik, elmdən, mədəniyyətdən uzaq olan, vəhşilik kimi qiymətləndirir. Əksər hallarda bu termin neqativ məna kəsb edir və bir insanın təsirinə məruz qaldığı sosial mühitin diktəsinə uyğun olaraq başqa bir insanı başa düşməmək kimi izah olunur. Sovetlər dönəmində sovet tədqiqatçıları etnosentrizmi neqativ sosial hadisə hesab etmiş və onu millətçilik, rasizmlə eyniləşdirmişlər. Etnosentrizmi, yalnız, neqativ aspektdən qavramaq və izah etmək heç də düzgün deyildir. Çünki, etnosentrizm normal psixoloji funksiyadır və insan psixikasına xas olan xassədir. Etnosentrizm insanlarda mədəniyyət süzgəci funksiyasını yerinə yetirir.

Hər bir fərdin sosil mühiti, daxil olduğu mədəniyyət fərqlidir. İnsan ətraf aləmdə baş verən hadisələri, insanın fikir, hiss və hərəkətlərini daxil olduğu mədəniyyətin qanunlarına uyğun olaraq qavramağa və qiymətləndirməyə meyilli olur. Amerikan psixoloqu D.Matsumoto etnosentrizmi belə izah edir: "Etnosentrizm insanı məxsusi mədəniyyət süzgəclərindən istifadə etməklə dünyanı qiymətləndirmək meylidir". Mədəniyyət süzgəci dedikdə, insanların sosializasiya vasitəsilə davranış və əxlaq normaları, sərvət dəyərləri və s. sosial həyat haqqında olan bilikləri başa düşülməlidir. Yəni insanlar yaşadıqları cəmiyyət haqqında bililərə yiyələnməklə, müvafiq süzgəclərə sahib olurlar.

Müasir psixoloji ədəbiyyatlarda (D. Matsumoto, 2008) etnosentrizmin 2 növü göstərilir: çevik və qeyri-çevik etnosentrizm.

Çevik etnosentrizm aşağıdakı xüsusiyyətlərdə təzahür edir.

  1. İnsan dərk edir ki, onun daxil olduğu mədəniyyət ətrafda baş verən hadisələri öz süzgəcindən keçirməklə özünəməxsus rəng və ya emosional boya bəxş edir.
  2. Daxil olduğumuz mədəniyyət, fərqli şəkildə münasibət bəsləməyimizə, hərəkətlər etməyimizə, qavramağımıza, qiymətləndirməyimizə və ya hadisəni müvafiq formada izah etməyimizə təsir göstərir.
  3. Fərqli mədəniyyətin nümayəndəsi, fərqli şəkildə münasibət bəsləyir və hərəkət edir.

Qeyri-çevik etnosentrizm isə qeyd olunan bu xüsusiyyətlərdən uzaq olan etnosentrizmdir. Çevik etnosentrizm hər hansı etnopsixoloji hadisə ilə bağlı "onları belə öyrədiblər", "onlar belə adət ediblər", "biz deyə bilmərik ki, yaxşıdır yoxsa pis" və s. kimi fikirlər deyirlər. Qeyri-çevik etnosentrizmdə isə hadisələr və ya onlara olan münasibət "onlar dəhşətdirlər", "heç belə də şey olar?!", "bax elə buna görə də onlara nifrət edirik" və s. sözlərlə şərh olunur.

Etnosentrizmin ən ifrat forması delegitimizasiyadır. Delegitimizasiya — qrup və qrupların superneqativ sosial ölçülərlə kateqoriyalaşdırılması deməkdir. Etnofərqləndirici əlamətlər (dil, din, adət-ənənələr, zahiri görkəm, musiqi, irq xüsusiyyətləri) delegitimizasiyanı asanlaşdırır. Delegitimizasiyanın həyata keçirilməsində məqsəd həmin etnosa qarşı öz etnosunda nifrət hissinin aşılanmasıdır. Bu, sonralar deindividualizasiya ilə nəticələnir. Etnik delegitimizasiyaya misal olaraq Amerikanın aborigen əhalisinə qarşı "mədəni" avropalıların ilk dövrlərdə bəslədikləri münasibəti, yaxud Almaniyanın yəhudilərə qarşı törətdikləri etnosid siyasəti, eləcə də ermənilərin əsrlər boyu türklərə qarşı yürütdüyü genosid siyasəti qeyd etmək olar.

Həmçinin bax

  • Millətçilik
  • İrqçilik

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Etnosentrizm haqqında məlumat. Etnosentrizm nədir? Etnosentrizm nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xəzər-ərəb müharibələri

  • Fevral 27, 2026

    Adilə Sultan

  • Fevral 27, 2026

    Pentamer

  • Fevral 27, 2026

    Əsədabad

  • Fevral 27, 2026

    Milad nəğməsi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst