Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ceyhun Cəmil oğlu Mirzəyev (9 aprel 1946, Gülablı, Ağdam rayonu – 5 mart 1993, Bakı) — Azərbaycan kino aktyoru və rejissoru.

Ceyhun Mirzəyev

  • Ana Səhifə
  • Vikipediya
  • Ceyhun Mirzəyev

Ceyhun Cəmil oğlu Mirzəyev (9 aprel 1946, Gülablı, Ağdam rayonu – 5 mart 1993, Bakı) — Azərbaycan kino aktyoru və rejissoru.

Ceyhun Mirzəyev
Ceyhun Cəmil oğlu Mirzəyev
Doğum tarixi 9 aprel 1946(1946-04-09)
Doğum yeri
  • Gülablı, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 mart 1993(1993-03-05) (46 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi Ürək tutması
Dəfn yeri
  • Yasamal qəbiristanlığı
Fəaliyyəti aktyor, kinorejissor, televiziya aktyoru, rejissor
Fəaliyyət illəri 1957–1993
Təhsili
  • Azərbaycan Dövlət İncəsənət İnstitutu (–1969)
Mükafatları "Humay" mükafatı — 1993
IMDb ID0592620

Mündəricat

Həyatı

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Müxtəlif vaxtlarda assistent, rejissor köməkçisi, rejissor və aktyor kimi fəaliyyət göstərib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.

Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub, lakin bu filmin premyerasında iştirak edə bilmədən vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

  • "Fəryad" filmindəki şücaətinə görə "Bakılı" cəmiyyətinin "Humay" mükafatına layiq görülüb.
  • Ölümündən sonra Diplom və Priz verilmişdir.
  • Milis işçisi Cəmil Mirzəyevin oğludur.

Filmoqrafiya

  1. 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  2. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — rejissor assistenti
  3. Axtaran tapar (film, 1980)
  4. Ay müştəri... (film, 1986)
  5. Bakıda küləklər əsir (film, 1974)
  6. Baş tutmayan ziyafət (film, 1981)
  7. Bəxtəvər (film, 1984)
  8. Bəyin oğurlanması (film, 1985)
  9. Bir məhəllədən iki nəfər (film, 1957)
  10. Bir məktubun izi ilə (film, 1982)
  11. Buxarlanan vədlər (film, 1980)
  12. Çarə (film, 1981)
  13. Cazibə qüvvəsi (film, 1964)
  14. Cazibə qüvvəsi (film, 1985)
  15. Çətin sual (film, 1979)
  16. Damğa (film, 1984)
  17. Daş münasibət (film, 1983)
  18. Defisit qliserin (film, 1975)
  19. Dəli Kür (film, 1969)
  20. DHD (film, 1982)
  21. Eksperiment (film, 1984)
  22. Əlamət (film, 1982)
  23. Ən vacib müsahibə (film, 1971)
  24. Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
  25. Əsl dost (film, 1959)
  26. Fəryad (film, 1993)
  27. Fırıldaqçı (film, 1983)
  28. Görüş (film, 1955)
  29. Gözdən uzaq… (film, 1985)
  30. Gözəyarı (film, 1984)
  31. Hamıya! Hamıya!! Hamıya!!! (film, 1977)
  32. Hansı peşə yaxşıdır (film, 1982)
  33. Haray (film, 1989)
  34. Heyvandarların gileyi (film, 1991)
  35. İmtahan (film, 1982)
  36. İntizam (film, 1983)
  37. İşarəni dənizdən gözləyin (film, 1986)
  38. İsrafçılıq (film, 1980)
  39. İsrafçılar (film, 1983)
  40. İstintaq davam edir (film, 1966)
  41. Keyfiyyət nişanı (film, 1974)
  42. Kimə inanaq? (film, 1990)
  43. Koroğlu (film, 1960)
  44. Qanlı zəmi (film, 1985)
  45. Qanun naminə (film, 1968)
  46. Qara qağayı (film, 1962)
  47. Qaş düzəldən yerdə… (film, 1980)
  48. Qiymətli tüstü (film, 1978)]]
  49. Qonşuya ümid olan… (film, 1990)
  50. Qunduzdan söhbət açaq (film, 1976)
  51. Quq-qulu-qu (film, 1992)
  52. Lətifə (film, 1989)
  53. Matteo Falkone (film, 1960)
  54. Məntiqi sual (film, 1979)
  55. Meşə xəlvət... (film, 1988)
  56. "Mədəniyyət" № 1 (film, 1975)
  57. "…Mən salim olum, cümlə cahan batsa da batsın…" (film, 1980)
  58. Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
  59. Məsuliyyətsizlik (film, 1991)
  60. Mükafat, yoxsa… (film, 1980)
  61. Narazılıq (film, 1981)
  62. Nəticə (film, 1991)
  63. Növbənöv… (film, 1988)
  64. Ögey ana (film, 1958)
  65. Olan yerdən umarlar (film, 1991)
  66. Orijinal üsul (film, 1983)
  67. Örtülü bazar (film, 1984)
  68. "Pərvanələr" (film, 1985)
  69. Sabaha ümidlə baxanlar (film, 1991)
  70. Səbəblərdən biri (film, 1978)
  71. Şərabçıyam, şərabçı (film, 1991)
  72. Şərt (film, 1984)
  73. Şikayətçilər… (film, 1987)
  74. Sizdən hərəkət… (film, 1992)
  75. Su niyə yoxdur? (film, 1983)
  76. Taxtası və saxtası (film, 1982)
  77. Təşəkkür (film, 1978)
  78. Tətil (film, 1991)
  79. Torpağa düşməsin havayı bir dən (film, 1983)
  80. Vəssəlam-şüttəmam (film, 1990)
  81. Xəbərdarlıq (film, 1985)
  82. Xırdavat (film, 1982)
  83. Yağışlı havalarda (film, 1982)
  84. Yanlış da bir naxışdır (film, 1984)
  85. Yenilməz batalyon (film, 1965)
  86. Yol əhvalatı (film, 1980)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ceyhun Mirzəyev haqqında məlumat. Ceyhun Mirzəyev nədir? Ceyhun Mirzəyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Yassı

  • Fevral 24, 2026

    Qaraqum kanalı

  • Fevral 27, 2026

    S:Haqqə surəsi

  • Fevral 27, 2026

    Azərçay

  • Fevral 27, 2026

    Tapa

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst