Stepanavan rayonu — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati-ərazi vahidi.
| Rayon | |
| Stepanavan rayonu | |
|---|---|
| İnzibati mərkəz | Stepanavan |
| Tarixi və coğrafiyası | |
| Yaradılıb | 09.09.1930 |
| Ləğv edilib | 11 aprel 1995 |
| Sahəsi | 635 km² |
| Əhalisi | |
| Əhalisi |
|
![]() | |
Haqqında
Qərbi Azərbaycanın Loru mahalının Dağlıq Borçalı ərazisində yerləşirdi. Daha sonra Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olmuşdur (1880–1921). Rayon Ermənistan SSR-nın Pəmbək-Loru qəzasınin ləğvi ilə onun bir qismi hesabına 9 sentyabr 1930-cu ildə təşkil edilmişdi. İnzibati mərkəzi Cəlaloğlu şəhəri idi.
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır. Təşkil edildiyi 9 sentyabr 1930-cu ildən ləğv edildiyi 7 noyabr 1995-ci il tarixinədək rayon rəsmən Stepanavan rayonu (rus. Степанаванский район, erm. Ստեփանավանի շրջան) adlanırdı.
Coğrafiya
Stepanavan rayonunun ərazisindən Tona çayı axır. Rayon bir tərəfdən Bazum dağ silsiləsi ilə əhatə olunur.
1 oktyabr 1931-ci il tarixinə rayon 1.365 km² ərazini əhatə edirdi. Bu göstərici ilə o bütün Ermənistan SSR ərazisinin (29.660 km²) 4,60%-ini təşkil edirdi. Rayon 1 oktyabr 1938-ci il tarixinə isə 0.61 min km², 1 yanvar 1941-ci il tarixinə 0.6 min km², 1 yanvar 1948-ci il tarixinə 635 km² ərazini əhatə edirdi. 1 yanvar 1948-c il tarixinə rayonda rayon tabeli Stepanavan şəhəri və 20 kənd yerləşirdi.
Əhali
1 yanvar 1931-ci ildə rayonda mövcud olan 33 kənd sovetliyinə daxil olan 60 yaşayış məntəqəsində 47.012 nəfər əhali yaşayırdı. Onlardan 4.316 nəfəri Stepanavan qəsəbəsində, qalanları isə 59 kənddə məskunlaşmışdı.
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və s.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
| Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
|---|---|---|
| Stepanavan | Stepanavan | 1924-cü il |
| Qoturbulaq | Katnaxpyur | 03.01.1935 |
| Qaraməmməd | Aleksandrovka | … |
| Çubuqlu | Pokrovka | … |
| Heydərbəy | Sverdlov | 01.08.1940 |
| Ovandərə | Ovanadzor | 19.04.1950 |
Həmçinin bax
- Qərbi Azərbaycan
- Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
- Erməni əhalisinin tarixi miqrasiyası
- Apaklu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəlaloğlu rayonu haqqında məlumat. Cəlaloğlu rayonu nədir? Cəlaloğlu rayonu nə deməkdir?
